İqlim məsələləri üzrə avrokomissar: COP29un yekunları üzrə yaxşı nəticələr gözləyirik
İqlim məsələləri üzrə Avropa Komissarı Vopke Hukstra COP29-da həftənin sonuna qədər müsbət nəticələrin əldə olunacağına ümid etdiyini bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, V.Hukstra bunu COP29 çərçivəsində keçirilən mətbuat konfransında deyib.
"İnanıram ki, mürəkkəb geosiyasi kontekstə baxmayaraq, bu həftənin sonuna qədər yaxşı nəticə əldə edə bilərik və etməliyik", - Avropa Komissarı bildirib.
Onun sözlərinə görə, hələ qlobal istiləşmənin 1,5 dərəcə səviyyəsində məhdudlaşdırılması hədəfinə çatmamışıq: "Texniki cəhətdən bunu edə bilərik. Beləliklə, bu o deməkdir ki, qarşılaşdığımız problem həqiqətən siyasidir".
Avropa Komissarı, həmçinin COP29 komandasını tərəflərə müraciət etməyə çağırıb, çünki onlar NCQG mətnlərini təqdim etməlidirlər: "Həmişə olduğu kimi, həmsədrlərin üzərinə bu sənədin hazırlanması üçün aydın və ağır məsuliyyət düşür. Bu, həqiqətən tərəflərin konfransıdır və nazirlər işə hazırdırlar".
![see](https://icma.az/template/assets/see.png)