Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

İqlim boykotçuları və ya gələcəkdən üz döndərənlər

İqlim boykotçuları və ya gələcəkdən üz döndərənlər

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Mənim sonuncu mesajım o dairələrədir ki, onlar demək olar, artıq bir ildir boykotu təşviq edirlər. Onlar əllərində olan bütün vasitələrdən istifadə edirlər ki, Bakıdakı COP29-a qarşı boykot kampaniyası həyata keçirilsin. Onlara pis xəbərim var: bizim 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçımız var. Onların arasında 80 Prezident, Vitse-prezident və baş nazir var. Beləliklə, dünya Bakıda toplaşıb..."

Bu sözləri prezident İlham Əliyev COP29-un liderlər sammitindəki çıxışında deyib. Dövlət başçısı həmin dairələrin məqsədlərinə çatmadığını bildirib. Prezident bunu söyləyərkən, bəzi Qərb ölkələrindəki bəzi siyasətçiləri, bir qism dövlətlərin nəzarətində olan QHT-ləri, feyk-medianı nəzərdə tutub.

COP29 artıq başlayıb və uğurla gedir, ancaq prezidentin sadaladığı həmin siyasətçilər, QHT-lər və media hələ də qaralama kampaniyasını davam etdirir. Hələ də, demək olar, hər gün müxtəlif ölkələrə məxsus bəzi media orqanlarında iqlim sammitinin əleyhinə yazılar yazılır, fikirlər səsləndirilir. Hələ də sakitləşmək istəmirlər. Hələ də qəbul etmək istəmirlər ki, iqlim sammiti baş tutub.

Bəziləri özünü dünyanın mərkəzi sayır, hesab edirlər ki, onların olmadığı yerdə dünya yoxdur.

...İqlim dəyişikliklərinə qarşı Paris Sazişi 2015-ci ildə imzalanan zaman Fransanın o zamankı xarici işlər naziri Loran Fabius bu sənədi "tarixi dönüş nöqtəsi" adlandırmışdı. Ancaq bu gün belə məlum olur ki,

bu günkü Fransa siyasətçiləri "tarixi dönüş nöqtəsi" ifadəsini gələcəkdən üz döndərmək mənasında başa düşüb. Çünki həmin Paris sazişi də, indiyədək keçirilmiş iqlim sammitləri də, bu günlərdə Bakıda aparılan müzakirələr və qəbul edilən qərarlar da - bunların hamısı dünyanın gələcəyini xilas etmək üçündür. Gələcəyə hesablanmış fikirlər, qərarlar, təşəbbüslərdir.

Ancaq, məsələn, Fransa kimi ölkə bu prosesdən özünü kənarda qoyur. Başqa sözlə, Fransa hakimiyyəti öz ölkəsinin dünyanın gələcəyindəki yerini və rolunu bu qədər kiçik görür.

COP29-un Azərbaycanda keçirilməsi haqda qərar verilən gündən bəri bu konfransın boykot edilməsinə çağıranlar əslində öz ölkələrinin, öz xalqlarının, öz övladlarının da gələcəyini boykot edirdilər. Belə göründü ki, çirklənən təkcə hava deyil, həm də bu cür siyasi korafəhmlərin öz vicdanlarıdır. Özləri bu qərara səs vermişlər. İndi isə özləri özlərini boykot etdilər. Bu, həmin siyasətçilərə, onların rəhbərlik etdiyi dövlətlərə heç bir hörmət gətirmədi, əksinə belə əməllərlə daha da nüfuzdan düşdülər.

Bu gün COP29 çərçivəsində Fransanın müstəmləkəçilik siyasətinə etiraz aksiyası keçirilib. BMT-nin iqlim konfransı çərçivəsində baş verir bu hadisə. Bütün dünyanın gözləri önündə. Çünki bütün dünya bu günlərdə Bakıdadır; Yer kürəsinin nəbzi Bakıda atır. Bu səbəbdən, Fransanın neokolonialist siyasətinə etirazı hamı görür, eşidir. Eləcə də, Norveçdə balina ovuna etiraz aksiyasını. Bunu edənlər Qərb ölkələrindən olan ekoaktivistlər, ictimai xadimlərdir. Avropa özü, dünya özü COP29 iqlim konfransını boykot edənlərə layiq olduğu münasibəti göstərir, adekvat cavabı verir.

Bir neçə gün əvvəl BMT İnsan Hüquqları Komitəsinin hesabatı açıqlandı. Bu hesabatda həmin o "iqlim boykotçusu" Fransanın siyasi və insani əxlaqa sığmayan əməlləri ifşa olundu. Eləcə də, başqa bu kimi dairələrin də o hesabatda adları ən qeyri-insani əməllərdə keçir.

Başqalarına tolerantlıq dərsi keçənlərin futbol meydançası belə antisemitizm və dini nifrət qovğalarının meydanına çevrilib. Yer üzündə 2 milyarddan çox insanın dini hisslərinin açıq təhqir edilməsinə, müqəddəs kitabının meydanlarda yandırılmasına

imkan yaradan bəzi paytaxtlar başqalarına etiqad azadlığı "arayışı" vermək iddiasına düşüblər.

Ancaq onların yeri gəldi-gəlmədi, haqsız və əsassız yerə tənqid etdikləri Azərbaycan mədəniyyətlərarası, konfessiyalararası münasibətlərin, ictimai harmoniyanın ən bariz nümunəsidir. COP29 vəsiləsi ilə bunu bütün dünya bir daha gördü və doğruluğuna əmin oldu.

Bəli, "iqlim boykotçuları" öz məqsədinə çata bilmədi. Dünyanın 196 ölkəsindən Azərbaycana yüksək səviyyəli nümayəndə heyətləri gəlib. Onların rəyləri ilə tanış oluruq, konfransın təşkilindən, gedişindən razı qalıblar. Eləcə də, Azərbaycanda qonaqlara isti, doğma münasibətdən.

Hələ konfrans yeni başlayıb. Qarşıda xeyli zaman, xeyli görüşlər, müzakirələr, təmaslar var. Azərbaycan onu indiyədək yaxından tanımaq fürsəti olmamış qonaqlarını hələ müsbət mənada çox təəccübləndirəcək.

Bahəddin Həzi,

Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 12 Noyabr 2024 19:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see562

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see407

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see380

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see318

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see303

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see278

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see276

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see255

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see251

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see247

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see234

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see233

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see228

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see227

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see219

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see201

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see185

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see183

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see181

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri