Icma.az
close
up
RU
İqtisadiyyat naziri OPEC Beynəlxalq İnkişaf Fondunun Forumunda iştirak etmək üçün Avstriyaya səfər edib

İqtisadiyyat naziri OPEC Beynəlxalq İnkişaf Fondunun Forumunda iştirak etmək üçün Avstriyaya səfər edib

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 17 iyun, AZƏRTAC

İqtisadiyyat naziri Mikayıl Cabbarov OPEC Beynəlxalq İnkişaf Fondunun Forumunda iştirak etmək üçün Avstriyanın paytaxtı Vyanaya səfər edib. Səfər çərçivəsində bir sıra görüşlər keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov Ərəb Koordinasiya Qrupuna daxil olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi İnkişaf Fondunun baş direktoru Məhəmməd Saif Əl Suveydi ilə görüşüb. Görüşdə Azərbaycan və BƏƏ arasında iqtisadi-ticarət əlaqələrinin genişləndiyi vurğulanıb. BƏƏ-nin Azərbaycanın bərpaolunan enerji sahəsinə sərmayə qoyuluşu, həmçinin fondun ölkəmizdə infrastruktur layihələrinə göstərdiyi dəstək qeyd olunub. Ölkəmizin iqtisadi potensialı və əlverişli işgüzar mühiti barədə məlumat verilib. Tərəflər enerji, infrastruktur, innovasiya və digər istiqamətlərdə əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər. Fondun ölkəmizdə prioritet sahələrə sərmayə qoyuluşu imkanları müzakirə olunub.

İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir ilə görüşdə Qrupa daxil olan qurumlarla uğurlu əməkdaşlıq həyata keçirildiyi bildirilib. Davamlı artım və infrastruktur quruculuğu baxımından Bankla səmərəli tərəfdaşlıq qeyd olunub. Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar və prioritetlər haqqında məlumat verilib. Birgə fəaliyyətin genişləndirilməsi, ölkəmizin özəl sektorunda inkişaf, 2026-cı ildə İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısının Azərbaycanda keçirilməsi və gündəlikdə olan digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

OPEC Beynəlxalq İnkişaf Fondunun prezidenti Əbdülhəmid Əlxəlifə ilə görüşdə qarşılıqlı əlaqələrin ölkəmizin enerji sektorunun şaxələndirilməsinə töhfə verdiyi qeyd edilib. Bərpa olunan enerji, infrastruktur və texniki yardım sahələrində işbirliyi imkanları dəyərləndirilib.

Görüş çərçivəsində İqtisadiyyat Nazirliyi və OPEC Beynəlxalq İnkişaf Fondu arasında əməkdaşlıq istiqamətlərinə dair Ölkə üzrə Tərəfdaşlıq Çərçivə Sənədi imzalanıb. 2025-2030-cu illəri əhatə edən sənəd sənaye, bərpa olunan enerji, nəqliyyat, infrastruktur və digər istiqamətlərdə dövlət və özəl sektor layihələrinin dəstəklənməsini nəzərdə tutur. Sənəd çərçivəsində həyata keçiriləcək təşəbbüslər iqlim maliyyələşməsi, inklüziv artım, eləcə də kiçik və orta sahibkarlığın inkişafı baxımından önəm kəsb edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 İyun 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see178

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri