Icma.az
close
up
RU
İqlim və sülhün qlobal təsiri: Azərbaycan və COP29

İqlim və sülhün qlobal təsiri: Azərbaycan və COP29

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

COP29-un sülh və iqlim dəyişikliklərinin qarşılıqlı təsirlərinin müəyyənləşdirilməsi, ekoloji tarazlığı pozan münaqişələrin həlli istiqamətində səmərəli müzakirələrin aparılması baxımından vacib platforma olduğu beynəlxalq səviyyədə etiraf edilir.

Həmçinin, bu müddətdə “COP atəşkəsi” kimi faydalı bir təşəbbüsün göstərilməsi xüsusi əhəmiyyət kəsb edən hadisə kimi qiymətləndirilir. “COP atəşkəsi” təşəbbüsü BMT-nin İqlim Dəyişiklikləri üzrə Konfransı (Conference of the Parties - COP) çərçivəsində iqlim böhranı ilə mübarizə və sülhün təşviqi məqsədilə irəli sürülən bir çağırışdır.

Qoşulmama Hərəkatına üzv 150-yə yaxın ölkə ilə yanaşı, bir sıra Avropa dövlətləri də ölkəmizin tədbir çərçivəsində irəli sürdüyü “COP atəşkəsi” təşəbbüsünü dəstəkləyirlər. Olimpiya atəşkəsi çağırışından qaynaqlanan bu nəcib təşəbbüs sülhün iqlim fəaliyyəti və qlobal ekoloji təhlükəsizlik baxımından vacib rolunu, sivilizasiyalararası dialoqun, həmrəyliyin təmin olunmasının əhəmiyyətini bir daha önə çəkir.

Rəsmi Bakı iqlim dəyişikliyi, münaqişələr və zəif davamlılıq səbəbindən çoxsaylı çətinliklərlə üzləşən həssas ölkələr üçün dəstək və maliyyə yardımının artırılmasını asanlaşdıran mexanizmlərin yaradılmasına nail olmağı hədəfləyib. İqlim və sülhün qarşılıqlı əlaqəsi üzrə dialoqun genişləndirilməsi, birgə tədbirlərin təşviqi üçün beynəlxalq mexanizmlərin yaradılması da qarşıya qoyulan məqsədlər sırasında olub.

Noyabrın 20-də Böyük Britaniya Krallığının tərkibinə daxil olan Şotlandiya parlamentində qəbul olunan “COP29-un sülh quruculuğu səyləri və COP atəşkəsi təşəbbüsü” adlı qətnamə ölkəmizin ali təşəbbüsünə növbəti dəstəyin ifadəsidir. Sənəddə COP29-un dünyada, o cümlədən Azərbaycan və Ermənistan arasında sülh, beynəlxalq əməkdaşlıq, dostluq üçün əlamətdar hadisə olduğu vurğulanır. Dünyada davam edən hərbi əməliyyatların dayandırılmasına çağıran “COP atəşkəsi” təşəbbüsünün təqdir olunduğu qətnamə dünya ölkələrini iqlim böhranı ilə mübarizədə həmrəyliyə və əməkdaşlığa dəvət edən mötəbər sənəd kimi qiymətləndirilir.

Ancaq Azərbaycanın bu sülhpərvər təşəbbüsünü adekvat dəyərləndirməyən, rəsmi dəvətə baxmayaraq müxtəlif əsassız iddialarla COP29-un işində iştirak etməyən, beynəlxalq iqlim tədbiri əleyhinə kampaniyalara dəstək verən Ermənistanın yekun sülh sazişinin imzalanmasında səmimi olmadığı da bir daha təsdiqlənir. Üstəlik, erməni diasporu və ermənipərəst qüvvələrin tədbir müddətindəki informasiya təxribatları vahid mərkəzdən idarə olunur və rəsmi İrəvanın etimad quruculuğu prosesindəki qeyri-səmimiliyini göstərir.

Rəsmi İrəvan COP29 ərəfəsində təqlidlə məşğul olaraq, yekun sülh sazişinin 80 faizədək razılaşdırılmış müddəaları ilə bağlı tələm-tələsik, yarımçıq sazişin imzalanmasını təklif edib. Rəsmi Bakı isə haqlı olaraq bu təkliflə razılaşmayaraq, yekun sülh sazişində mübahisəli, açıq qalan məsələlərin olmasının yolverilməzliyini, bunun gələcəkdə ciddi mübahisə və hətta hərbi qarşıdurmalara gətirib çıxara biləcəyini bəyan edib. Qarşı tərəfin özü üçün məqbul hesab etmədiyi vacib məsələləri sənəddən çıxarmağa çalışması isə ciddi suallar doğurur və tam olmayan sülh sazişinin imzalanmasını mümkünsüz edir.

Ölkəmizdə keçirilmiş bu mötəbər tədbir çərçivəsində bir daha vurğulanıb ki, Azərbaycan dayanıqlı, etibarlı, iki ölkə arasında münaqişə səhifəsini qapadacaq, etimad mühitinə və real əməkdaşlığa imkan yaradacaq sülh sazişinin imzalanmasında maraqlıdır. Bu baxımdan bölgə üçün əhəmiyyətli məsələlərin yekun sazişdə birmənalı əks olunması, regional əməkdaşlığın dəqiq istiqamətlərini müəyyənləşdirilməsi son dərəcə vacibdir.

