Icma.az
close
up
RU
“İqlim və Sağlamlıq üzrə Bakı COP Sədrliklərinin Varislik Koalisiyası

“İqlim və Sağlamlıq üzrə Bakı COP Sədrliklərinin Varislik Koalisiyası

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində iqlim və sağlamlıq mövzusunda yüksəksəviyyəli dəyirmi masa keçirilib. SİA xəbər verir ki, tədbir zamanı “İqlim və Sağlamlıq üzrə Bakı COP Sədrliklərinin Varislik Koalisiyası"nın yaradılması haqqında Niyyət Məktubu imzalanıb. Koalisiyanın tərkibinə Azərbaycan, Böyük Britaniya, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Braziliya daxil olub.

Tədbirdə çıxış edən Azərbaycanın səhiyyə naziri Teymur Musayev vurğulayıb ki, COP29-a ev sahibliyi edən ölkə kimi Azərbaycan iqlim və sağlamlıq arasında əlaqənin təşviqinə sadiqdir: “İqlim dəyişikliyinin sağlamlığa təsiri artıq bütün dünyada hiss olunur. Bu təsirlər təkcə insanların rifahını deyil, həm də xüsusilə aşağı və ortagəlirli ölkələrdə səhiyyə sistemlərinin davamlılığını təhdid edir”.

Nazirin sözlərinə görə, koalisiya beynəlxalq əməkdaşlığın yüksək səviyyəsini nümayiş etdirir: “Bu gün biz bu çağırışlarla mübarizə aparmaq naminə kollektiv öhdəliyimizdə irəliyə doğru mühüm addım atırıq. Ümumdünya Səhiyyə Təşkilatı ilə birlikdə biz iqlim dəyişikliyi və sağlamlığın qlobal gündəmin mərkəzində qalmasını təmin etməyə sadiqik”.

T.Musayev çıxışında əvvəlki COP-lar çərçivəsində nəzərəçarpacaq nəticələrin əldə edildiyini vurğulayıb: “COP26-da İqlim və Sağlamlığın qorunması naminə Transformasiya Alyansının (ATACH) yaradılması, COP27-də İqlim Fəaliyyəti və Qidalanma Təşəbbüsü (I-CAN), eləcə də Sağlamlıq üçün İqlim və Sağlamlığın Maliyyələşdirilməsi üzrə COP28-in Rəhbər prinsipləri kimi əvvəlki təşəbbüslər mühüm və möhkəm təməl qoyub. Bununla belə, biz əldə edilən nailiyyətlərlə kifayətlənməməliyik”.

Nazir yeni koalisiyanın bu səyləri gücləndirmək, onların təsirini artırmaq, hökumətlər, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti, akademik və özəl sektordan maraqlı tərəfləri bir araya gətirmək üçün müvafiq platformanın yaradılması zərurətini bildirib: “Bu koalisiya, sadəcə, dialoq naminə yaradılmayıb. Niyyət Məktubunu imzalamaqla, biz planetimizin iqlim və sağlamlıq siyasətlərinin təcrid olunmadığı, eyni zamanda, idarəetmə və inkişafın bütün aspektlərinə inteqrasiya olunduğu bir ortaq baxışa sadiqik. Biz iqlim dəyişikliyinin bütün dünyada sağlamlığa necə təsir etdiyini görürük. Tənəffüs xəstəliklərini kəskinləşdirən temperaturun yüksəlməsindən daha tez-tez baş verən ekstremal hava hadisələrinə qədər insanların sağlamlığı təhlükə altındadır. Bununla belə, transformasiya üçün də fürsət görürük. Həm sağlamlıq, həm də iqlim fəaliyyətinə üstünlük verməklə, biz insanların həyatını qoruya, daha güclü səhiyyə sistemləri qura və davamlı inkişafa töhfə verə bilərik”, - deyə Azərbaycanın səhiyyə naziri əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://sia.az
archiveBu xəbər 18 Noyabr 2024 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see276

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see244

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see236

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see222

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see208

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see201

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see181

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see177

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see176

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see166

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see165

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see153

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see152

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see150

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see146

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see146

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri