Bakıda gənc iş adamı idman zalında vəfat etdi FOTO KONKRET
Konkret.az saytına istinadən Icma.az xəbər verir.
Bakıda gənc iş adamı idman zalında məşq edən zaman qəfildən ölüb.
KONKRET.az yenisabah-a istinadla xəbər verir ki, hadisə paytaxtdakı idman zallarından birində baş verib.
35 yaşlı Toğrul Tapdıqzadə idman zalında məşq etdiyi vaxt qəfildən halı pisləşib. Zalda olanlar ona yardım göstərməyə çalışıb. Hadisə yerinə təcili tibbi yardım çağırılıb. Lakin iş adamının həyatını xilas etmək mümkün olmayıb.
Mərhum bu gün Bakıda dəfn olunacaq.
Qeyd edək ki, Tapdıqzadə Toğrul Yaşar oğlu 1990-cı ildə anadan olub. Əslən Laçın rayonundandır. Ailəlidir, 4 övladı var. O, iş adamıdır.
Toğrul Tapdıqzadənin atası Yaşar Nəcəfov Birinci Qarabağ müharibəsinin veteranıdır. O, 811 saylı hərbi hissənin tərkibində döyüşüb. Laçın və Ağdam uğrunda gedən döyüşlərdə iştirak edib, ağır yaralanıb.
Yaşar Nəcəfov özü də iş adamdır, sahibkarlıq fəaliyyəti ilə məşğul olur.
Allah rəhmət eləsin!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 18 Oktyabr 2025 09:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















