Icma.az
close
up
RU
İqtisadçı: Azərbaycanda vətəndaşların pensiya kapitalı üzərində sərəncam vermə hüquqları təsbit olunmayıb

İqtisadçı: Azərbaycanda vətəndaşların pensiya kapitalı üzərində sərəncam vermə hüquqları təsbit olunmayıb

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son zamanlarda ölkəmizdə pensiya kapitalının birdəfəyə tam əldə edilməsi ilə bağlı müzakirələr aparılır. Pensiya kapitalı dedikdə insanların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınan və hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləği nəzərdə tutulur. Mövcud qanunvericiliyə görə, insanlar pensiya kapitalını tam götürə bilməzlər.

İnsanlar pensiya yaşına çatdıqdan sonra 12 il ərzində pensiya kapitalını əldə edə bilərlər. Yəni sözügedən kapital 144 aya bölünərək aylıq pensiya şəklində vətəndaşa təqdim edilir. Lakin, bəzi şəxslər pensiya kapitalından tam yararlanmaq niyyətindədirlər. Vətəndaşlar deyir ki, bəzi insanların ömrü pensiya kapitalından tam istifadə etməyə çatmır və onu daha tez istifadə etmək istəyir. Bu mənada yaxın gələcəkdə qanunvericiliyə hansısa dəyişikliklərin olması ehtimalı varmı? Yəni insanlar pensiya kapitalının ən azından müəyyən bir hissəsindən yararlanmaq fürsəti əldə edə bilərlərmi?

Milli.Az xəbər verir ki, sözügedən mövzu ətrafında millət vəkili Vüqar Bayramov referans.az-a açıqlama verib.

Millət vəkili bildirib ki, pensiya kapitalının istifadə məsələsi müzakirə edilən məsələlərdən biridir. Bununla bağlı 2015-ci ilin dövlət büdcəsi müzakirə edilən zaman Milli Məclisdə də təkliflər təqdim olunub. Bir sıra ölkələrdə o cümlədən Sinqapur və Amerika Birləşmiş Ştatlarında olduğu kimi pensiya kapitalının bizdə də istifadəsi ilə bağlı təkliflərimizi etmişik. Bizim təkliflərimiz, pensiya kapitalının bir hissəsinin pensiya kapitalını formalaşdıran şəxs tərəfindən pensiya yaşı tamam olmadan pensiya imkanlarının yaradılmasıdır. Millət vəkili müqayisə üçün onu da vurğulayıb ki, Amerika Birləşmiş Ştatlarında minimum pensiya anlayışı ilə yanaşı həm də orta pensiya kapitalı anlayışı da var. Bu kapitala malik olan şəxslər o kapitaldan istifadə edə bilirlər. Bu isə həmin şəxslərə imkan verir ki, onlar pensiya kapitalından daha tez faydalansınlar həm də pensiya kapitalının bir hissəsi istehlaka yönəlsin. Oxşar praktikanın Azərbaycanda da tətbiqini məqsədəuyğun hesab edirik. Bu istiqamətdə maliyyə qiymətləndirilməsinin aparılması və buna uyğun qərarın verilməsi vacibdir. "Bütövlükdə pensiya kapitalının bir hissəsindən istifadə imkanlarının yaradılması, misal üçün kredit borcunun ödənilməsi, təhsil və səhiyyə xidmətləri üçün istifadə edilməsi pensiya kapitalının yığımına marağı artıra bilər. Eyni zamanda da həm də bu proses vətəndaşlarımızın pensiya kapitalının daha səmərəli istifadəsinə fürsət yarada bilər. Həmçinin də bu rəsmi məşğulluğun genişləndirilməsi fonunda qeyri-rəsmi məşğulluğun payının azaldılması baxımından da vacibdir", - deyə deputat əlavə edib.




Tanınmış iqtisadçı-ekspert Razi Abbasbəyli “Sherg.az”a söyləyib ki, bu təklif kimi müzakirə edilməkdədir:


“Faktiki olaraq hər hansı bir qanun və yaxud da pensiya kapitalının idarə edilməsi ilə bağlı bir qərar yoxdur. Hazırda Azərbaycanda əmək pensiyaları üzrə toplanmış pensiya kapitallarının idarə edilməsi, onlar üzərində vətəndaşların sərəncam vermə hüquqları təsbit olunmayıb. Yəni bu qanun hələ ki, ümumi şifahi təkliflər və ümumi ictimai müzakirələr halında təqdim olunur. Amma dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsində belə hallar mövcuddur. Hətta pensiyaya çıxmadan əvvəl və yaxud da pensiyaya çıxdıqdan sonra pensiya kapitalının idarə edilməsi üzərində sərəncamı vətəndaş özü verə bilir. İstəsəniz siz pensiya kapitalınızı beş il ərzində, istəsəniz də 10 il ərzində ümumi bölgü əsasında ala bilərsiniz və yaxud da pensiya kapitalınızı ümumiyyətlə müvafiq olaraq cari borclarınız ödənilməsinə də könüllü olaraq yönəldilməsinə icazə verə bilərsiniz. Bu, əsasən özəl pensiya fondları tərəfindən təklif edilir. Dövlət Pensiya Fondunda belə təkliflər yoxdur. Belə bir praktika da mövcuddur ki, Dövlət Pensiya Fondu öz vəsaitlərini bir sıra kommersiya banklarına yerləşdirməklə onlardan gəlir əldə edir və əldə etdiyi gəlirlər vətəndaşın pensiya kapitalının müəyyən hissəsinin istədiyi anda əldə etməsinə, pensiya kapitalını çıxarmasına və yaxud digər cari xərclərinə yönəltməsinə imkan verir. Azərbaycanda isə hələ ki, nə vətəndaşın pensiya kapitalı üzərində sərəncam vermək hüququ, nə də ondan hansısa bir xərclərinin qarşılanması üçün, qanuni baza mövcud deyil. Bunlar sadəcə olaraq ictimai müzakirələr, ümumi ictimai təkliflərdir və qanun olmadığına görə də bu hansı şəkildə işləyəcək, hansı şəkildə mexanizmlər hazırlanacaq demək çətindir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 Fevral 2025 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see263

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see210

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see186

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see177

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see158

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri