Icma.az
close
up
RU
İqtisadi uğurlar sayəsində Azərbaycan regionda genişmiqyaslı layihələr həyata keçirə bilmişdir

İqtisadi uğurlar sayəsində Azərbaycan regionda genişmiqyaslı layihələr həyata keçirə bilmişdir

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ölkəmizin ərazi bütövlüyünün bərpası yalnız hərbi-siyasi Qələbə deyil, həm də xalqın milli mənliyi və azadlıq ideallarının təsdiqi idi. Bu prosesdə Azərbaycan həm də beynəlxalq hüququn prinsiplərini müdafiə edərək, dünyaya ədalətli bir həll yolunun mümkün olduğunu göstərdi.Prezident İlham Əliyevin Davosda keçirilən 55-ci Dünya İqtisadi Forumunda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində səsləndirdiyi fikirlər mühüm mesajlarla yadda qaldı. Dövlətimizin başçısı Azərbaycanın siyasi xəttinin konturları ilə bağlı dünya ictimaiyyətini məlumatlandırdı. Ölkə rəhbərinin televiziya kanalına müsahibəsi Ümumdünya Ticarət Təşkilatına üzvlük, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı və BRICS-lə əməkdaşlıq, ABŞ-da yeni Tramp administrasiyasının xarici siyasəti, Çin-ABŞ münasibətləri, Orta Dəhlizin perspektivləri, yaşıl enerji, Çinin artan iqtisadi gücü və Bakı-Pekin münasibətləri ilə bağlı bir çox məsələlərə aydınlıq gətirdi. Bütövlükdə, Prezident İlham Əliyevin müsahibəsi Azərbaycanın bu günü və gələcəyi ilə bağlı həm ölkə, həm də beynəlxalq ictimaiyyəti maraqlandıran suallara əhəmiyyətli dərəcədə cavab oldu.Dövlət başçısı vurğulayıb ki, Azərbaycan üçün son illərin ən mühüm nailiyyəti ərazi bütövlüyünün və suverenliyinin tam bərpası oldu: “Biz bunu beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, BMT Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həyata keçirdik. Demək olar ki, 30 il ərzində bu, bizim milli ideyamız idi və biz hədəfimizə nail olmaq, ədaləti bərpa etmək üçün bütün səylərimizi səfərbər etdik. Əfsuslar olsun ki, beynəlxalq hüququn normaları işləmədi və beynəlxalq təşkilatlar yardımçı olmadılar. Çünki çoxsaylı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələr, sadəcə, kağız üzərində qalmışdı. Biz bunu özümüz həll etməli, ədaləti özümüz bərpa etməli olduq...”.Beynəlxalq hüququn norma və prinsiplərinin pozulduğu, sülh və əməkdaşlığı təmin edən strukturların nüfuzdan düşdüyü bir dövrdə dövlətimizin başçısı müsahibəsində geosiyasi və geoiqtisadi məsələlərin təhlilini verdi və bununla da hər kəs müasir qlobal nizamda Azərbaycanın yerini və rolunu aydın şəkildə görmək imkanını əldə etdi. Bu baxımdan Prezident İlham Əliyev Qlobal Cənub və Qlobal Şimal arasında körpü rolunu oynaya biləcək layihələr təklif edir. Azərbaycan Çin, Mərkəzi Asiya, Avropa İttifaqı ölkələri və qardaş Türkiyə ilə bərabərhüquqlu əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətləri quraraq, gələcək siyasi, iqtisadi, enerji, nəqliyyat-kommunikasiya, eyni zamanda, hərbi təhlükəsizliyini təmin edir.

Azərbaycanın heç bir ölkənin daxili işlərinə qarışmaq niyyəti yoxdur. Həmçinin biz özümüz də heç bir ölkəyə imkan vermərik ki, bizim hansısa daxili işlərimizə müdaxilə edə bilsin. Prezident İlham Əliyevin Davosda Çinin CGTN telekanalına verdiyi müsahibə zamanı bildirdiyi kimi, özümüzü daxili işlərə müdaxilədən qorumağa müvəffəq olmuşuq. Əlbəttə ki, heç də hər bir ölkə bunu etmək üçün potensiala malik deyil. İdeologiya, iqtisadiyyat və milli ideyalar - bunlar hamısı birlikdə Azərbaycanı layiq olduğu yerə gətirib çıxarıb. Bu gün bizim gücümüz bizə imkan verir ki, hər bir dövlətlə biz müstəqil siyasət aparaq və müstəqil iradə ortaya qoyaq. Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə yanaşı, iqtisadi inkişaf da dövlətimizin uğurlarından biridir. Cənab İlham Əliyevin dediyi kimi, Azərbaycan güclü və özünü təmin edən bir iqtisadiyyat qurub: “Ümumi daxili məhsula (ÜDM) nisbətdə xarici borcun səviyyəsi çox aşağıdır, cəmi 6,9 faizdir. Buna əsaslanaraq biz regionda bağlantılar yaradan genişmiqyaslı layihələr həyata keçirmişik və aid olduğumuz Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutmuşuq. Əlbəttə ki, milli maraqlarımızı, həyat tərzimizi və müstəqil siyasətimizi qəti şəkildə müdafiə etmişik və çoxlu uğur qazanmışıq...”

