Icma.az
close
up
RU
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Noyabrın 1-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Azər Əmiraslanov iclası açaraq, gündəlik barədə məlumat verib. Bildirib ki, gündəlikdə olan iki məsələdən biri Toğrul Nəcəfəli oğlu Əliyevin, Gülər Azər qızı Paşayevanın, Əli İsmayıl oğlu Əhmədovun və Vüsal Cahangir oğlu Xəlilovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvləri təyin edilməsi, ikinci məsələ isə Rəşad Temraz oğlu Orucovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsindən azad edilməsi haqqındadır.

Komitə sədri Mərkəzi Bankın İdarə Heyətinin təşkili prinsiplərindən söz açıb və təqdim olunan namizədlərin tələblərə cavab verdiyini deyib. Namizədlərin peşəkarlıqlarından danışan Azər Əmiraslanov Mərkəzi Bankda yüksək vəzifə tutan bu şəxslərin idarə heyətinə daxil edilmələrinin qurumun funksionallığının artırılması baxımından əhəmiyyətini vurğulayıb.

Müzakirədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov, deputatlar Heydər Əsədov, Ziyad Səmədzadə, Vüqar Bayramov, Aydın Hüseynov, Əlibala Məhərrəmzadə və Rövşən Muradov çıxış ediblər. Deputatlar Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyünə təqdim olunan namizədlərin bank və maliyyə sektorunda fəaliyyətlərini, beynəlxalq iş təcrübələrini yüksək qiymətləndiriblər.

Mərkəzi Bankın baş direktoru Gülər Paşayeva göstərilən etimada görə namizədlərin adından minnətdarlıq ifadə edib, komitə üzvlərinə onların namizədliklərini dəstəklədiklərinə görə təşəkkürünü bildirib.

Müzakirələrin sonunda komitə üzvləri hər iki məsələni baxılmaq üçün Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 Noyabr 2024 18:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see403

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see386

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see336

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see299

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see299

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see291

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see257

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see249

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see230

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see223

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see209

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see179

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see170

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see148

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see139

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see139

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see133

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see133

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see131

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri