Icma.az
close
up
RU
Menu

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

Bakının 27 istiqamətində tıxac VAR Foto

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

İqtidarın dialoqu və radikalların xofu Asif Adil YAZIR...

İqtidarın dialoqu və radikalların xofu Asif Adil YAZIR...

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Hətta doğma uşağının belə şıltaqlıq və dəcəlliyini zamanında dayandırmalısan ki, gələcəkdə onun taleyində yaşana biləcək bəzi çətinliklərin qarşısını ala biləsən.

İctimai-siyasi münasibətlərdə özünü aşkar edən radikal təfəkkürün əlamətləri isə embrion halında belə aradan qaldırılmalıdır. Bunu ən azından ona görə etmək lazımdır ki, bu cür düşüncə və davranış tərzinin qorxunc fəsadları təkcə bir fərdin şəxsi faciəsi ilə bitmir.

Əhalinin ictimai şüurunda radikal təfəkkürün əlamətlərinin mövcudluğu bütöv cəmiyyət və dövlət üçün təhdid yarada bilər. Radikal yanaşma dövlətçiliyin aqibətini belə şübhə altına ala bilər. Təsadüfi deyil ki, tarixən pozucu xarici qüvvələr öz təxribatlarını həyata keçirtmək üçün məhz konkret ölkənin daxilində olan radikal təfəkkürlü demaqoqların dəstəyinə güvənib. Qeyd olunanlar əsla nəzəriyyə deyil, əksinə, dünya ölkələrinin siyasi tarixində öz əksini tapmış real təcrübədir. Onu da əlavə etməliyik ki, bu cür siyasi “ekspansiya” əksər hallarda demokratik şüarlar altında həyata keçirilir.

Dünya ölkələrinin siyasi təcrübəsi onu da deməyə imkan verir ki, konkret cəmiyyətin ictimai şüurunda radikal təfəkkürü kütləvi şəkildə yaymaq üçün pozucu xarici qüvvələr tərəfindən ilk növbədə həmin ölkədə fəaliyyət göstərən siyasi partiyalardan istifadə olunur. Olduqca bəsit və bir o qədər də acı olan bu siyasi həqiqəti biləndən sonra bəzilərinin təxribat xarakterli “qımışmalarının” kəskinləşməsi məhz iqtidarın siyasi partiyalar müstəvisində islahatların başlanması dövrünə təsadüf etməsinin əsl səbəblərini öyrənmiş oluruq. Partiyaların müdaxilə və manipulyasiya aləti kimi əldən çıxma ehtimalı yarananda pozucu qüvvələrin düşərgəsində həyəcan təbili vuruldu. İstisna etmək olmaz ki, bu günlərdə şahidlik etdiyimiz bəzi proseslər də məhz qeyd etdiyimiz ehtimalın bilavasitə təzahürüdür.

Mövcud halda nə qədər “yırtıcı” və mahiyyət etibarı ilə “xəstə” siyasi və sosial-psixoloji məfhumdan söhbət getdiyini anlamaq üçün radikal düşüncə tərzinin sadəcə bəzi əlamətlərini qısaca olaraq sadalayaq: ifrat inkarçılıq; alternativsiz düşüncə tərzi; cəmiyyətə seçim imkanı vermədən yaşanan hadisələrin yalnız ağ və qara rənglər ilə boyanması; emosionallıq və qərəzlilik; total şübhə; qorxu və ümidsizlik hissinin aşılanması; stereotipli düşüncə tərzinin üstünlüyü; ictimai diqqətin yalnız neqativ hallar üzərində cəmləşdirilməsi; əldə olunmuş istənilən nailiyyətin kiçikləşdirilməsi; emosional və pafoslu ritorikanın üstünlüyü; sürətlə davam edən qalmaqal axtarışı və s. Göründüyü kimi qeyd olunan əlamətlər uşaqların ərköyünlüyük və şıltaqlığından daha çox təhlükəlidir.

Burada liberalizm oyunları keçməz, milli maraqların qorunması vəzifəsi hətta populyar hesab olunmayan sərt tədbirlərin görməsini belə labüd edir. Yeri gəlmişkən, onu da bilməliyik ki, strateji vəzifələrin icrası məqsədilə iqtidar populyar hesab olunmayan hər-hansı bir addım atan kimi bəzilərinin ucuz demaqogiyası dərhal kəskin şəkildə artır. Qərəzli manipulyasiyaların təsiri altına düşməmək və çirkli oyunların iştirakçılarına çevrilməmək üçün bu “xırda” siyasi həqiqəti diqqətdən qaçırtmayaq.

Mülahizələrin doğruluğunu dolayısilə təsdiq edən maraqlı bir müşahidəni bölüşmək istərdik. Nəzarətsiz, heç bir sərhəd və məhdudiyyət tanımayan sosial şəbəkələrin hətta həvəskar monitorinqi belə deməyə əsas yaradır ki, qorxudan ən çox danışanlar məhz radikal düşərgənin nümayəndələridir. Çünki, nə qədər paradoksal səslənsə də məhz qorxu xofu etiraz mədəniyyətinin yayılması üçün münbit şərait yaradır və radikal meylliyi kütləvi hala çevrə bilər. Odur ki, “qorxu” hissi demaqoqun ritorikasında sadəcə manipulyasiya alətidir.

Hətta düşərgənin “lideri” adlandırdıqları Ə.Kərimlinin saxlanılması belə cəmiyyətdə ümumiyyətlə heç bir etiraz və ya rezonansa səbəb olmadı. Əlbəttə ki, Kərimli özü sadəcə marionet oyuncaq olduğunu çox gözəl bilirdi və ona yazılan ssenarinin bu cür inkişaf edə biləcəyini də istisna etmirdi. Yaşanmış hadisələrdən ona inanan və müxtəlif vədlər ilə “tavanı” olmayan bu düşərgəyə azıb düşənlər sözün əsl mənasında pərt oldular.

Təşviq olunan siyasi dialoq mühiti isə hətta bu halda belə aldadılmışların harayına gələ bilir. Çünki bu dövlət hamımızın evidir. Bu evin qorunması üçün bizə radikal düşüncə tərzinin məhsulu olan ixtilaf və cəmiyyətin parçalanması yox, məhz siyasi dialoq mühitinin tərənnüm etdiyi milli birlik və həmrəylik lazımdır.

Bəhs etdiyimiz düşərgənin əsl mahiyyətini ifşa edən daha bir “maraqlı” məqama diqqət yetirək. Qəribədir, nədənsə məhz Kərimlinin həbsindən sonra onların “sözçüləri” cəmiyyətlə açıq dialoqunun aparılması zərurətindən danışmağa başladı. Qəribəlik ondadır ki, iqtidarın siyasi dialoqla bağlı olan bütün təşəbbüslərini aqressiv şəkildə inkar edən və digər partiyaları bu dialoqdan çəkindirən tərəf də məhz bu başı bəlalı radikal düşərgə olmuşdur.

Dialoqda iştirak edən tərəfləri qorxudan və onların ünvanına təhqirlər səsləndirən tərəf də radikal düşərgə idi. Ucuz istehza və səviyyəsiz ironiya ilə siyasi dialoqdan danışanlar indi də özləri dialoqun qapılarını döyürlər. Əlbəttə ki, burada nə siyasi peşəkarlıqdan, nə də ki hansısa əqidədən danışmaq mümkündür. Xalqımızın zəngin mədəniyyətini və mental keyfiyyətlərini nəzərə alsaq, deyə bilərik ki, dialoq təklifi böyüklüyün əlamətidir.

Prezident İlham Əliyev illər öncə dialoq təşəbbüsü ilə çıxış etməklə əslində siyasətdə bu böyüklüyü nümayiş etdirmiş oldu. Milli birliyə, həmrəyliyə və potensialların səfərbər olunmasına xidmət edən dialoq mühiti xalqın gələcəyinə xidmət edən dövlətin strateji sərmayəsidir. Odur ki, bu millət və dövlətin inkişafını arzu edən, habelə bu cür amallar uğrunda öz bilik və bacarıqlarını əsirgəməyən hər bir vətəndaş şərti dialoq qapısından keçərək öz şəxsi töhfəsini verə bilər.

Asif Adil
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:327
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 Yanvar 2026 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see359

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see309

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see279

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see253

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see248

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see243

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see229

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see224

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see224

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see221

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see206

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see202

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see202

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see199

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see193

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see193

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see193

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see187

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see183

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri