Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Ən çox qazanan televiziya aktyorları...

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Siyasi komikslər Asif Adil YAZIR...

Siyasi komikslər Asif Adil YAZIR...

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Bəyənib-bəyənməyimizdən asılı olmayaraq dünyada müşahidə olunan qlobal tendensiyalar mütləq bu və ya digər dərəcədə Azərbaycanda da yaşanır və yaşanacaqdır. Bu mənada dövlət və millət olaraq vəzifəmiz ondan ibarətdir ki, qaçılmaz hesab olunan bəzi tendensiyaların qarşısını alaq, yaxud ən azından onların neqativ fəsadlarını minimuma endirək. Dağıdıcı tendensiyaların ən sevimli sahəsinin məhz ictimai münasibətlərin siyasi və ideoloji müstəviləri olduğunu dünya ölkələrinin təcrübəsindən yaxşı bilirik. Həssas hesab olunan bu sahələr rahatlıqla müxtəlif ziyanverici meyllərə yoluxa bilir.

Bəşəri dəyərləri yaşadan, onlara müasir nəfəs verən klassik ədəbiyyatı oxumaqla və maraqlı mövzular ətrafında fikir mübadiləsi aparmaqla yox, məhz sosial şəbəkələr sayəsində qeybətə alışmış, habelə komikslərdən zövq alan və onların əlvan şəkillərinə baxmaqla böyüyən nəsil əlbəttə, gündəlik həyatında və “peşəkar” fəaliyyətində süni zəkaya üstünlük verəcəkdir. Müasir dünyanı bürüyən bu cür tendensiyaların təsadüfi olmasını sübut etməyə heç kim heç cəhd etməsin. İctimai münasibətlərin ideoloji qatında da yaşanan analoji proseslər birmənalı olaraq yönəldilən və idarəolunandır. Odur ki, bu gün müəyyən sahələrdə müşahidə etdiyimiz xoşagəlməz tendensiyalar gözlənilən idi və onları proqnoz etmək asan iş idi.

Obyektivlik naminə mövzunun inkişafında hər kəs etiraf edə bilər ki, “fikir” və “təhlil” uzun müddət ərzində ardıcıl olaraq idarəetmə sistemindən müxtəlif bəhanələrlə uzaqlaşdırılırdı. Xüsusən “bu praktikaya heç bir aidiyyəti olmayan nəzəriyyədir” kimi fikirlər dolaşan dövlət müəssisələrində zamanla “lüt” icraçılıq təfəkkürü hökm sürməyə başlayır və fəaliyyət əsasən hazır standart modullar əsasında təşkil olunur. Bəli, ola bilsin, mövcud model gündəlik iş fəaliyyəti rahatlaşdıra bilər, ancaq burada dayanıqlı inkişaf və rəqabətə dözümlülüyün artmasından əsla söhbət aparıla bilməz.

Hazır modullara üstünlük verildiyi idarəetmə sistemlərində əməkdaşların məsuliyyət hissi də zamanla qaçılmaz olaraq “boğulur”. Bu gün gündəlik iş rejimində əməkdaş adi xidməti arayışı məhz süni zəkanın köməyi ilə hazırlayırsa, müəllim isə tələbələrlə açıq fikir mübadiləsi aparmadan onlara sadəcə hansısa mətninin öyrənilməsini tapşırırsa, o zaman sabah ictimai təfəkkürümüzün formalaşmasında və gündəlik qərarlarımızın qəbul olunmasında əsas amilin məhz sosial şəbəkələr olacağına gərək təəccüblənməyək.

Müasir cəmiyyət müxtəlif səbəblərdən uzun müddət ərzində peşəkar diskussiyaları eşitməyə və bu cür diskussiyalardan zövq almağa yadırğayıb. Əlbəttə ki, sosial şəbəkələrin kosmik sürətlə inkişaf etməsi fonunda analoji tendensiyalar cəmiyyət üçün yaxşı heç nə vəd edə bilməz. Aşılanan “komiks təfəkkürü” bizə düşünməyi yox, düşünmədən təqlid etməyi öyrədir. Eyniliklə, süni zəka kimi.

Bu cür obyektiv tendensiyalar siyasətdən yan keçə bilməz. Fikir və mütaliəyə  yer azaldıqca siyasətdə emosiyaların payı artır. Fikir olmayan yerdə isə sağlam və konstruktiv dialoqu təhqir və şantaj rahatlıqla əvəzləyir. Eyniliklə, komikslərdə olduğu kimi, “əkşın” məzmun və mənanı əvəzləyir. İnternetin sayəsində siyasi şoumen, habelə xəstə ambisiyalı və radikal təfəkkürlü fəallar özlərini daha çox komikslərin qəhrəmanlarına bənzədirlər. Reallıqdan qopmuş bu fəallar uzun illər ərzində əhalinin ictimai təfəkküründə təşviq olunan komiks təfəkkürünün bilavasitə məhsuludur. Ona görə də başqaların oyunlarında sadəcə alətə çevrilməmək üçün məsuliyyətli vətəndaş bu cür sadə siyasi həqiqətləri mütləq bilməlidir.

Asif Adil

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://moderator.az
archiveBu xəbər 18 Noyabr 2026 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see332

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see306

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see292

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see272

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see270

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see267

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see266

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see262

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see253

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see245

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see241

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see239

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see238

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see237

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see230

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see228

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see215

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see215

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see208

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri