İqtisadçı: Sənaye parklarının yaradılması qeyri neft sektorunun genişlənməsinə şərait yaradır
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 19 noyabr, AZƏRTAC
Son illərdə Azərbaycanda sahibkarlıq fəaliyyətinin inkişafı üçün güclü təkanverici addımlar atılıb və bu prosesin əsas istiqamətlərindən biri müasir infrastruktura malik sənaye parklarının yaradılmasıdır. Bu parklar ölkə iqtisadiyyatında qeyri-neft sektorunun genişlənməsinə, yeni istehsal sahələrinin yaranmasına və rəqabətqabiliyyətli məhsulların istehsalına şərait yaradır.
Bunu AZƏRTAC-a açıqlamasında iqtisadçı Kamran Hacıyev deyib. Onun sözlərinə görə, sənaye parklarının əsas üstünlüyü ondadır ki, burada sahibkarlara hazır infrastruktur, vergi və gömrük güzəştləri, logistika və təhlükəsiz mühit təqdim olunur. Bu, həm yerli, həm də xarici investorların Azərbaycana marağını artırır. Xüsusilə Azərbaycanın coğrafi mövqeyi, nəqliyyat dəhlizləri və enerji sabitliyi sənaye parklarını regionun ən cəlbedici industriya zonalarından birinə çevirir. Parkların yaradılması zamanı Türkiyə, Cənubi Koreya, Çin və Avropa ölkələrinin müsbət təcrübələri öyrənilib və ölkəmizdə tətbiq olunub. Xarici və yerli investorların cəlb edilməsinin əsas üstünlüklərinə azad və şəffaf biznes mühiti, logistika dəhlizləri (BTQ, Orta Dəhliz, Bakı limanı), geostrateji yerləşmə və dövlət zəmanətli proqramlar daxildir.
İqtisadçı, həmçinin vurğulayıb ki, bu gün Azərbaycanda sənaye parkları klaster yanaşması, innovasiya əsaslı istehsal, ekoloji standartlara uyğun infrastruktur və dövlət–özəl sektor əməkdaşlığı kimi müasir prinsiplərə əsaslanır. Bu da həm dayanıqlı sənaye modelinin formalaşmasına, həm də ölkənin rəqabət üstünlüyünün artmasına səbəb olur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 19 Noyabr 2025 17:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















