Icma.az
close
up
RU
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində 2025ci ilin büdcə zərfi ikinci oxunuşda müzakirə edilib

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində 2025ci ilin büdcə zərfi ikinci oxunuşda müzakirə edilib

Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.


Noyabrın 29-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin payız sessiyasında növbəti iclası keçirilib. İclası açan komitə sədri Azər Əmiraslanov bildirib ki, gündəliyə 2025-ci ilin dövlət büdcəsi zərfinə daxil olan 9 qanun layihəsinin ikinci oxunuşda müzakirəsi daxil edilib. Komitə sədri təklifi ilə gündəlikdəki məsələlərin təqdimatları və müzakirəsi birgə aparılıb.
Newscenter.az xəbər verir ki, iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri birinci oxunuşda dövlət büdcəsi və büdcəyə daxil olan qanun layihələri barədə ətraflı məlumatın verildiyini və sənədlərin müvafiq dövlət orqanlarının rəhbərlərinin və nümayəndələrinin iştirakı ilə Milli Məclisdə konstruktiv və işgüzar atmosferdə geniş müzakirələrinin keçirildiyini deyib.
Bildirilib ki, 2025-ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan layihələr möhtərəm Prezidentin müəyyən etdiyi strateji vəzifələrə və təşəbbüslərə uyğun olmaqla, dövlətimizin gücünü və qüdrətini, sosial siyasətinin effektivliyini, çoxşaxəliliyini bir daha nümayiş etdirir.
Makro-iqtisadi aspektlərdən söz açan komitə sədri qeyd edib ki, cari ildə müşahidə olunan pozitiv makro-iqtisadi meyllər gələn il bizə dövlət büdcəsini səmərəli şəkildə icra etməyə imkan verəcək.
İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov növbəti büdcə ilinə Azərbaycanın müsbət makro-iqtisadi göstəricilər şəraitində daxil olduğunu deyib. Vurğulanıb ki, iqtisadiyyatın artım və inkişaf meylləri, ÜDM-nin artım templəri, investisiya şəraiti və digər göstəricilər milli inkişaf prioritetlərindən irəli gələn sosial-iqtisadi hədəflərin reallaşdırılması üçün maliyyə təminatı yaradır.
Əmək və Əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev əhalinin sosial təminatının daha da gücləndirilməsinin Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin prioritet istiqamətlərindən biri olduğunu diqqətə çatdıraraq ildən-ilə dövlət büdcəsinin sosial yönümlü xərclərinin dinamik olaraq artdığını vurğulayıb.
Qeyd edilib ki, son 5 ildə sosial sahədə aparılmış dərin islahatlar nəticəsində böyük uğurlar əldə edilib. Ölkə başçısının təşəbbüsü və rəhbərliyi ilə 4 böyük sosial islahatlar zərfi icra edilib. Bu sosial islahatlar zərfinin illik xərci 7 milyard manat təşkil edir və 4 milyon vətəndaşımız bu islahatlar zərfindən bəhrələnir.
Büdcənin əsas xərc istiqamətlərindən biri əhalinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı olacaq. Gələn ilin büdcəsində sosialyönümlü xərclərin 8,8 faiz artırılaraq 16,9 milyard manata çatması və dövlət büdcəsi xərclərinin 41 faizini təşkil etməsi sosial siyasətin prioritetliyini ifadə edir.
Bundan başqa əhalinin rifahının yaxşılaşdırılması, yoxsulluğun azaldılması, aztəminatlı ailələrin sosial təminatının gücləndirilməsi məqsədi ilə dövlət büdcəsində kifayət qədər vəsaitlər nəzərdə tutulub. Belə ki, müavinət, təqaüd, kompensasiya ödənişlərinə 1,9 milyard manat, ünvanlı sosial yardım proqramının həyata keçirilməsi üçün 457 milyon manat, haqqı ödənilən ictimai işlər proqramının icrası üçün 200 milyon manat vəsait ayrılıb. Növbəti ildə də əməkhaqqının və minimum pensiyanın artırılması, sosial müavinətlər və təqaüdlər istiqamətində addımların atılması, pensiyaların indeksləşdirilməsi kifayət qədər vəsait nəzərdə tutulub.
Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva büdcə zərfi çərçivəsində Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərdə investisiya mühitinin və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, vergi inzibatçılığının təkmilləşdirilməsi, dövlət-özəl tərəfdaşlığı çərçivəsində iri investisiyaların cəlb edilməsi, sənayeləşmə və nəqliyyat-logistikanın inkişaf etdirilməsi kimi istiqamətlər barədə məlumat verib.
İclasda Maliyyə Nazirliyinin Büdcə şöbəsinin müdiri Fazil Fərəcov büdcə layihəsinin əsas parametrlərini diqqətə çatdırıb, Hesablama Palatası sədrinin müavini Nəsir Sadıqov palatanın 2025-ci ilin dövlət büdcəsinin layihəsinə dair rəyini təqdim edib.
Gündəlikdəki məsələlərin müzakirəsində İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov, komitə üzvləri Vüqar Bayramov və Aydın Hüseynov çıxış ediblər. Çıxış edənlər Azərbaycanın 2025-ci il büdcəsinin müstəqillik tariximizin ən böyük büdcəsi olmaqla ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin möhkəmləndirilməsi, əhalinin rifah halının yüksəldilməsi, sosial müdafiəsinin gücləndirilməsi üçün kifayət qədər maliyyə əsasları yaratdığını vurğulayıblar.
Müzakirələrin sonunda gündəliyin 9 məsələsi – “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında”, “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2025-ci il üçün ehtiyac meyarının həddi haqqında”, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 406-VIQD nömrəli Qanununda dəyişiklik edilməsi barədə, “Nağdsız hesablaşmalar haqqında” Qanunda dəyişiklik edilməsi barədə, “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələri ikinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.
İclasda Milli Məclisin deputatları Heydər Əsədov, Məşhur Məmmədov, Tahir Mirkişili, Əlibala Məhərrəmzadə, Rövşən Muradov, Zaur Şükürov və digər rəsmi şəxslər iştirak ediblər.
Süleyman
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 29 Noyabr 2024 19:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see413

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see279

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see227

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see205

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see170

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see161

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see161

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see161

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see146

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see141

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see140

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see137

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see133

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see131

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see131

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see122

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri