Icma.az
close
up
RU
İqtisadçıdan ərə getmək istəyən qızlara çağırış Evi, maşını olan kişi...

İqtisadçıdan ərə getmək istəyən qızlara çağırış Evi, maşını olan kişi...

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

“Əziz xanımlar, həyat yoldaşı seçərkən tələblər siyahısını uzatmazdan əvvəl gəlin məsələyə bir az da iqtisadiyyatın tələb və təklif qanunu ilə baxaq”. 
Bu sözləri sosial media hesabında iqtisadçı Eyyub Kərimli bildirib.
O qeyd edib ki, Azərbaycanda 20–30 yaş arasında təxminən 700 min kişi var:
“Təxmini hesablamalara görə, onların təxminən 500 mini iqtisadi fəaliyyətlə məşğuldur. İndi gələk məşhur tələblərə:
“Yaxşı işi olsun, maaşı yüksək olsun, evi olsun, maşını olsun...”
Elə burada riyaziyyat vəziyyəti bir qədər dəyişir. Təxmini hesablamamıza görə, həmin 500 min işləyən gənc kişinin cəmi 50–70 mininin aylıq gəliri 2 000 manatdan yüksəkdir. Üstünə “öz evi və avtomobili də olsun” şərtini əlavə etsək, seçim dairəsi təbii ki, daha da daralacaq.
Başqa sözlə, təkcə yüksək gəlir meyarını götürsək belə, təxminən hər 7 işləyən gənc kişidən yalnız 1-i bu tələbə cavab verir. Bu da avtomatik olaraq hər 7 xanımnan birinin ailə səadətinə çatmaq imkanı verir.Çox ciddi və amansız rəqabət mühitidir.
İqtisadçı əlavə edib ki, iqtisadiyyatda isə sadə bir qayda var:
“Təklif məhdud, tələb yüksəkdirsə, rəqabət artır.  Ona görə “ev + maşın + yüksək maaş + bütün digər üstünlüklər” paketini tələb edərkən bir detalı unutmayaq: həmin “paket” kütləvi məhsul deyil. Üstəlik, o 70 min bəyin də öz seçimləri və tələbləri var. Deməli, məsələ yalnız “mən kimi istəyirəm?” sualı deyil. Bir də “mənim istədiyim insan məni seçəcəkmi?” sualı var. Bəlkə də ailə qurarkən hazır evə, hazır maşına və hazır yüksək maaşa deyil, insanın xarakterinə, məsuliyyətinə, zəhmətkeşliyinə və birlikdə bunları yaratmaq potensialına daha çox baxmaq lazımdır. Çünki iqtisadiyyatda olduğu kimi, münasibətlərdə də arzular sonsuz, resurslar isə məhduddur”.
Fidan Hacızadə
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 Sentyabr 2026 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see535

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see263

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see263

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see259

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see241

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see241

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see237

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see230

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see226

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see202

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see196

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri