Icma.az
close
up
RU
İqtisadiyyat Nazirliyi COP29 çərçivəsində bir sıra tədbir və görüşlər təşkil edəcək

İqtisadiyyat Nazirliyi COP29 çərçivəsində bir sıra tədbir və görüşlər təşkil edəcək

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Noyabrın 13-də İqtisadiyyat Nazirliyi "Əməkdaşlığın gücü: Xalis sıfır üçün qüvvələrin birləşdirilməsi" mövzusunda Dünya İqtisadi Forumu ilə Yüksəksəviyyəli Sessiya təşkil edəcək.

Avtosfer.az nazirliyə istinadən xəbər verir ki, tədbir bu gündən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində baş tutacaq.

Noyabrın 14-də isə İqtisadiyyat Nazirliyi və Ümumdünya Ticarət Təşkilatının (ÜTT) birgə təşkilatçılığı ilə Maliyyə, İnvestisiya və Ticarət Günü (Climate FIT Day) çərçivəsində İqlim Maliyyəsi, İnvestisiya və Ticarət üzrə Bakı Təşəbbüsü (BICFIT) təqdim olunacaq.

Biznes, İnvestisiya və Xeyriyyəçilik İqlim Platforması çərçivəsində bir sıra tədbirlər təşkil olunacaq, iqlim maliyyəsi və strateji tərəfdaşlıqlar barədə müzakirələr aparılacaq.

COP29 çərçivəsində "Dayanıqlı gələcəyin gücləndirilməsi: maliyyə vasitəsilə yaşıl inkişafa təkan" mövzusunda tədbir keçiriləcək, İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondu (İMFF) təqdim olunacaq.

İqlim, innovasiya və ticarət üzrə CAREC Tərəfdaşlığına, Türk Dövlətləri Təşkilatının iqlim, innovasiya, yaşıl iqtisadiyyat və ticarət üzrə Tərəfdaşlığına, SPECA İqlim və İnnovasiya Dialoquna dair nazirlər görüşləri keçiriləcək.

COP29 çərçivəsində 15 noyabr - Enerji, Sülh, Yardım və Bərpa Günündə İqtisadiyyat Nazirliyi ilə Harvard Universitetinin "Growth Lab" Beynəlxalq İnkişaf Mərkəzi arasında əməkdaşlıq əsasında hazırlanmış "Yaşıl artım" portalının təqdimatı, "Karbon qiymətqoyması: cari çağırışlar və yeni strategiyalar", "Dövlət-özəl tərəfdaşlığı layihələri vasitəsilə davamlı maliyyə və iqlim dayanıqlılığı strategiyalarının inkişaf etdirilməsi və iqlim dəyişikliyinin həllində özəl sektorun rolu" mövzuları üzrə tədbirlər keçiriləcək.

COP29 çərçivəsində 16 noyabr - Elm, Texnologiya və İnnovasiya - Rəqəmsallaşma Günündə KOB-ların yaşıl iqtisadiyyatda rolu" adlı konfrans, "Süni İntellektin təsiri: texnoloji proqnozlaşdırma ilə rəqəmsal iqtisadiyyatda idarəetmənin yeni dövrü", "Süni intellektin transformativ gücü: ətraf mühitə təsirlərin azaldılması və dayanıqlı inkişaf" və digər mövzularda tədbirlər keçiriləcək.

COP29 çərçivəsində 20 noyabr - Urbanizasiya, Nəqliyyat və Turizm Günündə isə SPECA regionundan AYİB yaşıl şəhər liderlərinin Dəyirmi Masası, SPECA Çoxtərəfli Etimad Fondu ilə bağlı brifinqin təşkili planlaşdırılır.

COP 29 çərçivəsində, İqtisadiyyat Nazirliyi və strukturuna daxil olan qurumların İslam İnkişaf Bankı, Beynəlxalq Ticarət Mərkəzi və bir sıra xarici şirkətlərlə sənədlərin imzalanması nəzərdə tutulur.

Bununla yanaşı, İqtisadiyyat Nazirliyi beynəlxalq qurumların və digər ölkələrin rəsmiləri ilə bir sıra görüşlər keçirəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 11 Noyabr 2024 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see317

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see247

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see225

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see183

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see182

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see169

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see164

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see163

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see163

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see140

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see139

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri