Icma.az
close
up
RU
İqtidara yaxın gürcü iş adamı Kür çayı sahilində etirazçılara qarşı silah işlətdi...FOTO

İqtidara yaxın gürcü iş adamı Kür çayı sahilində etirazçılara qarşı silah işlətdi...FOTO

Icma.az, Moderator.az saytına istinadən bildirir.

“Gürcü Arzusu”na yaxın olan iş adamı David (Datuna) Mikadze bu gecə Rustaveli prospektində aksiyanın dağıdılmasından sonra Kür çayının sağ sahilinə enən bir qrup etirazçı ilə silahlı münaqişəyə girib.

Moderator.az bu haqda "SOVA nəşrinə istinadla xəbər verir.

Hadisədən dərhal sonra insanlar internetdə hakimiyyətin "tituşka"larının(aşağıdakı izahata bax-S.L.) qondarma hücumu haqqında yazmağa başlayıblar.  Lakin gürcü mediası bu adamın kimliyini tez müəyyənləşdirib.

"Mtavari Arkhi" telekanalı onu “kriminal avtoritet” adlandırıb. "TV Pirveli"nin məlumatına görə isə, Mikadze həm də ölkənin keçmiş baş prokuroru Otar Partsxaladzenin (Rusiya "FSB" ilə əməkdaşlığa görə ABŞ tərəfindən "qara siyahı"ya salınmış Amerika sanksiyalarına məruz qalan şəxs) yaxın dostudur.

Hadisə şahidlərinin sözlərinə görə, həmin şəxs zirehli yolsuzluq avtomobili ilə camaatın yanına gəlib və təxribat törədib.

Videoda əlində odlu silah olan başqa bir kişi də görünüb. Onu Mikadzenin şəxsi mühafizəçisi hesab edirlər. Münaqişə zamanı o, əlini silahda saxlayaraq kütləni geri çəkilməyə vadar edib. "TV Pirveli"nin məlumatına görə, cangüdən Şimali Qafqazlı ola bilər. Sosial şəbəkələrdə onun Pankisi dərəsinin sakini olması versiyası da yayılıb.

Zəruri izahat:

"Tituşka"lar (ukrayınca) - 2013-cü ilin mayında Ukraynada yaranmış ümumiləşdirici termindir. Əsasən kütləvi etirazlar zamanı yerli hakimiyyət orqanları tərəfindən zorakı təxribatlar, davalar və fiziki gücdən istifadə etməklə digər hərəkətlər təşkil etmək üçün təhrikçi və muzdlu kimi gizli istifadə olunan gəncləri adlandırmaq üçün işlədilir.  "Tituşka"ların fərqli xüsusiyyəti onların yerli hökumət strukturları tərəfindən dəstəklənməsi və nəticədə cəzasız qalmaları və hüquq-mühafizə orqanları tərəfindən himayə olunmalarına zəmanət verilməsidir...

S.Laçın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Dekabr 2024 09:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see379

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see290

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see238

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see179

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see159

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see145

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see144

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see140

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri