İqlim dəyişikliyi nəticəsində Azərbaycanın su resursları 2030 faiz azalıb
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
İqlim dəyişikliyi nəticəsində Azərbaycanın su resursları 20-30 faiz azalıb.
APA-nın xəbərinə görə, bunu Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdir müavini Rafiq Verdiyev COP29 Sədrliyinin Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası (UNECE), Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) Dübnye Meteorologiya Təşkilatı (WMO) ilə birgə əməkdaşlıq çərçivəsində təşktl etdiyi “Su, enerji ərzaq və ekosistemlər üzrə regional əməkdaşlıq vasitəsi ilə iqlim fəaliyyətinin sürətlənməsi” mövzusunda Dəyirmi Masada deyib.
“Biz Qanıx çayı hövzəsində Gürcüstanla birlikdə adaptasiya planları hazırlamaq istəyirik. Hər iki ölkə bu sahədə qətiyyətlidir. Beynəlxalq qurumların da bu sahədə dəstəyi önəmlidir. Biz Gürcüstanla əməkdaşlığı genişləndirmək istəyirik”, - deyə o bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 19 Noyabr 2024 18:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