Təkcə Azərbaycan üçün deyil, ümumən region üçün vacib əhəmiyyət kəsb edən mövzuları kənara qoymağa, özünü sığortalamağa çalışması qarşı tərəfin öhdəliklərinin icrasından yayınmaq istəyindən xəbər verir. Rəsmi İrəvanın Azərbaycanın sazişlə bağlı hələ bu ilin iyun ayında təqdim etdiyi şərhləri 70 gündən sonra – avqust ayının sonunda cavablandırması da deyilənlərə əyani sübutdur.

COP29 çərçivəsində rəsmi Bakı onu da diqqətə çatdırıb ki, iki ölkə arasında intensivləşən sülh danışıqlarına və etimad quruculuğu prosesinə xələl gətirən ən ciddi problem Ermənistanın konstitusiyasında qonşu ölkələrin ərazi bütövlüyünü, suverenliyini təhdid edən müddəaların mövcudluğudur. Sözügedən hissələr Türkiyə və Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəldiyindən, rəsmi Bakı həmin hissələrin çıxarılmasını rəsmi İrəvanın qarşısında əsas tələb kimi müəyyənləşdirib. Bu dəyişikliklərin edilmədiyi müddətdə Ermənistanın ölkəmizin ərazi bütövlüyü və suverenliyini tanıması ilə bağlı bəyanatları rəsmi Bakı tərəfindən siyasi manipulyasiya kimi dəyərləndiriləcək.

Hazırda Ermənistan baş naziri Nikol Paşinyan müəyyən xarici və daxili təzyiq altında bu tələblə razılaşmır, “konstitusiya dəyişikliyinə ehtiyac olmadığını” iddia edir. Rəsmi İrəvanın COP29-da iştirak müqabilində “hərbi əsirlərin azad edilməsi şərti” də bu ölkənin qlobal iqlim problemlərinə cılız siyasi ambisiyalardan yanaşdığını göstərib. Bununla rəsmi İrəvan separatçıların həbs olunmuş rəhbərlərini “hərbi əsir” kimi qələmə verməyə, onlar üçün müdafiə rıçaqları qazanmağa çalışırdı. Halbuki, Birinci və İkinci Qarabağ müharibəsinin gedişində hərbi cinayətlər törətmiş, separatçı rejimə rəhbərlik etmiş həmin şəxslərin milli qanunvericiliyə və beynəlxalq konvensiyalara uyğun olaraq məsuliyyətə cəlb olunmaları ölkəmizin suveren hüququdur.

Belə görünür ki, Nikol Paşinyan həm daxili narazılıqlardan, həm də Fransa başda olmaqla anti-Azərbaycan şəbəkənin qəzəbinə tuş gələcəyindən, habelə Ermənistanın müharibə və ekosid cinayətlərinin ifşa olunacağından ehtiyatlanaraq qlobal iqlim tədbirinə gəlməmək qərarı verib.

Bu yanlış qərar, Ermənistanın regional və qlobal əməkdaşlıq məsələlərində əvvəlki səhvlərini təkrarladığını və regional təcriddən çıxmaq üçün zəruri konstruktiv addımlar atmaqdan çəkindiyini bir daha göstərir.

Bu günlərdə dünyanın diqqətinin Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan yaşıl enerji layihələrinə yönəlməsi bir daha göstərir ki, Cənubi Qafqazda dalan ölkə kimi tanınan Ermənistandan fərqli olaraq, respublikamız dünyanın işgüzar dairələrinin maraq dairəsindədir. Halbuki, Azərbaycanla dayanıqlı sülh, Zəngəzur dəhlizinin açılması Ermənistana həm də yaşıl enerjinin ixracı baxımından tranzit ölkə imkanları yarada bilərdi. Bu ölkə cılız iddialarından əl çəkmədiyi üçün regional əməkdaşlıq imkanlarından kənarda qalır. Bununla yanaşı, iqtisadi faydalar əldə etmək potensialını da itirir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:172
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 23 Noyabr 2024 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see236

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see230

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see221

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see220

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see218

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see218

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see215

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see209

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see209

PISA da “Sinqapur sindromu” Şəmil Sadiq yazır

11 Sentyabr 2026 01:22see198

Müəllim əməliyyatdan sonra öldü

11 Sentyabr 2026 09:12see192

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see191

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see188

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see183

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see182

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see181

Trampdan İran bəyanatı Qərarından peşman deyil

11 Sentyabr 2026 04:09see179

Payızda orqanizmə güc verən 3 MƏHSUL

11 Sentyabr 2026 04:56see176

Səhərlər qrip kimi oyanırsınız? Həkim AÇIQLADI

11 Sentyabr 2026 13:57see175

Kosta Rikanın 119 yaşlı sakini dünyanın ən yaşlı insanı kimi tanınmağa çalışır

11 Sentyabr 2026 00:04see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri