Icma.az
close
up
RU
İqtisadi Əməkdaşlıq Təşkilatı Azərbaycan üçün çoxşaxəli və strateji əhəmiyyətə malik regional platformadır

İqtisadi Əməkdaşlıq Təşkilatı Azərbaycan üçün çoxşaxəli və strateji əhəmiyyətə malik regional platformadır

Icma.az, Bizimyol saytına istinadən bildirir.

RAND Korporasiyasının analitiki Conatan Uolşun fikrincə: "Azərbaycan modeli - sərt praqmatizmin, simvolik gücün və yeni tərəfdaşlıqlara açıq olmanın unikal birləşməsidir. Qarabağda keçirilən İƏT sammiti bu modelin zirvəsidir."

İyulun 3-4-də keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi sammiti, sadəcə İƏT forumu deyil. Bu, Azərbaycanın yeni strateji fəlsəfəsinin nümayişidir...

Qarabağ - bərpa olunmuş və inteqrasiya olunmuş halda - beynəlxalq dialoq ərazisinə çevrilir. Azərbaycan isə Avrasiyanın gələcəyini quran əsas oyunçulardan birinə çevrilir.

İqtisadi Əməkdaşlıq Təşkilatı Azərbaycan üçün necə önəm daşıyır?

Milli Məclisin deputatı Azər Allahverənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İqtisadi Əməkdaşlıq Təşkilatı Azərbaycan üçün çoxşaxəli və strateji əhəmiyyətə malik bir regional platformadır.

Azər Allahverənov

“Bu əhəmiyyət aşağıdakı sahələr üzrə daha qabarıq şəkildə büruzə verir: birinci regional inteqrasiya və ticarət əlaqəsi. Çünki Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatı vasitəsilə Orta Asiya, Yaxın Şərq, Cənub ölkələri ilə iqtisadi əlaqələrini genişləndirir. Təşkilata üzv olan dövlətlərlə Türkiyə, İran, Pakistan, Özbəkistan və s. ticari dövriyyəsi artır. Gömrük nəqliyyat prosedurlarının sadələşdirilməsi müzakirə olunur. İqtisadi Əməkdaşlıq Təşkilatı orta dəhliz Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu layihəsinin beynəlxalq dəstəklə inkişaf etdirilməsi baxımından da mühüm platforma hesab olunur. Çünki burada da orta dəhlizlə bağlı müzakirəyə çıxarılacaq məsələ həm də İqtisadi Əməkdaşlıq Təşkilatının kifayət qədər çox üzv dövlətləri üçün də mühüm əhəmiyyət kəsb edir. Xüsusilə də, beynəlxalq, beynəlxalq nəqliyyat və yükdaşımalarda iştirak edən dövlətlər üçün xüsusilə maraqlıdır. Enerji və nəqliyyat sahəsində əməkdaşlıq elementləri İqtisadi Əməkdaşlıq Təşkilatında da biruzə verir. Azərbaycanın enerji və ixrac potensialı, xüsusilə də qaz da neft gələcəkdə də yaşıl enerji ilə İqtisadi əməkdaşlq çərçivəsində daha geniş bazarlara çıxış imkanları yar.

Qars dəmir yolu və digər layihələr İqtisadi Əməkdaşlıq Təşkilatının ölkələri üçün də strateji nəqliyyat arteriyasına çevrilir. Bu marşrutların rəqəmsallaşdırılması və birgə istifadəsinin təşviqi ilə bağlı irəli sürülən təşəbbüslər təqdirəlayiqdir. İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan təşkilatlar, dövlətlər, bu prosesdə iştirak edirlər. Siyasi və diplomatik dəstək də şübhəsiz ki, olduqca vacibdir. Çünki İqtisadi Əməkdaşlıq Təşkilatı hər zaman Azərbaycanın ərazi bütövlüyünü açıq şəkildə dəstəkləyən regional təşkilatlardan biridir. Qarabağın azad olunmasından sonra Xankəndində sammitinin keçirilməsi bu dəstəyin bir növ real nəticəsidir”-deyə Azər Allahverənov qeyd edib.

Deputat bildirib ki, Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində İslam dünyası ilə əlaqələrini gücləndirir: “Eyni zamanda, həmin əlaqələri gücləndirməklə həmin əlaqələrin bu və ya digər müstəvidə daha qabarıq şəkildə özünü büruzə verdiyi, turizm, təhsil və mədəniyyət sahəsində də müşahidə edilir”.

Azər Allahverənov vurğulayıb ki, Şuşanın 2026-cı il üçün İslam dünyasının Mədəniyyət paytaxtı elan olunması da olduqca vacib bir məsələdir.

“Təhsil və gənclər proqramları çərçivəsində Azərbaycan regional lider kimi mövqeyini daha da gücləndirməkdədir. Bu da İqtisadi Əməkdaşlıq Təşkilatı Platforması üzərindən də çox uğurlu şəkildə reallaşır. Dayanıqlı inkişaf və iqlim məsələlərinə gəldikdə, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində iqlim dəyişikliyi ilə mübarizə və yaşıl enerjiyə keçid təşəbbüslərini təşviq edir. Azərbaycanın COP29-a ev sahibliyi etməsi də bu istiqamətdə liderliyini daha da gücləndirmiş oldu. Beynəlxalq münasibətlər sistemində nüfuz və reputasiyanın daha da yüksəlməsi baxımından artırılması baxımından da olduqca bir vacib hadisə hesab olunur. İqtisadi Əməkdaşlıq Təşkilatı da bu prosesdə Azərbaycana çox yaxından dəstək verib. Bütövlükdə, İqtisadi Əməkdaşlıq Təşkilatı Azərbaycan üçün yalnız iqtisadi deyil, həm də geosiyasi, mədəni və strateji baxımdan mühüm bir əməkdaşlıq platformasıdır. Bu təşkilat çərçivəsində Azərbaycan regional liderlik ideyalarını gerçəkləşdirməyə və daha dərin inteqrasiya imkanları yaratmağa çalışır. Artıq demək olar ki, bir çox istiqamətlərdə əldə olunan uğurlar, İqtisadi Əməkdaşlıq Təşkilatının platforması üzərindən qurulan əlaqələr inkişaf etdirilən və gücləndirilən bağlar və birgə reallaşdırılan inteqrasiya layihələri vasitəsilə baş verməkdədir ki, bu da təbii ki, təqdirəlayiq bir hadisə hesab olunur”-deyə deputat bildirib.

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA)

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.9. azərbaycançılıq ideyasının təbliği.

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.9. azərbaycançılıq ideyasının təbliği.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:201
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 23 May 2025 23:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri