Icma.az
close
up
RU
İqtisadçı ekspertdən təkliflər: “Qanuna dəyişikliklər edilməlidir”

İqtisadçı ekspertdən təkliflər: “Qanuna dəyişikliklər edilməlidir”

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Vüqar Oruc: “Maliyyə Nazirliyinin nəzdində qiymətləndirmə, maliyyə-mühasibat və audit sektorunun tənzimləməsinə nəzarəti həyata keçirəcək strukturun yaradılmasına da xüsusi ehtiyac var”

"Qiymətləndirmə fəaliyyəti haqqında” qanun yeni qəbul olunsa da, bu sahədə ciddi islahatlara ehtiyac var. Nəzərə alsaq ki, Azərbaycanda qəbul edilən bir çox qanunlara sonradan dəyişikliklər edilib, “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna da düzəlişlər edilməsi labüddür”.

Belə bir təşəbbüslə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) prezidenti Vüqar Oruc çıxış edib.

O, hesab edir ki, əsas dəyişiklik qiymətləndirmə istiqamətləri ilə bağlı olmalıdır: 

“2023-cü ilin sonunda qəbul edilən yeni qanunda göstərilir ki, qiymətləndirmə fəaliyyəti 9 istiqamət üzrə həyata keçirilir. Müəssisələrin, daşınar əmlakın, daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin, daşınar və daşınmaz mədəni irs nümunələrinin, mədəni sərvətlərin, tarix, mədəniyyət və təbiət abidələrinin, qeyri-maddi əmlak nemətlərinin və qiymətli kağızlarının, kreditor borcların və digər öhdəliklərin, təbii sərvətlər, dəymiş zərərin, əldən çıxmış mənfəətin və risklərin, xidmətlərin qiymətləndirilməsi bu qəbildəndir. Qanun qəbul edilərkən təklif etdik ki, qiymətləndirmə istiqamətləri optimallaşdırılsın. Bu gün də təklifimiz qüvvədədir və hesab edirəm ki, qanuna yenidən baxmağın zamanıdır. Təsəvvür edin ki, müəssisənin qiymətləndirilməsi üzrə şəhadətnamə alan qiymətləndirici başqa sahələrdə qiymətləndirmə apara bilməz. Hansı ki, misal üçün, müəssisəni qiymətləndirən qiymətləndirici həm də aktivləri qiymətləndirməlidir. Aktivlərin içərisində daşınar və daşınmaz əmlak da qiymətləndirir. Müəssisə qiymətləndirən qiymətləndirici digər 5 sahəni də qiymətləndirə bilər, çünki həmin sahələr müəssisənin maliyyə hesabatının tərkib hissəsi ilə birbaşa əlaqəlidir. Yaxud, daşınar və daşınmaz əmlakların qiymətləndirmələri bir-birinə yaxın sahələrdir. Bu istiqamətlərdən birində fəaliyyət göstərən qiymətləndirici digərində də eyni səviyyədə öz xidmətini göstərə bilər. Siyahını uzatmaq da olar. Bu səbəbdən qiymətləndirmə istiqamətləri birləşdirilməli, onların sayı 9-dan 3 və ya 4 həddinə endirilməlidir. Qonşu dövlətlərdə və beynəlxalq təcrübədə istiqamətlərdən çox, peşəkarlıq səviyyəsinə görə bölgülər aparılır”.

Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən peşə ixtisas imtahanlarına münasibət bildirən AQC sədri artıq 5 imtahanın keçirildiyini və Qanunda nəzərdə tutulan 6-ci imtahanın 17 iyulda keçiriləcəyini bildirib. Vüqar Oruc bu müddət ərzində suallar toplusunun nəşr olunmamasını və bunun da iştirakçılar üçün problem yaratdığını vurğulayıb. “Qarşıda növbəti imtahanlara qədər 6 ay müddət fasilə olacaq. DİM bu müddətdən istifadə etməli, UNEC, Azərbaycan Qiymətləndiricilər Palatası və AQC mütəxəssislərini cəlb etməklə suallar toplusunun formalaşdırılmasını həyata keçirsə, sektorumuza çox ciddi dəstək vermiş olar”-deyə sədr bildirib.

İqtisadçı ekspertin daha bir təklifi isə qiymətləndirmə, maliyyə-mühasibat və audit sahələrinə nəzarəti təmin edəcək strukturun yaradılması ilə bağlıdır: “Bu gün Azərbaycanda Qiymətləndiricilər Palatası və Auditorlar Palatası fəaliyyət göstərir. Mövcud qanunvericiliyə uyğun olaraq bu palatalar sektorda tənzimləmə siyasətini həyata keçirirlər. Fəaliyyətləri isə müstəqildir və rəhbər heyətləri sektor təmsilçiləri tərəfindən formalaşdırılır. Bu, əslində doğru yanaşmadır. Lakin tam şəkildə müstəqillik bəzən müəyyən problemlərə və bazara müdaxilə cəhdlərinə yol açır. Problem bununla bitmir. Bu üç yaxın və əlaqəli sahələr çox zaman öz daxili sərhədlərinə uyğun fəaliyyət göstərməyən mütəxəssislərin səhvləri nəticəsində maliyyə-hesabat fəaliyyətinin qanuni və obyektiv təşkil edilməsinə əngəl yaradır. Audit və qiymətləndirmə fəaliyyəti eyni mütəxəssis və ya şirkət tərəfindən aparıla bilməz. Digər tərəfdən mühasibat fəaliyyətinin inkişafı məqsədilə tənzimləyici qurumun yaradılması məqsədəuyğun olar. Sözügedən istiqamətdə peşəkar birliklər mövcud olsa da, onların bazar iştirakçılarının fəaliyyənə inzibati təsir imkanları yoxdur. Bu baxımdan Maliyyə Nazirliyinin nəzdində qiymətləndirmə, maliyyə-mühasibat və audit sektorunun tənzimləməsinə nəzarəti həyata keçirəcək strukturun yaradılmasına da xüsusi ehtiyac var”– Vüqar Oruc söyləyir.

Əlavə edir edir ki, bununla bağlı təklifləri Prezident Adminstrasiyasına, Milli Məclisə və müvafiq dövlət qurumlarına göndərməyi, məsələ ilə əlaqədar Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komissiyasına da görüş üçün müraciət etməyi nəzərdə tuturlar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 İyul 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri