Icma.az
close
up
RU
İqlim və Sağlamlıq üzrə Bakı COP Sədrliklərinin Varislik Koalisiyası yaradılır

İqlim və Sağlamlıq üzrə Bakı COP Sədrliklərinin Varislik Koalisiyası yaradılır

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) tematik günlər ətrafında təşkil olunur. Belə ki, 18 noyabr uşaq və gənclər, sağlamlıq və təhsilə həsr olunan İnsan İnkişafı Günü kimi müəyyənləşib. Bununla əlaqədar iqlim və sağlamlıq mövzusunda yüksəksəviyyəli dəyirmi masa keçirilib.

Avtosfer.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbir zamanı "İqlim və Sağlamlıq üzrə Bakı COP Sədrliklərinin Varislik Koalisiyası"nın yaradılması haqqında Niyyət Məktubu imzalanıb. Koalisiyanın tərkibinə Azərbaycan, Böyük Britaniya, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Braziliya daxil olub.

Tədbirdə çıxış edən Azərbaycanın səhiyyə naziri Teymur Musayev vurğulayıb ki, COP29-a ev sahibliyi edən ölkə kimi Azərbaycan iqlim və sağlamlıq arasında əlaqənin təşviqinə sadiqdir:

"İqlim dəyişikliyinin sağlamlığa təsiri artıq bütün dünyada hiss olunur. Bu təsirlər təkcə insanların rifahını deyil, həm də xüsusilə aşağı və orta gəlirli ölkələrdə səhiyyə sistemlərinin davamlılığını təhdid edir".

Nazirin sözlərinə görə, Koalisiya beynəlxalq əməkdaşlığın yüksək səviyyəsini nümayiş etdirir:

"Bu gün biz bu çağırışlarla mübarizə aparmaq naminə kollektiv öhdəliyimizdə irəliyə doğru mühüm bir addım atırıq. Ümumdünya Səhiyyə Təşkilatı ilə birlikdə biz iqlim dəyişikliyi və sağlamlığın qlobal gündəmin mərkəzində qalmasını təmin etməyə sadiqik".

Teymur Musayev çıxışında əvvəlki COP-lar çərçivəsində nəzərəçarpacaq nəticələrin əldə edildiyini vurğulayıb:

"COP26-da İqlim və Sağlamlığın qorunması naminə Transformasiya Alyansının (ATACH) yaradılması, COP27-də İqlim Fəaliyyəti və Qidalanma Təşəbbüsü (I-CAN), eləcə də Sağlamlıq üçün İqlim və Sağlamlığın Maliyyələşdirilməsi üzrə COP28-in Rəhbər prinsipləri kimi əvvəlki təşəbbüslər mühüm və möhkəm təməl qoyub. Bununla belə, biz əldə edilən nailiyyətlərlə kifayətlənməməliyik".

Nazir yeni koalisiyanın bu səyləri gücləndirmək, onların təsirini artırmaq, hökumətlər, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti, akademik və özəl sektordan maraqlı tərəfləri bir araya gətirmək üçün müvafiq platformanın yaradılması zərurətini bildirib:

"Bu koalisiya sadəcə dialoq naminə yaradılmayıb. Niyyət Məktubunu imzalamaqla, biz planetimizin iqlim və sağlamlıq siyasətlərinin təcrid olunmadığı, eyni zamanda idarəetmə və inkişafın bütün aspektlərinə inteqrasiya olunduğu bir ortaq baxışa sadiqik."

"Biz, iqlim dəyişikliyinin bütün dünyada sağlamlığa necə təsir etdiyini görürük. Tənəffüs xəstəliklərini kəskinləşdirən temperaturun yüksəlməsindən daha tez-tez baş verən ekstremal hava hadisələrinə qədər insanların sağlamlığı təhlükə altındadır. Bununla belə, transformasiya üçün də fürsət görürük. Həm sağlamlıq, həm də iqlim fəaliyyətinə üstünlük verməklə, biz insanların həyatını qoruya, daha güclü səhiyyə sistemləri qura və davamlı inkişafa töhfə verə bilərik", - deyə Azərbaycanın səhiyyə naziri fikrini tamamlayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:68
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 18 Noyabr 2024 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see486

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see171

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see138

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see131

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see130

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see130

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri