Macarıstan şirkəti Azərbaycandakı “Lukoil” aktivlərini almaq istəyir "Röyters"
Bakupost saytına istinadən Icma.az xəbər verir.
Macarıstanın böyük neft-qaz şirkəti MOL Rusiyanın sanksiyalar altındakı “Lukoil” şirkətinə məxsus xarici aktivləri almaqda maraqlı olduğunu ABŞ tərəfinə rəsmi şəkildə bildirib.
Bakupost.az xəbər verir ki, bu barədə məlumatı "Röyters" yayıb.
Agentliyin mənbələrinə görə, MOL hazırda “Lukoil”in bir sıra beynəlxalq obyektlərinin satın alınmasını araşdırır. Söhbət Avropadakı neft emalı zavodları və yanacaqdoldurma məntəqələrindən, eləcə də Qazaxıstan və Azərbaycanda şirkətin pay sahibi olduğu hasilat layihələrindən gedir.
Danışıqların hansı mərhələdə olduğu açıqlanmayıb, lakin ekspertlərə görə, belə bir satış Qərbin Rusiya enerji şirkətlərinə tətbiq etdiyi sanksiyalar fonunda strateji əhəmiyyət daşıya bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 04 Dekabr 2025 23:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















