Icma.az
close
up
RU
“İqlim fəaliyyəti üçün dialoq adlı panel müzakirələr

“İqlim fəaliyyəti üçün dialoq adlı panel müzakirələr

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov COP29 çərçivəsində Kənd Təsərrüfatı üzrə Amerika Əməkdaşlıq İnstitutunun (IICA) təşkil etdiyi “İqlim fəaliyyəti üçün dialoq: su yoxdursa, ərzaq təhlükəsizliyi də yoxdur” adlı panel müzakirələrdə iştirak edib. SİA bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, suya əlçatanlıq, qida istehsalı və ərzaq təhlükəsizliyi, biomüxtəliflik, iqlim dəyişikliyinə davamlılıq və fəlakət riskinin azaldılması sahələrində kənd təsərrüfatı həllərindən bəhs olunan tədbirdə Mərkəz rəhbəri ona ünvanlanan suallar əsasında Azərbaycanda suvarma suyunun idarəedilməsi sahəsində görülən işlərdən danışıb. Bildirib ki, suya qənaət məqsədilə müasir suvarma sistemlərinin tətbiqinə mühüm dövlət dəstəyi verilir, su ehtiyatlarının səmərəli istifadəsi, itkilərin azaldılması, yeni su mənbələrinin yaradılması, idarəetmənin təkmilləşdirilməsi və digər istiqamətlərdə genişmiqyaslı tədbirlər həyata keçirilir.

Direktor qeyd edib ki, ölkədə sututarlar, suvarma kanalları dövlətin maliyyəsi hesabına qurulur, köhnəlmiş sistemlər dövlət büdcəsi hesabına təmir olunur. Həmçinin son illərdə iqlim dəyişiklikləri ilə əlaqədar olaraq suya artan tələbatın təmin olunması üçün yeni sututarlar yaradılır, suya qənaət edilməsi üçün onun örtülü kanallar və borular vasitəsilə çatdırılması istiqamətində işlər görülür.

R.Hüseynov, həmçinin vurğulayıb ki, kənd təsərrüfatında suya qənaət edən müasir suvarma sistemlərindən istifadə dövlət tərəfindən təşviq edilir, bu sistemlərin qurulmasına dövlət dəstəyi göstərilir. Fermerlər müasir suvarma sistemlərini qurmaq üçün ümumi məbləğin yalnız 20 %-ni avans şəklində ödəyir, 40 %-ni dövlət qarşılayır, qalan məbləğin də 5 il müddətində ödənilməsi üçün faizsiz kreditlər verilir.

O cümlədən, müasir suvarma sistemlərindən istifadə etməklə məhsul istehsal edən fermerlərə subsidiyalar verilir.

Tədbirdə su çatışmazlığı problemləri, kənd təsərrüfatında su idarəçiliyinin səmərəliliyinin artırılması və s. məsələlərlə bağlı maraqlı çıxışlar olub, müzakirələr aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 Noyabr 2024 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri