İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşları qəbul edib
Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Naxçıvan şəhərində bu şəhərdən, həmçinin, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşları qəbul edib. Bu barədə SİA-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qəbula gələn vətəndaşlar sahibkarlığın inkişafı, ixrac, əmlak, vergi, logistika və s. məsələlərlə bağlı müraciət ediblər.
İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda hər bir vətəndaşın müraciəti dinlənilib, onlara müraciət etdikləri məsələlərlə bağlı əsaslandırılmış cavab və izahat verilib, araşdırma tələb edən müraciətlər isə baxılması üçün qeydiyyata alınıb.

İqtisadiyyat nazirinin müavini Ağdaşda vətəndaşları qəbul edib
25 Noyabr 2024 17:33
İqtisadiyyat nazirinin müavini Xızıda vətəndaşları qəbul edib FOTOLAR
30 Yanvar 2025 16:40
İqtisadiyyat nazirinin I müavini Gəncədə vətəndaşları qəbul edib
18 Aprel 2025 18:21
İqtisadiyyat nazirinin müavini Ağdaşda vətəndaşları qəbul edəcək
21 Noyabr 2024 16:00

