Icma.az
close
up
RU
İqlim dəyişikliyi, sosial bərabərsizlik və iqtisadi məsələlər yalnız kollektiv fəaliyyət və əməkdaşlıq vasitəsilə həll edilə bilər AZƏRTAC

İqlim dəyişikliyi, sosial bərabərsizlik və iqtisadi məsələlər yalnız kollektiv fəaliyyət və əməkdaşlıq vasitəsilə həll edilə bilər AZƏRTAC

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 20 noyabr, AZƏRTAC

“Sərhədlərarası əməkdaşlığı təmin etməklə milli iqlim planlarının həyata keçirilməsi xərclərini təxminən ildə 250 milyard dollar azalda bilərik. Bu mühüm addım təkcə dayanıqlılığı təşviq etmir, həm də ölkələrə iqlim dəyişikliyinə qarşı ölçülə bilən tədbirlər görməyə imkan verir”.

AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev noyabrın 20-də COP29 çərçivəsində keçirilən “Hər kəsə ədalətli keçid üçün nəzəriyyədən təcrübəyə: regionlararası yüksək səviyyəli cənub-cənub siyasi dialoqu” mövzusunda tədbirdə deyib.

Nazir çıxışında Çoxtərəfli İnkişaf Banklarının 2030-cu ilə qədər iqlim fəaliyyəti üçün ildə 170 milyard dollar, bunun 120 milyard dollarının isə aşağı və orta gəlirli ölkələr üçün nəzərdə tutulduğu barədə bəyanatını alqışladığını qeyd edib: "Bu əhəmiyyətli maliyyə dəstəyi iqlim təşəbbüslərinin həyata keçirilməsi və dayanıqlı gələcəyə doğru irəliləyişimizdə heç bir ölkənin geridə qalmamasının təmin edilməsi üçün həyati əhəmiyyət kəsb edir. Nəhayət, biz qlobal liderlərin iqlim fəaliyyətinə ilhamverici öhdəliyinin şahidi olduq. 80 dövlət və hökumət başçısı və vitse-prezidentlərin Paris Sazişi çərçivəsində irəliləyişləri barədə bəyanatlar verməsi ilə iqlim dəyişikliyinə qarşı mübarizədə kollektiv iradənin hər zamankından daha güclü olduğunu göstərdi.

Bu nailiyyətlər kollektiv qətiyyətimizin gücünü və dayanıqlı gələcəyə doğru atdığımız əməli addımları nümayiş etdirir. Qarşılaşdığımız ekoloji və sosial çağırışlar təkcə hökumətin deyil, cəmiyyətin bütün üzvlərinin məsuliyyət daşıdığı kollektiv yanaşma tələb edir. İqlim dəyişikliyi, sosial bərabərsizlik və iqtisadi məsələlər yalnız kollektiv fəaliyyət və əməkdaşlıq vasitəsilə həll edilə bilər. Yalnız bu yanaşmanı qəbul etməklə özümüzü, gələcəyimizi və planetimizi qoruya bilərik.

Azərbaycanın sosial islahat təşəbbüsləri ümumi sosial-iqtisadi inkişafa və inklüziv cəmiyyətin formalaşmasına töhfə verir. Bu məqsədə çatmaq üçün daha çox əməkdaşlıq, anlayış və səy tələb olunur", - deyə nazir diqqətə çatdırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:59
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Noyabr 2024 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see245

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see234

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see185

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see178

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see158

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see153

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see152

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see151

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see146

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see143

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see142

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri