Icma.az
close
up
RU
İqlim dəyişmələrinin təsirləri ilə bağlı bölgələrdə maarifləndirici tədbirlər keçirilib

İqlim dəyişmələrinin təsirləri ilə bağlı bölgələrdə maarifləndirici tədbirlər keçirilib

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 3 oktyabr, AZƏRTAC

“Ruzgar” Ekoloji İctimai Birliyi iqlim dəyişmələrinin yumşaldılması, təsirlərinin azaldılması və adaptasiya tədbirləri istiqamətində ölkənin müxtəlif rayonlarında və Bakıda dəyirmi masalar keçirib.

Qurumdan AZƏRTAC-a bildirilib ki, Şəki, Qax, Zaqatala və İsmayıllı rayonlarında keçirilən dəyirmi masalarda bu sahədən təsirlənən yerli ictimaiyyətin və maraqlı tərəflərin nümayəndələri iştirak ediblər.

Tədbirlərdə professorlar İslam Mustafayev və Nurməmməd Məmmədov, dosent Hökmən Mahmudov, fəlsəfə doktoru Rövşən Kərimov və Hafizə İmanova məruzələrlə çıxış ediblər. Məruzələrdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində ətraf mühitin qorunması ilə bağlı vətəndaş hüquqları və vəzifələri, Konstitusiyanın 39-cu və 78-ci maddələri, eləcə də milli ekoloji qanunvericiliyin iqlim dəyişmələri, ekoloji tərbiyə və informasiya ilə bağlı müddəaları diqqətə çatdırılıb.

Qeyd olunub ki, enerji istehlakında 40-45 faiz paya malik olan ev təsərrüfatlarında enerji səmərəliliyi və qənaətə ciddi diqqət yetirilməlidir. Bu baxımdan əhalinin maarifləndirilməsi mühüm əhəmiyyət kəsb edir. İqlim dəyişmələrinin mitiqasiya tədbirləri çərçivəsində günəş və külək enerjisindən istifadə, sənayedə azkarbonlu texnologiyaların tətbiqi, meşə sahələrinin genişləndirilməsi və su hövzələrinin təmiz saxlanılması kimi istiqamətlər müzakirə olunub. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində nəşr olunmuş “İqlim dəyişmələrinin yumşaldılması və alternativ energetika” adlı kitabçanın qısa məzmunu haqqında məlumat verilib. Bakıda keçirilmiş COP29 sessiyasının və İqlim Fəaliyyəti Həftəsinin nəticələrinin əhalinin maarifləndirilməsində mühüm rolu vurğulanıb. Yerli iştirakçılar bölgələrdə mövcud problemləri və onların həlli yollarını səsləndiriblər.

Tədbirlərdə ekoloji təhsil və tərbiyənin əhəmiyyəti xüsusi qeyd olunub, iştirakçıların sualları cavablandırılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:64
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Oktyabr 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see218

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see192

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see183

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see174

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see164

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see160

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see151

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see149

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see149

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see147

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see146

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see144

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see141

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see139

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see138

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see137

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see136

Rusiyada “Gelencik” hava limanında məhdudiyyətlər aradan qaldırılıb

31 Dekabr 2025 09:07see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri