Icma.az
close
up
RU
Kazinoların açılması Azərbaycana daha çox turistin gəlməsinə şərait yaradacaq İqtisadçı

Kazinoların açılması Azərbaycana daha çox turistin gəlməsinə şərait yaradacaq İqtisadçı

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Razi Abbasbəyli: Bu, Azərbaycanın ümumi iqtisadi gəlirlərinin artmasında mühüm rol oynayacaq


Qlobal miqyasda kazino sənayesi sürətlə inkişaf edir. 2023-cü ildə bu sahənin illik dövriyyəsi 540 milyard dollar təşkil edib, 2024-cü ildə isə bu rəqəm 580 milyard dollara yüksəlib. Proqnozlara əsasən, 2028-ci ilə qədər dövriyyənin 745 milyard dollara çatacağı gözlənilir. Bir çox ölkələr bu iqtisadi potensialdan səmərəli istifadə edərək kazino sənayesini turizm və vergi gəlirləri üçün mühüm alətə çeviriblər. Azərbaycan da turizmin inkişafı baxımından bu trendləri dəyərləndirə bilər. Ölkəyə gələn turistlərin sayında müşahidə olunan artım əlavə əyləncə və istirahət infrastrukturlarına olan tələbi artırır. Bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da xüsusi turizm zonalarında kazinoların fəaliyyətinə icazə verilməsi bu ehtiyaclara cavab verə bilər. Məsələn, ərazi və əhali baxımından Azərbaycandan kiçik olan Gürcüstan bu sahədə əhəmiyyətli irəliləyiş əldə edib. 2024-cü ildə Gürcüstanda kazino sektorunun dövriyyəsi 28 milyard ABŞ dollarına çatıb və bu sahədə 20 mindən çox insan çalışır. Gürcüstan kazinolarının gəlirlərinin əhəmiyyətli hissəsi xarici turistlərdən, xüsusilə də Azərbaycan vətəndaşlarından gəlir. Oxşar tendensiya Qazaxıstan və Özbəkistanda da müşahidə olunur. Qazaxıstanda 2023-cü ildə qumar sektorunun gəliri 2,85 milyard dollar olub və dövlət büdcəsinə 245 milyon dollar vergi ödənilib. Özbəkistan isə 2025-ci ildən lisenziyalı qumar fəaliyyətinə başlayır, çünki bu ölkədə vətəndaşların onlayn oyunlara ayırdığı vəsait milyardlarla dollarla ölçülür. Azərbaycanda isə kazinoların fəaliyyəti uzun illərdir qadağandır. Nəticədə, bu sahəyə maraq göstərən insanlar qonşu ölkələrə üz tutur və bu da milyonlarla manat vəsaitin ölkədən çıxmasına səbəb olur. 


Tanınmış iqtisadçı-ekspert Razi Abbasbəyli Sherg.az-a söyləyib ki, 1998-ci ildən etibarən Azərbaycanda kazino oyunları qadağan edilib:


“Hazırda isə yeni qanunvericiliyə ediləcək dəyişikliklər çərçivəsində ölkə ərazisində belə bir fəaliyyətə icazə verilməsi nəzərdə tutulur. Bu addımın turizm sektoruna müəyyən təsirləri ola bilər. Kazino fəaliyyətinin leqallaşdırılması turizmdən əldə olunan gəlirlərin artımına müsbət təsir göstərər. Lakin nəzərə almaq lazımdır ki, turistlərin Azərbaycana cəlb olunması üçün kazinoların mövcudluğu təkcə bir amildir. Bu, daha geniş və kompleks tədbirlər çərçivəsində qiymətləndirilməlidir. Ümumiyyətlə, kazinolarda iştirak edən şəxslər əsasən zəngin təbəqəyə aid insanlardır. Bu baxımdan, belə bir fəaliyyətin leqallaşdırılması həm sosial risklərin azalmasına, həm də dövlətin nəzarət mexanizmlərinin tətbiqinə şərait yaradır. Eyni zamanda, bu fəaliyyətlərdən əldə olunan gəlirlərin rəsmi şəkildə qeydiyyata alınması və büdcəyə əlavə vəsaitlərin daxil olması mümkün olur. Hazırda Azərbaycan vətəndaşlarının xarici onlayn platformalar üzərindən qumar oyunlarında iştirakı 100 milyonlarla manat civarında qiymətləndirilir. Ancaq bu fəaliyyətin dəqiq qeydiyyatı aparılmır, vergiyə cəlb olunmur və bu sahədə təsirli nəzarət mexanizmləri mövcud deyil. Bu səbəbdən hesab edirəm ki, həm ənənəvi kazino oyunları, həm də elektron onlayn qumar platformalarının fəaliyyətinə dövlət nəzarətini təmin etmək üçün onları müəyyən mənada leqallaşdırmaq vacibdir. Bu addım həm də ölkədən xarici valyuta axınının qarşısını almağa, həmçinin bu valyutanın hərəkətinə dövlətin nəzarətini gücləndirməyə imkan verər. Kazinoların açılması Azərbaycana daha çox turistin gəlməsinə şərait yaradar. Lakin bu sahədə uğur əldə etmək üçün digər vacib şərtlərə də diqqət yetirilməlidir. Məsələn, avia biletlərin qiymətində islahatlar aparılmalı, qiymətlər aşağı salınmalıdır ki, insanlar həm turist kimi Azərbaycana gəlməkdə, həm də kazinolarda iştirak etməkdə maraqlı olsunlar. Bütün bu tədbirlər kompleks şəkildə həyata keçirilərsə, kazinoların fəaliyyəti həm dövlət büdcəsinə müsbət təsir edər, həm də ölkəyə daha zəngin təbəqədən olan turistlərin cəlb olunmasına şərait yaradar. Nəticə etibarilə bu, Azərbaycanın ümumi iqtisadi gəlirlərinin artmasında mühüm rol oynayacaq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:56
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 İyun 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see158

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri