Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

İran Prezidenti: Amerikaya etibar etmirik

İqtisadi tərəqqinin Azərbaycan modeli

İqtisadi tərəqqinin Azərbaycan modeli

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

2 aparıcı beynəlxalq agentlik ölkəmizin kredit reytinqini yüksəldib

Son illər Azərbaycan Cənubi Qafqaz regionunun iqtisadi güc mərkəzinə çevrilib. Ölkəmizin iqtisadi uğurlarının başlıca səbəbi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosialiqtisadi inkişaf strategiyası, çevik iqtisadi yanaşmalar, qeyri-neft-qaz iqtisadiyyatının şaxələndirilməsi, əlverişli investisiya mühiti və s. amillərlə bağlıdır. Artıq dünyada güclü iqtisadi potensialı olan nüfuzlu dövlət və etibarlı tərəfdaş kimi tanınan Azərbaycanın təşəbbüsü və iştirakı ilə bir sıra vacib beynəlxalq və regional layihələr reallaşdırılır.

44 günlük müqəddəs Vətən savaşında tarixi uğura imza ataraq ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycan ötən hər ili yüksək iqtisadi uğurlarla başa vurur, qeyri-neft sektorunda mühüm irəliləyişlərə nail olur. Azərbaycan dövlətinin iqtisadi qüdrəti sayəsində işğaldan azad edilmiş ərazilərimiz sürətlə bərpa olunur, ölkəmiz dünyanın prioritet elan etdiyi “yaşıl keçid” platformasının ön sıralarında yer alır. Heç şübhəsiz, bütün bunlar Azərbaycanın yaratdığı milli iqtisadi inkişaf modelinin uğrlarından qaynaqlanır.

Təsadüfi deyil ki, Prezident İlham Əliyev noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqdakı çıxışı zamanı ölkəmizin iqtisadi göstəricilərinin müsbət olduğunu vurğulayaraq deyib: “Bu gün dünyanın iki aparıcı beynəlxalq reytinq agentliyi bizim kredit reytinqimizi qaldırıb və bunu investisiya reytinqinə uyğun səviyyədə artırıb. Bu, əlbəttə ki, ölkəmizdə gedən iqtisadi islahatların təzahürüdür. Çünki bu gün bizim iqtisadiyyat sağlam iqtisadiyyatdır. Biz heç kimdən asılı deyilik. İqtisadi müstəqillik təbii olaraq siyasi müstəqilliyi də gücləndirir”.

Son 5 ildə Azərbaycanda ümumi daxil məhsul (ÜDM) nominal ifadədə 36,7 milyard manat (39,3 faiz), real ifadədə isə 19 faiz artıb. Bununla belə, ölkəmizdə neft hasilatının azalması fonunda ÜDM istehsalında əvvəlki dövrlərdə qeydə alınmış yüksək artım səngisə də, qeyri-neft sektoru əsaslı yüksəliş dövrünü yaşayır. Təkcə onu qeyd etmək kifayətdir ki, son 5 ildə qeyri-neft-qaz sektoru real olaraq 25 faiz, qeyri-neft-qaz sənayesi isə 1,6 dəfə artıb. Bütövlükdə isə, qeyri-neft-qaz sektorunun ÜDM-də xüsusi çəkisi 60 faizdən çox olub. Prezident İlham Əliyev çıxışında bu məqama toxunaraq bildirib ki, son illər ölkədə ÜDM-in çox artmamasının əsas səbəbi neft hasilatının obyektiv səbəblərə görə aşağı düşməsi ilə bağlıdır. Dövlət başçısının qeyd etdiyi kimi, bu gün iqtisadiyyatımızın aparıcı təkanverici qüvvəsi qeyri-neft sektordur. Bu, bizim ümumi iqtisadiyyatımızın əksəriyyətini təşkil edir.

Bununla belə, 2026-cı il üçün proqnozlaşdırılan əsas makroiqtisadi göstəricilər ümumi daxili məhsulda yenidən artıma nail olunacağımıza ümidləri artırır. Maliyyə naziri Sahil Babayev Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin noyabrın 4-də keçirilmiş iclasında çıxışı zamanı deyib ki, gələn il Azərbaycanda ÜDM 134,1 milyard manat səviyyəsində proqnozlaşdırılır ki, bu da 2025-ci illə müqayisədə 2,9 faiz real artımı ifadə edir. Onun sözlərinə görə, gələn il ölkəmizdə qeyri-neft ÜDM-i 101,7 milyard manat proqnozlaşdırılır. Bu isə 2025-ci illə müqayisədə 5 faiz real artım deməkdir.

Azərbaycanın iqtisadi yüksəlişi strateji valyuta ehtiyatlarının artmasında da özünü büruzə verir. Sevindirici haldır ki, son illər valyuta ehtiyatlarımız mütəmadi olaraq artır. 2025-ci il oktyabrın 1-nə strateji valyuta ehtiyatlarımız 81,5 milyard ABŞ dollarına çatıb ki, bunun da 70 milyard dollarından çoxunu Dövlət Neft Fondunda toplanmış vəsait təşkil edir. Yeri gəlmişkən, maliyyə nazirinin sözlərinə görə, 2026-cı ildə Neft Fondunun gəlir və xərcləri balanslaşdırılıb (7,7 milyard dollar = 7,7 milyard dollar). Bu il noyabrın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları isə 11 milyard 368 milyon ABŞ dolları təşkil edib. Bankın məlumatına görə, bu, oktyabrın 1-i ilə müqayisədə 57,8 milyon dollar və ya 0,5 faiz çoxdur. Eyni zamanda, AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 408,8 milyon dollar və ya 3,7 faiz artıb.

2025-ci il oktyabrın 1-nə Azərbaycanın dövlət borcu 25,4 milyard manat təşkil edib. Göründüyü kimi, strateji valyuta ehtiyatlarımız xarici dövlət borcumuzu, təqribən, 17 dəfə üstələyib. Bu da dünya üzrə olduqca yüksək göstərici sayılır. Yeri gəlmişkən, maliyyə naziri Sahil Babayevin dediyinə görə, hazırda Azərbaycan ümumi dövlət borcunun ÜDM-ə nisbət göstəricisinin ən aşağı olduğu 20 ölkədən biridir. Təsadüfi deyil ki, dövlət başçısı akademiyadakı çıxışı zamanı bu mühüm məqama toxunaraq deyib: “Bizim xarici borcumuz çox aşağı səviyyədədir. Sirr deyil ki, bir çox inkişaf etmiş ölkələrdə xarici borc o ölkələrin ümumi daxili məhsulunun 100 faizini, bəlkə də daha çox təşkil edir. Bizdə isə bu, cəmi 6 faizdən bir qədər çoxdur. Yəni, bu göstəriciyə görə Azərbaycan bu gün dünya miqyasında aparıcı yerlərdədir. Əgər biz istəsək, xarici borcumuzu bir neçə ay ərzində sıfırlaya bilərik”.

Prezident İlham Əliyev çıxışında onu da bildirib ki, ölkəmizin iqtisadi və maliyyə dayanıqlılığı böyük investisiya layihələrini icra etməyə imkan verir. Dövlət başçısının qeyd etdiyi kimi, bu gün icra olunan əsas investisiya layihələrinin ünvanı Qarabağ və Şərqi Zəngəzurdur. Hazırda azad edilmiş torpaqlarımızda dünyada misli görülməmiş işlər görülür, güclü iqtisadiyyatımız bizə həm əminlik verir, həm də azad edilmiş torpaqların tezliklə bərpa edilməsinə imkan yaradır.

Bu il Azərbaycanda əsas kapitala investisiya qoyuluşunun 22,6 milyard manat, 2026-cı il üzrə isə 24,6 milyard manat təşkil edəcəyi proqnozlaşdırlır. Bu rəqəmlər isə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin dünənki iclasında müzakirə olunan Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının rəyində öz əksini tapıb. Sənədə əsasən, bu göstəricilər üzrə real artım tempinin müvafiq olaraq 0,5 faiz və 6,9 faiz olacağı gözlənilir.

Bir məqamı da qeyd edək ki, hazırda ölkəmizdə genişmiqyaslı bərpaolunan enerji layihələri icra olunur. Elə Prezident İlham Əliyev də yubiley toplantısındakı çıxışı zamanı bərpaolunan enerji layihələri haqqında danışarkən ölkəmizin burada da ön sıralarda qərarlaşdığını diqqətə çatdırıb. Dövlət başçısı deyib ki, son 5 ildə təkcə Qarabağda və Şərqi Zəngəzurda toplam generasiya gücü 300 meqavatdan çox olan 30-dan artıq su elektrik stansiyası inşa edilib. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə günəş və külək elektrik stansiyalarının inşası həyata keçirilir: “Bu yaxınlarda Cəbrayıl rayonunda 100 meqavatlıq iki stansiyanın təməli qoyuldu. O stansiyaların yanında 240 meqavat gücündə üçüncü günəş elektrik stansiyası inşa edilir. Bütövlükdə, 2030-cu ilə qədər günəş, külək və su elektrik stansiyalarının generasiya gücü 6 min meqavata çatmalıdır. Bu, böyük bir sənaye sahəsidir, sənayenin inkişafının növbəti istiqamətidir” deyən Prezident İlham Əliyev Azərbaycan alimlərini də bu sahədə fəal olmağa dəvət edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Noyabr 2025 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see349

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see345

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see333

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see292

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see262

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see243

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see224

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see208

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see189

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see187

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see186

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see186

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see184

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see175

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see172

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see171

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see169

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see160

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see160

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri