Icma.az
close
up
RU
İqtisadiyyat İnstitutunda müxtəlif ölkələrdə dövlətin qiymətlərə müdaxilə dərəcəsi ölçülüb AZƏRTAC

İqtisadiyyat İnstitutunda müxtəlif ölkələrdə dövlətin qiymətlərə müdaxilə dərəcəsi ölçülüb AZƏRTAC

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 26 dekabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. Baş direktor professor Nazim Müzəffərlinin sədrliyi ilə keçirilən toplantıda institutun 2024-cü ildə yerinə yetirdiyi elmi-tədqiqat işləri üzrə illik hesabat dinlənilib.

Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Elmi katib Leyli Allahverdiyeva hesabat məruzəsində institutun əməkdaşlıq etdiyi dövlət qurumları, yerli və xarici universitetlər, beynəlxalq əməkdaşlıq çərçivəsində keçirilən görüşlər barədə məlumat verib. Bildirib ki, il ərzində bir sıra mühüm elmi nəticələr əldə edilib. İlk dəfə olaraq İqtisadiyyat İnstitutunda müxtəlif ölkələrdə dövlətin qiymətlərə müdaxilə dərəcəsi qeyri-səlis məntiq əsasında ölçülüb və təhlil olunub. Professor Nazim Müzəffərlinin rəhbəliyi ilə aparılan tədqiqatlarda ölçmələr iki formatda – birbaşa müdaxilələr üzrə və müdaxilənin ümumi səviyyəsi üzrə aparılıb. Bu əsasda iki yeni göstərici – Qiymətlərə birbaşa müdaxilə indeksi və Qiymətlərin tənzimlənməsi indeksi hesablanıb. Tətbiq edilmiş metodoloji yanaşmalar orijinaldır. Alınmış nəticələr əsasında müvafiq reytinqlər tərtib edilib, qiymətlərə müdaxilənin sosial-iqtisadi təsirləri araşdırılıb. Ölkələrarası müqayisəli araşdırma əsasında Azərbaycanda qiymət tənzimlənməsinin təkmilləşdirilməsi üzrə tövsiyələr hazırlanıb. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin sifarişi əsasında aparılmış tədqiqatın nəticələri kitab şəklində (“Qiymətlərin dövlət tənzimlənməsi: ölkələrarası müqayisəli təhlil. Azərbaycan üçün nəticələr”) nəşr olunub.

Şamaxı rayonuna özəl investisiyaların cəlb edilməsi imkanlarının qiymətləndirilməsi, cəlbediciliyin artırılması istiqamətində təşviq və dəstək mexanizminin hazırlanması məqsədilə tədqiqat aparılıb. Bir sıra praktik əhəmiyyətli təkliflərlə yanaşı, Şamaxının investisiya cəlbediciliyinin və biznes imkanlarının təşviqi konsepsiyası hazırlanıb, Şamaxıda Dağlıq-Şirvan Regional İnnovativ İnkişaf Mərkəzinin (KOB klasterlərinin) yaradılmasının məqsədəuyğunluğu əsaslandırılıb və onun təşkilati strukturu işlənilib. Elm və Təhsil Nazirliyinin sifarişi ilə “Elmin maliyyələşməsi mexanizminin təkmilləşdirilməsi üzrə təklif və tövsiyələrin hazırlanması” layihəsi icra olunub.

L.Allahverdiyeva məlumat verib ki, İqtisadiyyat İnstitutunun təşkilatçılığı ilə Çinli alimlərin iştirakı ilə elmi sessiya, Naxçıvan Dövlət Universitetində “İxracyönlü sənayenin inkişafı: sənayeləşmə siyasəti və infrastruktur təchizatları” respublika elmi konfransı, "Şamaxı rayonunun özəl investisiyalar üçün cəlbediciliyinin artırılmasına təşviq və dəstək mexanizmlərinin hazırlanması" layihəsi çərçivəsində sahibkarların iştirakı ilə biznes-forum keçirilib.

Elmi katib qeyd edib ki, il ərzində institutun əməkdaşları tərəfindən 4 monoqrafiya, 2 dərs vəsaiti, 4 proqram və metodik vəsaitlər, 170 məqalə, o cümlədən xaricdə 70 məqalə (impakt faktorlu jurnallarda 29) nəşr olunub. Müxtəlif aktual elmi mövzuların müzakirəsinə həsr olunmuş 8 elmi seminar təşkil edilib. İnstitutun əməkdaşları müxtəlif universitetlərdə təşkil olunmuş seminarlarda iştirak edib və mühazirələr oxuyublar. İl ərzində əməkdaşlar yerli və xarici mətbuatda 40-dan çox məqalə və müsahibələrlə çıxış ediblər.

İnstitutun 66 doktorant və dissertantı var. Dissertasiya Şurasında 13 dissertasiya işi (2 elmlər və 11 fəlsəfə doktorluğu üzrə) müdafiə olunub.

İl ərzində economics.org.az saytında institutun fəaliyyəti ilə bağlı 200-ə yaxın orijinal xəbər yerləşdirilib. 2024-cü ildə tam yenilənmiş dizaynla fəaliyyətə başlayan institutun “economics.org.az” internet saytına daxilolma və baxış sayı 1,2 milyona çatıb.

Şurada elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsi və bunun üçün əməkdaşların əlavə stimullaşdırılması məqsədilə Zəfər Bayramına həsr olunmuş, 2024-cü ildə institutda yerinə yetirilən plan elmi-tədqiqat işlərinin müsabiqəsinin nəticələri elan olunub. Baş direktor Nazim Müzəffərli qaliblərin adlarını açıqlayıb və onlara müvafiq diplomları təqdim edib. Beləliklə, elmi şöbələr arasında müsabiqənin qalibi İnklüziv sosial inkişaf şöbəsi olub (şöbə müdiri Rəsmiyyə Abdullayeva). Əməkdaşlar arasında müsabiqədə Gülnarə Fətəliyeva və elmi işçi Mələk Əliyeva 1-ci, dosentlər Mahir Zeynalov və Nəsimi Əhmədov və İntizar Qurbanova 2-ci, Kamran Abdullayev, Ülkər Məmmədova, Akifə Ağayarova və kiçik elmi işçi Aynur Nəbizadə 3-cü yerləri tutublar. Qaliblərə pul mükafatları verilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Dekabr 2024 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see357

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see239

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see203

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see190

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see180

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see177

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see170

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see167

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see161

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see158

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see154

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see153

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see152

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see150

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see141

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see134

Kamavinqanın 2026 planı “Real” üçün əsas prioritetdir

29 Dekabr 2025 02:36see132

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see131

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri