Icma.az
close
up
RU
Menu

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

Panik atakla infarktı necə ayırd etmək olar?

Səhər yeməyində buna diqqət edin!

Ankarada yüzlərlə sayt BLOKLANDI

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

Maskın raketi suya düşərək partladı Video

Tbilisidəki matçdan əvvəl qalmaqal: Azərbaycanlı hakim hədəfdədir

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

İraq ABŞ dən İranla uçuşlara icazə verməsini istəyir

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

Azərbaycanda bərələrlə avtotexnika daşımaları 13% artıb

“Kəlbəcərdə görüntülənən bu heyvan inəyin bir növüdür, Qırğızıstandan gətirilib” Yak təsərrüfatında artım varmı? ÖZƏL

Azərbaycanda məşhur universitet 3 avtomobil alacaq

“Qanuna dəyişikliklər edilməlidir” Vüqar Oruc

“Qanuna dəyişikliklər edilməlidir” Vüqar Oruc

Icma.az xəbər verir, Tribuna saytına əsaslanaraq.

“Qiymətləndirmə fəaliyyəti haqqında” qanun yeni qəbul olunsa da, bu sahədə ciddi islahatlara ehtiyac var. Nəzərə alsaq ki, Azərbaycanda qəbul edilən bir çox qanunlara sonradan dəyişikliklər edilib, “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna da düzəlişlər edilməsi labüddür”.

Tribunainfo.az-ın yazdığına görə, bu təşəbbüslə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) prezidenti Vüqar Oruc çıxış edib.

O, hesab edir ki, əsas dəyişiklik qiymətləndirmə istiqamətləri ilə bağlı olmalıdır: “2023-cü ilin sonunda qəbul edilən yeni qanunda göstərilir ki, qiymətləndirmə fəaliyyəti 9 istiqamət üzrə həyata keçirilir. Müəssisələrin, daşınar və daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin, daşınar və daşınmaz mədəni irs nümunələrinin, mədəni sərvətlərin, tarix, mədəniyyət və təbiət abidələrinin, qeyri-maddi əmlak nemətlərinin və qiymətli kağızlarının, kreditor borcların və digər öhdəliklərin, təbii sərvətlər, dəymiş zərərin, əldən çıxmış mənfəətin və risklərin, xidmətlərin qiymətləndirilməsi bu qəbildəndir. Qanun qəbul olunarkən təklif etdik ki, qiymətləndirmə istiqamətləri optimallaşdırılsın. Bu gün də təklifimiz qüvvədədir və hesab edirəm ki, qanuna yenidən baxmağın zamanıdır. Təsəvvür edin ki, müəssisənin qiymətləndirilməsi üzrə şəhadətnamə alan qiymətləndirici başqa sahələrdə qiymətləndirmə apara bilməz. Hansı ki, misal üçün, müəssisəni qiymətləndirən qiymətləndirici həm də aktivləri qiymətləndirməlidir. Aktivlərin içərisində daşınar və daşınmaz əmlak da qiymətləndirir. Müəssisə qiymətləndirən qiymətləndirici digər 5 sahəni də qiymətləndirə bilər, çünki həmin sahələr müəssisənin maliyyə hesabatının tərkib hissəsi ilə birbaşa əlaqəlidir. Yaxud, daşınar və daşınmaz əmlakların qiymətləndirmələri bir-birinə yaxın sahələrdir. Bu istiqamətlərdən birində fəaliyyət göstərən qiymətləndirici digərində də eyni səviyyədə öz xidmətini göstərə bilər. Siyahını uzatmaq da olar. Bu səbəbdən qiymətləndirmə istiqamətləri birləşdirilməli, onların sayı 9-dan 3 və ya 4 həddinə endirilməlidir. Qonşu dövlətlərdə və beynəlxalq təcrübədə istiqamətlərdən çox, peşəkarlıq səviyyəsinə görə bölgülər aparılır”.

Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən peşə ixtisas imtahanlarına münasibət bildirən AQC sədri artıq 5 imtahanın keçirildiyini və Qanunda nəzərdə tutulan 6-ci imtahanın 17 iyulda keçiriləcəyini bildirib. Vüqar Oruc bu müddət ərzində suallar toplusunun nəşr olunmamasını və bunun da iştirakçılar üçün problem yaratdığını vurğulayıb. “Qarşıda növbəti imtahanlara qədər 6 ay müddət fasilə olacaq. DİM bu müddətdən istifadə etməli, UNEC, Azərbaycan Qiymətləndiricilər Palatası və AQC mütəxəssislərini cəlb etməklə suallar toplusunun formalaşdırılmasını həyata keçirsə, sektorumuza çox ciddi dəstək vermiş olar”, – deyə sədr bildirib.

İqtisadçı ekspertin daha bir təklifi isə qiymətləndirmə, maliyyə-mühasibat və audit sahələrinə nəzarəti təmin edəcək strukturun yaradılması ilə bağlıdır: “Bu gün Azərbaycanda Qiymətləndiricilər Palatası və Auditorlar Palatası fəaliyyət göstərir. Mövcud qanunvericiliyə uyğun olaraq bu palatalar sektorda tənzimləmə siyasətini həyata keçirirlər. Fəaliyyətləri isə müstəqildir və rəhbər heyətləri sektor təmsilçiləri tərəfindən formalaşdırılır. Bu, əslində doğru yanaşmadır. Lakin tam şəkildə müstəqillik bəzən müəyyən problemlərə və bazara müdaxilə cəhdlərinə yol açır. Problem bununla bitmir. Bu üç yaxın və əlaqəli sahələr çox zaman öz daxili sərhədlərinə uyğun fəaliyyət göstərməyən mütəxəssislərin səhvləri nəticəsində maliyyə-hesabat fəaliyyətinin qanuni və obyektiv təşkil edilməsinə əngəl yaradır. Audit və qiymətləndirmə fəaliyyəti eyni mütəxəssis və ya şirkət tərəfindən aparıla bilməz. Digər tərəfdən mühasibat fəaliyyətinin inkişafı məqsədilə tənzimləyici qurumun yaradılması məqsədəuyğun olar. Sözügedən istiqamətdə peşəkar birliklər mövcud olsa da, onların bazar iştirakçılarının fəaliyyənə inzibati təsir imkanları yoxdur. Bu baxımdan Maliyyə Nazirliyinin nəzdində qiymətləndirmə, maliyyə-mühasibat və audit sektorunun tənzimləməsinə nəzarəti həyata keçirəcək strukturun yaradılmasına da xüsusi ehtiyac var”, – Vüqar Oruc söyləyir.

Əlavə edir edir ki, bununla bağlı təklifləri Prezident Adminstrasiyasına, Milli Məclisə və müvafiq dövlət qurumlarına göndərməyi, məsələ ilə əlaqədar Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komissiyasına da görüş üçün müraciət etməyi nəzərdə tuturlar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 11 İyul 2025 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see433

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see223

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see215

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see195

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

Tbilisidəki matçdan əvvəl qalmaqal: Azərbaycanlı hakim hədəfdədir

28 Sentyabr 2026 02:29see153

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

28 Sentyabr 2026 03:28see152

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

28 Sentyabr 2026 17:45see151

İraq ABŞ dən İranla uçuşlara icazə verməsini istəyir

28 Sentyabr 2026 02:24see151

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

28 Sentyabr 2026 21:51see151

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

28 Sentyabr 2026 17:30see151

Azərbaycanda bərələrlə avtotexnika daşımaları 13% artıb

28 Sentyabr 2026 10:51see150

“Kəlbəcərdə görüntülənən bu heyvan inəyin bir növüdür, Qırğızıstandan gətirilib” Yak təsərrüfatında artım varmı? ÖZƏL

28 Sentyabr 2026 07:50see150

Azərbaycanda məşhur universitet 3 avtomobil alacaq

28 Sentyabr 2026 18:36see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri