Dendrologiya İnstitutunda qazaxıstanlı alimlərlə müzakirələr aparılıb AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 17 yanvar, AZƏRTAC
Qazaxıstan Botanika və Fitointroduksiya İnstitutunun rektoru akademik Gülnara Sitpayeva və institutun alimləri Dendrologiya İnstitutunun qonağı olublar.
Bu barədə AZƏRTAC-a Dendrologiya İnstitutundan bildirilib. İnstitutun baş direktoru dosent Minarə Həsənova ilə görüşdə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi barədə müzakirələr aparılıb. Qonaqlara institutun elmi-tədqiqat istiqamətləri, beynəlxalq əlaqələri, həyata keçirilən müştərək layihələr və yenidənqurma işləri barədə məlumat verilib.
Qazaxıstanlı alimlər institutun yeni binası və laboratoriyaları ilə tanış olublar. Onlar Herbari Fondunda saxlanılan yerli floraya aid nümunələrin toplanması və hazırlanması, onların saxlanılması işlərinə xüsusi maraq göstəriblər.
Daha sonra qazaxıstanlı alimlər hər 10 ildən bir nəşri nəzərdə tutulan Azərbaycan Respublikasının “Qırmızı kitab”ı ilə tanış olublar. Alimlər "Qırmızı kitab"ın III nəşrindəki nadir, nəsli kəsilmək təhlükəsi altında olan 241 fauna növü və 460 flora növü, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında nadir və nəsli kəsilmək təhlükəsində olan növlər haqqında məlumat alıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 17 Yanvar 2025 10:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















