Icma.az
close
up
RU
İqtisadi və Sosial Araşdırmalara Yardım İB dövlət satınalmalarında sahibkarların iştirakının artırılmasına dair müzakirə keçirib FOTOLAR

İqtisadi və Sosial Araşdırmalara Yardım İB dövlət satınalmalarında sahibkarların iştirakının artırılmasına dair müzakirə keçirib FOTOLAR

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün Bakı KOB Evində İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyi tərəfindən “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dövlət satınalmalaırnda rəqabətliyinin artırılması” layihəsi çərçivəsində sahibkar və dövlət qurumları nümayəndələri ilə “Dövlət satınalmalarının təşkili və idarə olunması” mövzusunda müzakirələr aparılıb.

"Cebheinfo.az" xəbər verir ki, müzakirələrdə sahibkarlıq subyektlərinin dövlət satınlalmarında iştirakçılığın artırılması istiqamətində biznesin səmərəli faydalanmasını təmin edilməsi, sahibkarların satınalma proselərinə dair məlumatlarının bilik və bacarıqlarının artırılmsası zərurəti olduğu vurğulandı.Gələcəkdə bu istiqamətdə də müvafiq təlimlərin keçirilməsinə ehtiyacın olduğu qeyd edildi.

İqtisadi və Sosial Araşdırmalar Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli bildirib ki, son aylarda Xaçmaz, Gəncə, Yevlax, Lənkəran, Şəki və digər regionlarda sahibkarlarla görüşlər və təlimlər keçirilib. Onun sözlərinə görə, layihə dövlət maliyyə dəstəyi ilə altı regionda icra olunub və məqsəd sahibkarların dövlət satınalmaları, xüsusən elektron tender prosesi barədə biliklərini artırmaqdır.

"Regionlarda bir çox sahibkarlar tender imkanlarından xəbərsizdir. Əgər sahibkarlara texniki və peşəkar dəstək göstərilsə, onlar tender proseslərində uğurla iştirak edə bilərlər. Bu, həm regionlarda məşğulluğun, həm də yerli iqtisadi fəallığın artmasına səbəb olacaq.”

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Satınalma şöbəsinin müdiri Elşən Həsənov tədbirdə çıxış edərək dövlət satınalmalarının inkişafı və qanunvericiliyin təkmilləşdirilməsi barədə danışıb. O bildirib ki, sahibkarların, xüsusilə də inklüziv və mikrosahibkarların bu prosesdə fəal iştirakı vacibdir:

“Sahibkarlar nə qədər çox maraq göstərsələr, qanunvericiliyin təkmilləşməsi bir o qədər sürətlə gedər. Dövlət də maraqlıdır ki, kiçik sahibkarlar prosesə qoşulsunlar, çünki onlar iqtisadiyyatın onurğa sütunudur. Satınalmalarda elektronlaşma genişlənir, beynəlxalq əməkdaşlıq gücləndirilir və qanunvericilikdə dəyişikliklər uzunmüddətli strategiya əsasında aparılmalıdır. Qarabağ bölgəsinə göndərilən kadrların təcrübəsi və peşəkarlığı sistemin davamlı inkişafı üçün mühüm əhəmiyyət daşıyır".

Satınalmalar üzrə ekspert Etibar Qasımov qeyd edib ki, bu sahədə maarifləndirməyə ciddi ehtiyac var:

“Müşahidə etdik ki, dövlət satınalmaları sahəsində bilik və məlumat azlığı mövcuddur. Bu səbəbdən diqqəti bu istiqamətə yönəltmək vacibdir. Yalnız Bakı deyil, bölgələrdə fəaliyyət göstərən qurumlar arasında da bu barədə məlumat çatışmazlığı hiss olunur. Prosedurlar izah edildikcə və ətraflı məlumat verildikcə, mövzuya böyük maraq yaranır.”

Müzakirələr zamanı ekspert Rüstəm Kərimov da iştirakçıların suallarını cavablandırıb. O, dövlət satınalmalarında şəffaflığın artırılması, prosedurların sadələşdirilməsi və sahibkarların prosesə daha aktiv qoşulmasının vacibliyini vurğulayıb:

"Bu cür açıq dialoqlar sahibkarların bilik və bacarıqlarının inkişafına mühüm töhfə verir".

Qurum nümayəndələri ilə geniş fikir mübadiləsi aparılaraq sahibkarları maraqlandıran suallar qanunvericiliyin tələbləri müzakirə edildi. İştirakçıların məlumatlarının dərinləşməsi və özünümarifləndirmə prosesinin daha da təkmilləşdirilməsi üçün onlara satınalma proseslərinin hüquqi və praktiki məsələrini əhatə edən Dövlət satınalmalarının təşkili və idarə edilməsi adlı kitablar təqdim edildi. 

Müzakirələr konstruktiv, qarşılıqlı dialoq və işgüzar mühitdə baş tutdu.

Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra edilir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 29 Oktyabr 2025 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see255

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see225

Dursun Özbek: Artıq susmaq mümkün deyil

12 Dekabr 2025 17:13see204

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see192

Ramiz Mehdiyevin etdiyi hərəkətlər onun Akademiyada qalmasına imkan vermir İsa Həbibbəyli

12 Dekabr 2025 12:34see175

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see170

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see162

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see151

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see145

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see145

Ermənistan hələ 3+3 formatına qoşulmağa və iştirak etməyə hazır deyil Millət vəkili

12 Dekabr 2025 14:33see139

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see137

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see133

Kürdəmirdə ağır qəza Yük maşını avtobusa çırpıldı FOTO

12 Dekabr 2025 23:16see133

Ukrayna müharibəsinin bitməsi üçün... Ərdoğan

12 Dekabr 2025 18:26see128

“Sumqayıt” uduzdu, NTD dən qələbə

13 Dekabr 2025 01:20see126

Millimizin üzvü əməliyyat edildi

12 Dekabr 2025 12:41see126

“Mançester Yunayted” gənc oyunçular almaq üçün Fernandeşi 70 milyon funt sterlinqə satır

13 Dekabr 2025 04:13see123

Hindistanda Messinin 20 metrlik heykəli nümayiş olundu

13 Dekabr 2025 01:13see123

Ukrayna cəbhədə PUA lardan istifadə üçün yeni inanılmaz taktikalara keçib Forbes dən detallar

12 Dekabr 2025 18:13see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri