Icma.az
close
up
RU
“Azərbaycan və İqtisadi Əməkdaşlıq Təşkilatı: imkanlar və perspektivlər” mövzusunda konfrans keçirilib

“Azərbaycan və İqtisadi Əməkdaşlıq Təşkilatı: imkanlar və perspektivlər” mövzusunda konfrans keçirilib

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 24 aprel, AZƏRTAC

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) “Azərbaycan və İqtisadi Əməkdaşlıq Təşkilatı (İqƏT): imkanlar və perspektivlər” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirin açılışı zamanı BMTM-in İdarə Heyətini sədri Fərid Şəfiyev Azərbaycanın son illərdə beynəlxalq təşkilatlarla fəal əməkdaşlığına və uğurlu sədrliyinə diqqət çəkib.

O, 90-cı illərdə Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin İqƏT-ə üzv olması ilə təşkilatın genişləndiyini, görüşlərin intensivliyinin artdığını bildirib.

“Son dövrlərdə Azərbaycan yeni təşkilatlara qoşulur. Ötən il Prezident İlham Əliyevin Misirə səfəri çərçivəsində Azərbaycan D-8 təşkilatına üzv olub. Ümumiyyətlə, biz çalışırıq beynəlxalq platformalarda öz mövcudluğumuzu təsdiq edək və kənarda qalmayaq”, - deyə F.Şəfiyev qeyd edib.

BMTM-in şöbə müdiri Şahmar Hacıyevin moderatorluğu ilə davam etdirilən tədbirdə Milli Məclisin deputatı Qaya Məmmədov, Xarici İşlər Nazirliyinin (XİN) İqtisadi Əməkdaşlıq İdarəsinin rəis müavini Rövşən Mirzəyev, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ramil Hüseyn, Topçubaşov Mərkəzinin həmtəsisçisi və direktoru Rusif Hüseynovun çıxışları dinlənilib.

Milli Məclisin deputatı Qaya Məmmədov İƏT-in geosiyasi əhəmiyyətinə toxunaraq onu ölkəmiz üçün vacib mexanizm adlandırıb, real potensialının isə yüksək olduğunu qeyd edib. Azərbaycanın İƏT-lə münasibətləri barədə məlumat verən Q.Məmmədov real əməkdaşlıq prosesləri gedən platformalarda ölkəmizin iştirakının vacibliyini və qurumun bundan sonrakı inkişafına töhfələrini vurğulayıb.

İƏT üzvlərinin əsasən Azərbaycanın müttəfiqləri və yaxın qonşuları olduğuna diqqət çəkən XİN-in İqtisadi Əməkdaşlıq İdarəsinin rəis müavini Rövşən Mirzəyev nəqliyyat, enerji, bağlantılar sahələrində əməkdaşlığın ölkəmiz üçün vacib olduğunu bildirib. Azərbaycanın İqƏT-ə töhfəsindən danışan R. Mirzəyev ölkəmizdə təşkilatın “Təmiz Enerji Mərkəzi və Tədqiqat Mərkəzi”nin yaradılacağını, hazırda son hüquqi proseslərin icra edildiyini bildirib. XİN rəsmisi, həmçinin davamlı inkişaf və dayanıqlı iqtisadi əməkdaşlıq mövzularına həsr edilən İqƏT-in 17-ci sammitinin Xankəndi şəhərində keçiriləcəyini vurğulayıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ramil Hüseyn ölkəmizin iqtisadi diplomatiya sahəsindəki uğurlarına, İqƏT-ə üzv ölkələrlə ticarət dövriyyəsini əks etdirən göstəricilərə diqqət çəkib. Onun sözlərinə görə, mövcud proqnozlar göstərir ki, gələcəkdə hər hansı münaqişə baş verməyəcəyi halda İqƏT-in coğrafi arealında inkişaf ardıcıl templə davam edəcək. R.Hüseyn, həmçinin Azərbaycanın İƏT-ə üzv dövlətlərlə ikitərəfli və çoxtərəfli müstəvilərdəki uğurlu əməkdaşlığının təşkilatın işinə töhfəsindən bəhs edib və ölkəmizin təmiz enerji üzrə nümunəvi addımlar atdığını diqqətə çatdırıb.

Topçubaşov Mərkəzinin həmtəsisçisi və direktoru Rusif Hüseynov Mərkəzi Asiyanın artan geosiyasi əhəmiyyətini, hazırda daha çox aktorların cəlb olunduğu “İkinci Böyük Oyun”un əsas həlqəsinə çevrilməsi barədə çıxış edib. Onun sözlərinə görə, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə intensivləşən əlaqələri onu bu geosiyasi bölgənin üzvünə çevirir. Buna görə də Mərkəzi Asiya ilə birgə keçirilən görüşlər 5+1+1 formatında reallaşdırılmalıdır. R. Hüseynov, həmçinin Azərbaycanın multilateral formatlarda fəallığının artırılmasının ölkəmizin siyasi və iqtisadi mənada imkanlarını artıra biləcəyini qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Aprel 2025 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see256

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see226

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see223

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see213

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see204

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see194

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see174

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see157

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see154

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see152

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see150

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see149

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see147

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri