Icma.az
close
up
RU
İqlim dəyişikliyi dünyanın ən təhlükəli yeməyinə də TƏSİR ETDİ

İqlim dəyişikliyi dünyanın ən təhlükəli yeməyinə də TƏSİR ETDİ

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qlobal istiləşmə məşhur Yaponiya delikatesi olan fuqu balığının hazırlanmasını daha da çətinləşdirib və potensial olaraq təhlükəli edib.
Belə ki, dəniz suyunun temperaturunun yüksəlməsi səbəbindən fərqli dörddişli (iynəqarın) balıq növləri öz yaşayış mühitlərini dəyişir, yeni ərazilərə axın edir və cütləşirlər. Nəticədə daxilindəki ölümcül tetrodotoksin maddəsinin harada paylandığı hələlik məlum olmayan hibrid növlər yaranır.
Bizim.Media xəbər verir ki, bu barədə "This Week in Asia" nəşri məlumat yayıb.
 

Zəhərlənmə riskinə baxmayaraq, fuqu Yaponiyada çox yüksək qiymətləndirilir. Bu balıqların bir çox növünün tərkibində iflic, tənəffüsün dayanması və ölümə səbəb ola bilən güclü neyrotoksin – tetrodotoksin var. Bu səbəbdən 1958-ci ildən bəri satış üçün fuqu hazırlayan aşpazlar xüsusi lisenziyaya malik olmalıdırlar. İndi isə iqlim dəyişikliyi bu ənənəvi təhlükəsizlik sistemini çətinləşdirib.


Alimlər xəbərdarlıq edirlər ki, təhlükə hibridlərin mütləq ilkin növlərdən daha zəhərli olmasında deyil. Problem ondadır ki, müxtəlif dörddişli balıqlarda tetrodotoksin fərqli orqanlarda toplanır, yeni hibridlərin isə hansı hissələrinin təhlükəsiz, hansı hissələrinin zəhərli olduğunu dəqiq müəyyən etmək üçün hələlik kifayət qədər məlumat yoxdur.
Yaponiya hakimiyyəti bu növ hibridlərin satışını və istehlakını qadağan edib, lakin onları adi fuqudan vizual olaraq fərqləndirmək bəzən çox çətin olur.
Tədqiqatçılar qeyd edirlər ki, fuqu dəniz ekosistemlərində baş verən daha böyük dəyişikliklərin yalnız bir nümunəsidir. İstiləşmə balıq növlərini yeni ərazilərə köçməyə məcbur edir, burada onlar digər orqanizmlərlə qarşılaşır və normal ekoloji münasibətlərini pozurlar.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:170
embedMənbə:https://bizim.media
archiveBu xəbər 04 Sentyabr 2026 05:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see352

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see337

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see322

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see317

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see292

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see279

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see276

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see258

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see240

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see239

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see230

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see222

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see219

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see217

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see217

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see215

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see215

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see208

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see203

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri