Icma.az
close
up
RU
İqtisadi inkişaf göstəriciləri ümidvericidir

İqtisadi inkişaf göstəriciləri ümidvericidir

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

9 ayda ÜDM-in həcmi 95 milyard manatı ötüb

2025-ci ilin yanvar-sentyabr aylarında ölkəmizdə 95 milyard 229,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz çox ümumi daxili məhsul istehsal olunub. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,9 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 2,9 faiz artıb. ÜDM istehsalının 34,2 faizi sənaye, 10,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,6 faizi tikinti, 2,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 20,7 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,6 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 9300,3 manata bərabər olub.

Qeyri-neft sənayesində artan istehsal

ÜDM-in əsas drayveri və ağırlıq mərkəzi qeyri-neft sektorunun payına düşüb. Belə ki, 95 milyard manatlıq əlavə dəyərin təxminən 68 faizi qeyri-neft mənbələrinin üzərində cəmləşib ki, bu da nominal ifadədə 70 milyard manata yaxın milli məhsul deməkdir. ÜDM-də əsas sahələrdən biri olan sənaye sektorunda məhsul həcmi 47 milyard manatı üstələyib. Qeyri-neft sənayesində artım daha çox olub və dinamika 4,8 faiz təşkil edib. Bu amil də sənayeləşmənin əsas strukturlarının qeyri-neft sütunları üzərində inkişaf etdiyini təsdiqləyir.

Xüsusilə də ölkəmizin sənaye potensialının və iqtisadi gəlirlərin yüksəlməsində sənaye parklarının rolunun artması ümumi qeyri-neft sənayesinin dinamikasını artırır. Hacıqabul Sənaye Məhəlləsinin əsasında Hacıqabul Sənaye Parkının yaradılması, azad ərazilərdəki sənaye sektorlarının, xüsusilə də Ağdam Sənaye Parkındakı 5-dən artıq müəssisənin fəaliyyətə başlaması, həmçinin “Araz “Araz Vadisi İqtisadi Zonası”nda rezidentlərin ilk istehsal mallarının tədarükünün başlanması ümumi sənaye potensialının yüksəlməsi və ixracının artmasında öz rolunu göstərməkdədir.  Qeyri-neft sənayesinin inkişafı ümumilikdə, neftdənkənar mənbələrin hazırda həm də əsas əlavə dəyər formalaşdıran fiskal  sahə olduğunu göstərir.

Əhalinin gəlirləri və orta aylıq əməkhaqqı artıb

2025-ci ilin yanvar-sentyabr aylarında əhalinin nominal gəlirlərində, bank əmanətlərində, ünvanlı sosial yardımın məbləğində, muzdlu işçilərin orta aylıq əməkhaqqında da artımlar qeydə alınıb. Əhalinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7 faizdən çox artıb. Ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı və maaşlarında da dinamika qeydə alınıb. Belə ki, muzdlu işçilərin sayı 1 milyon 764,9 min nəfər olub ki, onlardan 855,3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 909,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərir. Muzdla işləyənlərin 19 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 18 faizi təhsil, 13,9 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,8 faizi tikinti, 6,3 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi peşə, elmi və texniki fəaliyyət, 2,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3 faizi maliyyə və sığorta fəaliyyəti, 14,6 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olanlardır. İqtisadiyyatda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,7 faiz artaraq 1093,8 manat təşkil edib. Bu dövrdə əhalinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,6 faiz artaraq 66 milyard 267,3 milyon manat və ya hər nəfərə orta hesabla 6471,8 manat olub. Eləcə də əhalinin milli valyutada qoyulmuş əmanətlərinin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12 faiz, xarici valyutada olan əmanətlərin məbləği isə 3,1 faiz artıb.

Büdcədə qeyri-neft yığımlarının həcmi 9 milyard manatı ötüb

2025-ci ilin yanvar-sentyabr aylarında fiskal yığımların artımında da yüksək dinamika qeydə alınıb. Bu dövrdə xəzinədarlıq orqanları tərəfindən 1 milyon 124 mindən çox ödəniş tapşırığı icra edilib və dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb. Dövlət büdcəsinin gəlirləri 29 milyard 142,4 milyon manat təşkil edib ki, bu da proqnozu 675,2 milyon manat və ya 2,4 faiz üstələyib. Büdcə gəlirlərində Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 12 milyard 455,8 milyon manat təşkil edərək proqnozdan 614,2 milyon manat və ya 5,2 faiz çox olub. Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 34,5 milyon manat, Dövlət Neft Fondundan transfert 10,8 milyard manat, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar isə 4 milyard 748 milyon manat təşkil edib.

Bu dövrdə büdcə gəlirlərində əsas fiskal sütun kimi qeyri-neft mənbələri əsaslı resurs bazası olub. Qeyri-neft-qaz sektorunda daxilolmalar 9 milyard 173,2 milyon manat olub, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 755,7 milyon manat və ya 9 faiz artıb. Ödənilən vergilərin 73,6 faizi qeyri-neft-qaz sektorunun, 26,4 faizi isə neft-qaz sektorunun payına düşüb.

Sosial sığorta yığımları 12 faiz çoxalıb

2025-ci ilin yanvar-sentyabr aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 4 milyard 661,4 milyon manat təşkil edib. Bu mənbədən daxilolmalar əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz və ya 500,1 milyon manatdan çox artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq 3 milyard 113,2 milyon manat olub.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10,9 faiz artıb və 164,9 milyon manat təşkil edib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 12,2 faiz artaraq 126,1 milyon manat olub.

İcbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrünə nisbətən 10,3 faiz artıb və 814,3 milyon manatdan çox təşkil edib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 9,9 faiz artaraq 576,8 milyon manat olub.

11,4 milyard manat investisiya qoyuluşu

Ötən 9 ayda ölkədə sərmayə axıcılığı da dayanıqlı xarakter daşıyıb, əsas kapitala 13,1 milyard manata yaxın vəsait qoyulub. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 11,5 faiz azalsa da, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 7 faiz yüksəlib. İnvestisiyalarının 6,7  milyard manatı və ya 51 faizi məhsul istehsalı sahələrinə, 2,1 milyard manatı və ya 16,1 faizi xidmət sahələrinə, digər sərmayələr isə məhsul istehsalı, xidmət və digər bölmələrə sərf olunub. Əsas kapitala yönəldilmiş investisiyaların 10 milyard manatı və ya 77,1 faizi daxili sərmayələr təşkil edib. Xarici investisiyaların həcmi 3,1 milyard manatı ötüb. Ümumilikdə, 9 ay ərzində istifadə edilmiş kapital resusrslarının 10,3 milyard manatı və ya 78,8 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

173 ölkə ilə ticarət əməliyyatları aparılıb

2025-ci ilin yanvar-avqust aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 173 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 112 ölkəyə məhsul ixrac olunub, 167 ölkədən idxal edilib. Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla ölkənin xarici ticarət dövriyyəsi 31 milyard 690,6 milyon dollar təşkil edib. Ticarət dövriyyəsinin 16 milyard 637,9 milyon dollarını və ya 52,5 faizini ölkədən ixrac olunmuş məhsulların, 15 milyard 52,7 milyon dollarını (47,5 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib. Nəticədə 1 milyard 585,2 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2024-cü ilin yanvar-avqust ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 4,9 faiz artıb. Bu dövrdə qeyri-neft məhsullarının ixracı 2 milyard 399,5 milyon dollar təşkil etməklə faktiki qiymətlərlə 10,3 faiz yüksəlib.

Azərbaycanın xarici ticarət dövriyyəsinin 25,9 faizi İtaliya, 12 faizi Türkiyə, 10,4 faizi Rusiya, 9,2 faizi Çin, 3,2 faizi Almaniya, 2,9 faizi Birləşmiş Krallıq, 2,5 faizi ABŞ, 2,2 faizi Çexiya, qalan hissəsi digər dövlətlərin payına düşüb. İxracın qeyri-neft bölməsi üzrə dəyərdə Rusiya, Türkiyə, İsveçrə, Gürcüstan, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan və ABŞ əsas yer tutur.

Qeyri-neft sektorunun ÜDM-də payı 80 faizə yaxınlaşır

Cari ilin 9 aylıq makroiqtisadi göstəriciləri onu təsdiqləyir ki, ölkə iqtisadiyyatının inkişafında ağırlıq mərkəzi qeyri-neft sektorunun üzərinə transformasiya olunmaqdadır. Hökumətin yaxınmüddətli iqtisadi inkişaf ssenarilərinə əsasən, neft-qaz  sektorunun tədricən daralacağı şəraitdə iqtisadi artımın əsas hərəkətverici qüvvəsi qeyri-neft gəlirləri olacaq. Ortamüddətli Xərclər Çərçivəsi sənədində və İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş proqnoz icmalında 2025-ci ilin sonuna ÜDM-in həcmi 129,2 milyard manat, o cümlədən qeyri-neft ÜDM-in həcmi 92,2 milyard manat təşkil edəcəyi öz əksini tapıb. Orta müddətdə ÜDM-in strukturunda qeyri-neft sktorunun artımının 5 faiz olacağı proqnozlaşdırılır. Beynəlxalq maliyyə institutlarının açıqladığı hesabatlarda və yenilənmiş proqnoz ssenarilərində Azərbaycanda iqtisadi artımın ümidverici olmasına dair göstəricilər yer alıb. Beynəlxalq Valyuta Fondunun (BVF) dərc etdiyi “Regional iqtisadiyyatın inkişaf perspektivləri” adlı yeni hesabatında 2025-ci ildə ölkəmizdə ÜDM-in 4,5-5 faiz artacağı əksini tapıb. Eləcə də Dünya Bankı, Asiya İnkişaf Bankının hesabatlarında 2025-ci ildə iqtisadi artımla bağlı müsbət proqnozlarında qeyri-neft resurslarının yüksək artımları müqabilində ümumi daxili məhsulun 5 faiz təşkil edəcəyi fərz olunur.

ELBRUS CƏFƏRLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:36
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 16 Oktyabr 2025 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəzzada sülh yaxındır? ŞƏRH

15 Oktyabr 2025 15:34see316

İsrail də açıqladı: Qəzzada yenidən müharibə başlaya bilər!

16 Oktyabr 2025 00:55see176

Millimizin Şotlandiya ilə matç üçün START HEYƏTİ

14 Oktyabr 2025 19:08see167

AFB Bank 2025 ci ilin III rübünü sabit maliyyə artımı və sürətli böyümə ilə başa vurub

14 Oktyabr 2025 18:41see140

Dövlət Departamenti: Tramp səkkiz ayda səkkiz müharibəyə son qoyub

15 Oktyabr 2025 00:49see140

“Putinin Türkiyəni təhdid etməsi barədə iddialar həqiqətə uyğun deyil” AKP sözçüsü

14 Oktyabr 2025 18:30see139

Şəkər və yağdan daha pisdir...

14 Oktyabr 2025 21:37see139

Vüqar Tofiqoğlunun 14.10.2025 ci il saat 16:00 da olan buraxılışı

14 Oktyabr 2025 18:39see136

Britaniya G7 ölkələri arasında ikinci ən sürətlə inkişaf edən iqtisadiyyata sahib olacaq

14 Oktyabr 2025 21:44see136

Tramp siyasi fəal Çarli Kirki ölümündən sonra Prezident Azadlıq Medalı ilə təltif edib

15 Oktyabr 2025 01:40see133

Trampla Si Cinpinin görüş vaxtı artıq təyin olunub ABŞ rəsmisi

15 Oktyabr 2025 01:01see133

Burak mənfi 3 dərəcədə çəkiliş etdi

14 Oktyabr 2025 20:00see132

Yardımlının Şıxlar kəndində 4 şagird təhsilsiz qalıb? Rəsmi AÇIQLAMA

15 Oktyabr 2025 20:13see132

Direktor: Azad edilmiş ərazilərdəki yaşayış məntəqələri enerji səmərəliliyi tələblərinə cavab verməlidirlər

14 Oktyabr 2025 18:53see132

“Qarabağ”dan getmək üçün hərəkətə keçdi

14 Oktyabr 2025 20:15see131

Bank VTB nin aktivləri 6 faizə yaxın azaldı

14 Oktyabr 2025 17:16see130

ABŞ nin Nyu York ştatında ilk dəfə çikunqunya qızdırmasına yoluxma aşkar edilib

16 Oktyabr 2025 00:33see127

Azərbaycanlı kulturoloq UNESCO nun Sülh Mədəniyyəti İnstitutunun fəxri prezidenti adına layiq görülüb

14 Oktyabr 2025 17:27see124

ABŞ də şatdauna son qoymaq cəhdi növbəti dəfə nəticəsiz qaldı

15 Oktyabr 2025 04:46see118

7 milyard ayrıldı, Ukraynada 500 sığınacaq qurulur

15 Oktyabr 2025 01:22see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri