Icma.az
close
up
RU
Ticarət müharibəsi, yoxsa iqtisadi filtr?

Ticarət müharibəsi, yoxsa iqtisadi filtr?

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Fevralın 4-də ABŞ fond bazarı Ağ evin Kanada, Meksika və Çinə idxal tarifləri tətbiq edəcəyi xəbəri ilə dəyər itirdi. Vaşinqton Ottava və Mexiko ilə tarifləri təxirə salmaq barədə razılığa gəldikdən sonra fond birjaları bir qədər rahat nəfəs aldı. Bununla belə, “Bloomberg” agentliyi yazır ki, ABŞ və Çin arasındakı ticarət müharibəsi yeni güclə alovlanır. Bəs yeni ticarət müharibəsi dünya üçün nə vəd edir?

Seçki kampaniyası zamanı verdiyi vədi yerinə yetirən ABŞ prezidenti Donald Tramp həftə sonu Çindən idxal edilən bütün mallara 10 faizlik gömrük rüsumunun tətbiqi ilə bağlı sərəncam imzaladı. Yeni rüsumlar fevralın 4-dən qüvvəyə mindi. ABŞ prezidenti rüsumların tətbiqini onunla əsaslandırır ki, Çin Birləşmiş Ştatlarda epidemiyaya səbəb olan fentanilin istehsalı üçün prekursorların əsas mənbəyidir. Bəs statistika nə deyir? Rüsumlar Çinə və dünya ticarətinə necə təsir göstərəcək? Məlumatlarda 2024-cü ildə ilk 11 ayında ABŞ-ın 401 milyard dollar dəyərində Çin malları idxal etdiyi bildirilir. 2023-cü ildə ABŞ-ın Çin ilə ticarət kəsirinin, təxminən, 270 milyard dollar təşkil etdiyi məlumdur. Bu, Çinin ABŞ-a tədarükünün ABŞ-ın Çinə tədarükünü 200 milyard dollar ötməsi deməkdir. Prezident Tramp bu fərqi aradan götürəcəyini və Amerika sənayesini canlandıracağını bildirir.

ABŞ-ın yeni tarifi qeyri-müəyyən müddətə qüvvədə qalacaq. Prezidentin sərəncamı Çinin cavab rüsumları tətbiq edəcəyi təqdirdə tariflərin daha da qaldırıla biləcəyinə eyham vurur. Ancaq bu, Çini qorxutmadı, Pekinin cavabı özünü çox gözlətmədi: tariflər xam neft, kömür, mayeləşdirilmiş təbii qaz və müəyyən növ avtomobillər də daxil olmaqla, 80 adda ABŞ məhsuluna tətbiq edildi. İdxal rüsumlarının mübadiləsi faktiki olaraq ABŞ və Çin arasında yeni ticarət müharibəsinin başlanğıcıdır. Hüquq ekspertləri Trampın bir presedent yaratdığını iddia edirlər: ilk dəfə tarif qərarları qanuni olaraq 1977-ci il Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Aktına əsaslanır. Qeyd olunur ki, həmin qanun Rusiyaya qarşı iqtisadi sanksiyaların tətbiqi üçün əsas sayılır. “Wiley Rein” konsaltinq şirkətinin vəkili Tim Brightbill “Reuters” agentliyinə müsahibəsində bildirib ki, məhkəmələr ənənəvi olaraq prezidentin fövqəladə tədbirlər tətbiq etmək səlahiyyətini, xüsusən də milli təhlükəsizliyə aid olduqda təsdiqləyirlər: “Sual budur ki, bu, tariflər ola bilərmi? Çünki IEEPA əvvəllər yalnız sanksiyalar üçün istifadə olunurdu”. Politoloqlar da bildirirlər ki, Prezident Tramp potensial məhkəmə çəkişmələrindən və tariflərlə bağlı ictimai məsləhətləşmədən qaçmaq üçün məhz IEEPA-dan istifadə etdi.

ABŞ-ın qərarından narahat olan Çin Vaşinqtonun birtərəfli tariflərinin Ümumdünya Ticarət Təşkilatının (ÜTT) qaydalarını pozduğunu və “Çin və ABŞ arasında normal iqtisadi və ticarət əməkdaşlığına xələl gətirdiyini” bildirdi. Pekin ABŞ kömür və mayeləşdirilmiş təbii qazına 15 faiz, onlarla başqa məhsula, o cümlədən xam neftə, mühərrik həcmi 2,5 litr və ya daha çox olan yüngül yük maşınlarına və bəzi kənd təsərrüfatı maşın və avadanlıqlarına 10 faizlik rüsum tətbiq etdi. Statistikaya görə, Çinin rüsum tətbiq etdiyi məhsulların ümumi dəyəri təxminən 14 milyard dollardır. Bu, ABŞ-ın Çinə ümumi idxalının 8,5 faizini təşkil edir. Ən böyük məhsul neft (2024-cü ildə 6 milyard dollar), sərnişin avtomobilləri (3,1 milyard dollar), LNG (2,4 milyard dollar) və kömürdür (təxminən 2 milyard dollar). Qalan mövqelər 0,3 milyard dollar bərabərdir.

Bundan başqa, Çinin Ticarət Nazirliyi nadir metalların (volfram, tellur, vismut, indium, molibden) istənilən ölkəyə ixracına məhdudiyyətlərin tətbiq olunduğunu açıqladı. Nazirlik “milli təhlükəsizliyin qorunması maraqları baxımından” bu metallardan hazırlanmış bəzi məhsulların ixracı yalnız lisenziyalar əsasında mümkün olacaq. “Reuters” qeyd edir ki, Birləşmiş Ştatlar volfram hasilatını 2015-ci ildə, təmizlənmiş vismut istehsalını isə 1997-ci ildə dayandırmışdı. Ekspertlərin sözlərinə görə, Çinin ABŞ-a cavabı təmkinli görünür və onun ticarət müharibəsini genişləndirməyə meylli olmadığını nümayiş etdirir. Mütəxəssislər qeyd edirlər ki, iki ölkə hələ də kompromis tapmağa qadirdir. ABŞ prezident administrasiyası bildirir ki, president Tramp yaxın günlərdə Çin lideri Si Cinpinlə danışmaq niyyətindədir.

Bəs ticarət müharibəsindən kim faydalanacaq? Ekspertlər iddia edirlər ki, ABŞ və Çin arasında yeni ticarət müharibəsi qlobal təchizat zəncirlərinə təsir etdiyi üçün bütün ölkələr üçün faydalı deyil. Ancaq bu da bir faktdır ki, Pekin hazırda altı il əvvəl Çinin Vaşinqtonla ilk ticarət qarşıdurmasının yaşandığı vaxtdan xeyli dərəcədə güclüdür. Mütəxəssislərin fikrincə, indi baş verənlər eyni ticarət dramının ikinci pərdəsidir, lakin güc balansında əhəmiyyətli dəyişiklik var. Yanacaq-enerji məhsullarının idxalına rüsumların tətbiqi, ümumiyyətlə, tez-tez baş verən hadisə deyil. Ona görə də, Çinin cavabı müəyyən dərəcədə güc nümayişi kimi xarakterizə edilir. Buna Pekinin əsasları da var. Bu gün Çin dünyanın ən böyük ticarət oyunçularından biridir, ölkənin xarici ticarət dövriyyəsi, təxminən, 3 trilyon dollar təşkil edir. Bununla belə, ekspertlər hesab edirlər ki, istənilən halda iki böyük güc arasında ticarət müharibəsi bütün ölkələrdə iqtisadi artımı azaldacaq.

S.ELAY
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:189
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Fevral 2025 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see331

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see323

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see312

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see299

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see296

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see265

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see254

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see252

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see234

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see233

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see232

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see227

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see216

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see214

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see197

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see186

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see170

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see165

Rəşad Mahmudov: Struktur dəyişiklikləri səhiyyə siyasətinin məntiqi davamıdır

19 Oktyabr 2026 20:17see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri