Icma.az
close
up
RU
İqtisadi inflyasiya və siyasi təzyiq İranı ABŞ ın tələbləri qarşısında böyük güzəştə getməyə məcbur edir

İqtisadi inflyasiya və siyasi təzyiq İranı ABŞ ın tələbləri qarşısında böyük güzəştə getməyə məcbur edir

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

İran nüvə proqramı ilə bağlı narahatlıqları aradan qaldırmaq üçün ABŞ-la yaxınlıq danışıqları yolu ilə etimad yaratmağa hazırdır. Bir şərtlə ki, onlar uranın zənginləşdirilməsinə toxunmasalar. Bunu İranın xarici işlər naziri Abbas Əraqçi Nazirlər Kabinetinin Tehranda keçirilən iclasının yekunları üzrə açıqlamasında deyib. İranın xarici işlər nazirinin sözlərinə görə, danışıqlar yalnız qarşılıqlı hörmətlə irəliləyə bilər. Çünki təzyiqlə heç nəyə nail olmaq mümkün deyil. Vaşinqton administrasiyasının İranın nüvə proqramı ilə bağlı verdiyi müxtəlif açıqlamalara diqqət çəkən Araqçi, qeyd edib ki, "Mümkün narahatlıqlara cavab olaraq etimadın yaradılması üzərində işləməyə hazırıq, lakin uranın zənginləşdirilməsi prinsipi müzakirə edilə bilməz" ... Aprelin 7-də İsrailin baş naziri Benyamin Netanyahu ilə görüş zamanı ABŞ prezidenti Tehran və Vaşinqton arasında “birbaşa” danışıqlar aparılacağını bəyan edib. Aprelin 12-də Omanda dolayı danışıqlar aparılıb və tərəflər aprelin 19-na təyin olunmuş yeni görüşü açıqlayıblar. Görüşdən sonra həm İran, həm də Amerika tərəfləri danışıqların “müsbət və konstruktiv” keçdiyini bəyan ediblər. Bu arada Amerika mediası danışıqların ikinci mərhələsinin İtaliyanın paytaxtı Romada keçiriləcəyini yazsa da, İran tərəfi məsləhətləşmələrdən sonra yenidən Omanda danışıqların aparılmasına qərar verildiyini bildirib.

Politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ABŞ ilə İran arasında Omanda aparılan danışıqlar konstruktiv keçib və tərəflər mümkün nüvə danışıqlarla bağlı müəyyən orta məxrəcə gələ bilərlər. Politoloqun fikrincə, artıq ABŞ-da İranla bağlı öz mövqeyində dəyişikliklər edib və İranın nüvə proqramından əl çəkməsini istəmirlər, sadəcə olaraq nəzarət mexanizminin tətbiq olunmasında maraqlıdırlar. Məhəmməd Əsədullazadə hesab edir ki, bu istiqamətdə danışıqlar gedəcək.

Məhəmməd Əsədullazadə

Ballistik raketlərin ixtisarı və proksi qüvvələrdən imtina kimi məsələlər ilə bağlı Məhəmməd Əsədullazadə qeyd edib ki, İran proksi qüvvələrdən əl çəkə bilər və ballistik raket istehsalının inkişaf etdirilməsindən geri çəkilməyəcək.

“Danışıqlar prosesi hələ davam edəcək. Tramp birbaşa hərbi əməliyyatlarda maraqlıdır. Baxmayaraq ki, İran ətrafında öz hərbi mövqelərini gücləndirir, yəni qırıcıları regionda yerləşdirir. Bu da İrana danışıqlarda təzyiq etmək siyasətidir. Tehran da proseslərin gərgin olduğunu nəzərə alaraq, danışıqlar masasına oturub. Tehranın nə deməyindən asılı olmayaraq, göründüyü kimi Tramp administrasiyasına artıq bir masada əyləşiblər. İran müəyyən güzəştlərə getməyə məcburdur. Çünki iqtisadi inflyasiya, siyasi təzyiqlə İranı bu addımlar atmasına gətirib çıxara bilər. Yəni artıq əvvəlki dövr deyil. Tramp administrasiyası güclüdür və daha çox təzyiq siyasətinə əl atır”-deyən politoloq hesab edir ki, bu istiqamətdə Tehrana ciddi təzyiqlər olacaq.

Məhəmməd Əsədullazadənin fikrincə, “Ağ Ev”-də də ikitirəlik var.

“Bir tərəfi İrana qarşı hərbi əməliyyatların başlanmasında, bir tərəfdə güzəştlərə də maraqlıdır. Vaşinqton da dinc məqsədlər üçün İranın nüvə proqramına dəstək verə bilər. Amma burada İsrail faktoru da var. İsrail baş naziri Binyamin Netanyahu bu məsələ ilə bağlı Trampa da ciddi danışıqlar aparacaq. Çünki İranın dinc nüvəyə sahib olması İsraili ranı narahat edir. Əgər danışıqlar başlayıbsa, tərəflər müəyyən güzəştlərə gedəcək, orta məxrəc tapıla biləcəklər”-deyə politoloq bildirib.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 21 Aprel 2025 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see278

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see152

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see142

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see132

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri