Icma.az
close
up
RU
İqtisadi inkişaf göstəriciləri yüksəlib

İqtisadi inkişaf göstəriciləri yüksəlib

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qeyri-neft sektorunda ÜDM 6,4 faiz böyüyüb

2024-cü ilin yanvar-noyabr aylarında ölkədə 113 milyard  282,4 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,1 faiz çoxdur. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,4 faiz, qeyri neft-qaz sektorunda isə 6,4 faiz artıb. Eləcə də sənayedə, xüsusən də qeyri-neft sənayesində artım meyilləri yüksəlib. Ötən 11 ay ərzində 60 milyard manata yaxın sənaye məhsulu istehsal edilib ki, istehsalın əsas mənbəyini 8,8 faiz artımla qeyri neft-qaz sektoru təşkil edir.

Ölkə iqtisadiyyatının inkişafında ağırlıq mərkəzi tamamilə qeyri-neft sektorunun üzərinə transformasiya olunmaqdadır və hökumətin neft ÜDM-dən qeyri-neft ÜDM-ə keçid strategiyası özünü doğrultmaqdadır. Hökumətin yaxınmüddətli iqtisadi inkişaf ssenarilərinə əsasən, neft-qaz  sektorunun tədricən daralacağı şəraitində iqtisadi artımın əsas hərəkətverici qüvvəsi qeyri-neft gəlirləri olacaq və 2024-cü ildə ÜDM-in tərkibində qeyri-neft sektorunun payının 72 faizə çatacağı proqnozlaşdırılır. Eyni zamanda, qeyri-neft resurslarının yüksək artımları müqabilində ilin sonunda ümumi daxili məhsulun 5-6 faiz təşkil edəcəyi fərz olunur.

Vergi və sosial sığorta yığımlarında artım qeydə alınıb

2024-cü ilin 11 ayı ərzində biznesin aktivliyinin yüksəlməsi fiskal yığımların həcmini də artırıb, vergi orqanlarının xəttilə dövlət büdcəsinə 14 milyard 993 milyon manata yaxın vergi daxil olub. Fiskal yığımların 68,6 faizi qeyri-neft-qaz sektorunun, 31,4 faizi isə neft-qaz sektorunun payına düşüb. Qeyri-neft-qaz sektorundan daxilolmalar 10 milyard 286,2 milyon manatdan artıq olub ki, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,1 faiz çoxdur. Qeyd edilən dövrdə sosial yığımlarda da artım qeydə alınıb. Muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 5 milyard manatdan çox olub. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,5 faiz çoxdur. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin yanvar-noyabr aylarına nisbətən 13 faiz artaraq 3,4 milyard manatdan çox təşkil edib.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 2023-cü ilin eyni dövrü ilə müqayisədə 12,4 faiz artaraq 183,9 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 14,8 faiz artıb və 139,1 milyon manatdan çox təşkil edib. İcbari tibbi sığorta haqları üzrə daxilolmalar isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,5 faiz artaraq  913,8 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 9,8 faiz artıb və 651,2 milyon manat təşkil edib.

2024-cü ilin yanvar-noyabr aylarında əsas kapitala 15,9 milyard manat məbləğində investisiya yönəldilib. İnvestisiyaların 8,1 milyard manatı və ya 51,2 faizi məhsul istehsalı sahələrinə, 5,6 milyard manatı (35,3 faizi) xidmət sahələrinə, 2,2 milyard manatı (13,5 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş investisiyaların 13 milyard manatını və ya 82,1 faizini daxili investisiyalar təşkil edib.

Əhalinin gəlirləri artıb, inflyasiya isə sabit qalıb

2024-cü ilin ötən 11 ayında digər müsbət göstəricisi inflyasiya ilə bağlıdır.Bu dövrdə  istehlak qiymətləri indeksi 2 faiz təşkil edib. Hesabat dövründə əhalinin nominal gəlirlərində, bank əmanətlərində, ünvanlı sosial yardımın məbləğində, muzdlu işçilərin orta aylıq əməkhaqqında da artımlar qeydə alınıb ki, bu da uğurlu sosial-iqtisadi dinamika hesab edilə bilər. İqtisadiyyatda çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,8 faiz artaraq 993,2 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub. Əhalinin real gəlirləri və bank dividentlərindən qazancı da 7-10 faiz arasında artıb.

Asiya Bankı da Azərbaycanın artım proqnozunu yüksəldib

Ümumilikdə, 2024-cü ilin yanvar-noyabr ayları üzrə makroiqtisadi göstəricilərdə qeydə alınmış müsbət dinamika Azərbaycan iqtisadiyyatının ili yüksək inkişaf proqnozları ilə tamamlayacağına əsaslar yaradır. Hazırda Azərbaycanda ÜDM-in 5 faizlik artım tempi dünya üzrə ümumi iqtisadi artım göstəricisindən (3,2-3,5 faiz) yüksəkdir. Bu faktor da ölkəmizdə iqtisadi inkişafı təmin edən mənbələrin dayanıqlılığı və növbəti dövrlər üçün əlavə potensialların səfərbər olunmasına imkan verdiyini təsdiqləyir. Bu tempin ilin sonunda və növbəti ildə də davam edəcəyi, qeyri-neft ÜDM-nin orta artımının 7-8 faiz təşkil edəcəyi gözlənilir.

Yeri gəlmişkən, Asiya İnkişaf Bankının (AİB) ötən gün açıqladığı “Asian Development Outlook 2024” icmalında Qafqaz və Mərkəzi Asiya regionunda cari il üçün iqtisadi artım proqnozlarına dəyişikliklər edilib ki, burada əsas müsbət məqam Azərbaycanla bağlıdır. Belə ki, Bank yenilənmiş makroiqtisadi göstəricilər xülasəsində Azərbaycanda ÜDM-in illik artım proqnozunu 4,7 fazidən 4,9 faizə yüksəldib. AİB Azərbaycanla bağlı inflyasiya proqnozlarını isə dəyişməz saxlayıb.

Ölkə iqtisadiyyatında əlavə dəyərin  artımı əhalinin hər nəfərində düşən ÜDM-in də həcminin yüksəlməsinə səbəb olmaqdadı və bu göstərici növbəti illərdə daha da çoxalacaq. Hazırda bu rəqəm 11 min 104 manat və ya 6534 dollar təşkil edir. İqtisadiyyat Nazirliyinin proqnozlarına əsasən, 2025-ci ildə adambaşına düşən ÜDM-nin 7412 dollara, 2028-ci ilin sonuna isə 8522 dollara çatacağı fərz edilir.

E.CƏFƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:239
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 13 Dekabr 2024 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri