Icma.az
close
up
RU
İqtisadi imkanlar artdıqca minimum əməkhaqqı, pensiya, sosial müavinətlərin artırılması məsələləri ön planda saxlanılacaq DEPUTAT

İqtisadi imkanlar artdıqca minimum əməkhaqqı, pensiya, sosial müavinətlərin artırılması məsələləri ön planda saxlanılacaq DEPUTAT

Sonxeber.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"İqtisadi imkanlar artdıqca minimum əməkhaqqı, pensiya, sosial müavinətlərin artırılması məsələləri ön planda saxlanılacaq" - DEPUTAT

"Prezident İlham Əliyevin 7 yanvar 2025-ci il tarixində yerli televiziya kanallarına verdiyi müsahibədə Azərbaycan Respublikasının 2024-cü ildə siyasi, iqtisadi, sosial və digər sahələrdə əldə etdiyi uğurlar barədə geniş məlumat verildi. Azərbaycanın 2024-cü ildə iqtisadi sahədə qazandığı uğurlar göz qabağındadır. Keçən il Azərbaycanda ümumi daxili məhsul 4 faizdən çox artıb və bu artımın əsas səbəbi qeyri-neft sektorunun inkişafıdır. Qeyri-neft sektoru 6 faizdən çox artıb, xüsusilə sənaye istehsalında 7 faizdən çox artım müşahidə olunub. Bu göstəricilər Azərbaycanın iqtisadi inkişafını göstərir".

Bunu Sonxeber.az-a danışan Milli Məclisin deputatı Vasif Qafarov bildirib.

Deputat qeyd edib ki, iqtisadi islahatlar, şəffaflıq, inhisarçılığa qarşı mübarizə və investisiyaların cəlb edilməsi kimi tədbirlər nəticəsində ölkə beynəlxalq reytinq agentliklərindən müsbət rəylər alıb:

"2024-cü ildə Azərbaycan maliyyə vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb və valyuta ehtiyatlarını artırıb. İl ərzində valyuta ehtiyatları 5 milyard dollardan çox artaraq 72 milyard dollara çatıb.

Beş il əvvəl Azərbaycanın xarici borcu ümumi daxili məhsulun təqribən 20 faizini təşkil edirdi və o zaman hədəf olaraq bu nisbəti 10 faizə endirmək məqsədi qoyulmuşdu. Bu gün isə xarici borc ümumi daxili məhsulun yalnız 7.2 faizini təşkil edir. Azərbaycan iqtisadiyyatının güclü və dayanıqlı olması, xarici maliyyələşmə ehtiyacını azaldır və ölkəyə daha çox sərbəst maliyyə resursları qazandırır, gələcəkdə iqtisadi inkişafı dəstəkləmək və sosial layihələrə investisiya qoymaq üçün daha geniş imkanlar yaradır".

Deputat vurğulayıb ki, Azərbaycan 2025-ci ilin büdcəsi ilə tarixində ən böyük büdcəni təqdim edib. Bu ilin büdcəsi 41 milyard manatdan çoxdur, icmal büdcə isə 48 milyard manatı aşır:

"Büdcənin bu səviyyəyə çatması, Azərbaycanın daxili resurslarına əsaslanaraq, şəffaflıq, düzgün idarəetmə və iqtisadi siyasətin müsbət nəticəsi olaraq əldə edilib.Büdcə parametrləri və dinamika ölkə iqtisadiyyatının sağlam və davamlı inkişafını göstərir. Böyük büdcə ilə Azərbaycan sosial və iqtisadi layihələrin maliyyələşdirilməsi, infrastrukturun inkişafı və digər mühüm dövlət layihələrini həyata keçirmək üçün ciddi resurslara malikdir.

Sosial sahədə də müsbət dəyişikliklər olub. Bu il yanvarın birindən minimum əməkhaqqı 55 manat artıb və 400 manata çatıb. Minimum pensiya 40 manat artıb və 320 manata çatıb. Orta hesabla artım 14-15 faiz arasında olub. Artımların xüsusilə az müdafiə olunan təbəqəyə yönəlməsi, dövlətin sosial ədalət prinsiplərinə əsaslanan siyasətinin bir hissəsidir. Azərbaycan hökuməti həmçinin Qarabağın bərpası kimi böyük investisiyaların həyata keçirildiyi bir dövrdə sosial məsələləri də diqqət mərkəzində saxlayır. Son bir neçə ildə dörd sosial paket həyata keçirilib və bu məqsədlərə 7 milyard manatdan çox vəsait xərclənib.

Bu yanaşma Azərbaycanın iqtisadi inkişafı ilə paralel olaraq ölkədə sosial inkişafı da nəzərdə tutan bir siyasətin həyata keçirildiyini göstərir. Gələcəkdə də iqtisadi imkanlar artdıqca, sosial məsələlərin həlli, minimum əməkhaqqı, pensiya, sosial müavinətlərin artırılması məsələləri ön planda saxlanılacaq. Cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycan vətəndaşları ildən-ilə daha yaxşı yaşamalıdır və yaşayacaq".


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 13 Yanvar 2025 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see274

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see255

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see243

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see234

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see206

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see199

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see186

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see180

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see175

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see175

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see164

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see163

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see151

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see150

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see148

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see145

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see143

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri