İqtisadiyyat naziri OPEC Beynəlxalq İnkişaf Fondunun prezidenti ilə görüşüb
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 22 may, AZƏRTAC
İqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısında iştirak etmək məqsədilə Əlcəzair Xalq Demokratik Respublikasında səfərdədir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, İllik Toplantı çərçivəsində Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Beynəlxalq İnkişaf Fondunun prezidenti Əbdülhəmid Əlxəlifə ilə görüş keçirilib.
Görüşdə OPEC Fondu ilə Azərbaycan arasında mövcud əlaqələr yüksək qiymətləndirilib və bu əməkdaşlığın daha da gücləndirilməsi üçün birgə imkanların araşdırılmasının önəmi vurğulanıb. Regional və beynəlxalq iqtisadi inkişaf məqsədləri çərçivəsində tərəfdaşlığın əhəmiyyəti qeyd olunub.
Tərəflər dayanıqlı inkişaf, resursların səmərəli istifadəsi və gündəlikdə olan digər məsələləri müzakirə edib, infrastruktur layihələri çərçivəsində birgə fəaliyyət imkanlarını dəyərləndiriblər.
Baxış sayı:53
Bu xəbər 22 May 2025 12:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