Beləliklə, CGTN telekanalında yayımlanan müsahibədən belə nəticə çıxır ki, Azərbaycan öz milli maraqlarını müdafiə edən və bütün dünyada yaxşı əlaqələr quran, müstəqil xarici siyasət yürüdən, milli iradəsi güclü olan siyasi liderə malik olan dövlətdir. Çünki hazırda dünyada, xüsusilə də inkişaf etməkdə olan ölkələr üçün müstəqil, balanslı xarici siyasi kurs yürütmək olduqca çətindir. Azərbaycan çox az sayda dövlətlərdən biridir ki, tam müstəqil və həm də qətiyyətli xarici siyasət yürüdür. Azərbaycan Avropa İttifaqının 10 üzvü ilə yanaşı, Çinlə strateji tərəfdaşlıq müqaviləsi, Türkiyə, Özbəkistan kimi ölkələrlə müttəfiqlik bəyannaməsi imzalayıb. Beləliklə, Azərbaycan Mərkəzi Asiya, Cənubi Qafqaz və Xəzəryanı regionu geniş coğrafiyada sülh, sabitlik və əməkdaşlıq platformasına çevirən siyasət yürüdüb.

ABŞ ilə münasibətlərimizdə yeni dövrün başlanması da hər iki tərəfin marağındadır: “Biz ABŞ-nin yeni rəhbərliyindən şox şey gözləyirik. Çünki əvvəlki 4 ildə ABŞ tərəfindən çox absurd bir münasibət gördük. Və bu 4 ili demək olar itirdik. Son 4 ildə Bayden administrasiyasının Azərbaycana ədalətsiz yanaşması səbəbindən əlaqələrimizin tamamilə korlanmasına gətirib çıxardı. Halbuki bundan əvvəl əlaqələrimiz çox uğurla inkişaf edirdi. Ümid edirik ki, ABŞ-Azərbaycan münasibətlərində itirilmiş illər hesab etdiyimiz bu 4 il artıq tarixə qovuşacaq və münasibətlərimiz yeni mərhələyə qədəm qoyacaq”.

Cənab Prezident İlham Əliyev müsahibəsində ölkəmizin yaşıl gündəliyi barədə səsləndirdiyi fikirlər də beynəlxalq ictimaiyyət üçün xüsusi əhəmiyyət kəsb edir. Ölkə başçısı ümumbəşəri maraqları təlqin edən prinsipial mövqe nümayiş etdirərək bildirdi ki, qazıntı enerji növlərinə malik olan ölkələrin məsuliyyəti əldə etdikləri gəlirləri yaşıl texnologiyaya və yaşıl enerjiyə investisiya etməkdən ibarətdir. Azərbaycan da bu gün məhz bunu edir. Ölkəmizin 2027-ci ilə qədər olan hədəfi 2 giqavat həcmində Günəş və külək elektrik enerjisini hasil etməkdir. 2030-cu ilə qədər isə bu hədəf 6 giqavatdır.Bu faktlar ölkəmizin iqtisadi sabitliyini və müstəqil siyasət yürütdüyünü göstərir. İqtisadi uğurlar sayəsində Azərbaycan regionda genişmiqyaslı layihələr həyata keçirə bilmişdir. Dövlətimizin iqtisadi modeli təkcə neft və qaz sektoruna deyil, həm də kənd təsərrüfatı, turizm, logistika və digər sahələrə əsaslanır.

2024-cü ildə bu dövlətlər arasında strateji tərəfdaşlıq üzrə müvafiq Bəyannamənin qəbul edilməsi ikitərəfli əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu tərəfdaşlıq təkcə siyasi və iqtisadi sahələrdə deyil, həm də beynəlxalq təşkilatlarda əməkdaşlığın genişləndirilməsi istiqamətində əhəmiyyətli bir təşəbbüsdür. Çinlə əməkdaşlıq Azərbaycanın “Bir yol, bir kəmər” kimi qlobal layihələrdə daha fəal iştirak etməsinə şərait yaradır. Bu layihələr ölkəmizin regionda və dünyada nəqliyyat və ticarət marşrutlarında mərkəzi rol oynamasına imkan verir. Bundan əlavə, Çin ilə strateji əlaqələrin genişləndirilməsi Azərbaycanın texnoloji və infrastruktur inkişafında əhəmiyyətli rol oynayır.Ölkəmizin regionda və dünyada tərəfdaşlıq imkanlarını genişləndirməsi, həmçinin qlobal məsələlərdə fəal iştirakı Azərbaycanın beynəlxalq arenada mövqeyini daha da gücləndirəcəkdir.Misilsiz tarixi nailiyyətlər dövlətimizin sülh və sabitlik, həmçinin milli maraqların müdafiəsi prinsipləri əsasında qurulan siyasətinin nəticəsidir.

Ayaz Cəbrayılov

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 Fevral 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see409

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see395

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see340

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see301

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see296

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see285

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see261

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see253

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see238

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see228

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see172

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see155

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see143

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see137

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see129

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see127

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see126

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see123

Evdə Tək in aktyorlarını təsirli görüntüləri VİDEO

03 Dekabr 2025 00:12see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri