Icma.az
close
up
RU
“İqtisadiyyatda gəlir gətirən sahələr kifayət qədər olanda...” İqtisadçı

“İqtisadiyyatda gəlir gətirən sahələr kifayət qədər olanda...” İqtisadçı

Adelet.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Rəsmi hesabatda bildirilir ki, 2025-ci ilin ilk yarısında investisiya şirkətlərinin mənfəəti 67 faiz azalıb. Hesabatda bu azalmanın səbəbi olaraq artan haqq və komissiya, əməkhaqqı və sosial xərclər, eləcə də inzibati xərclər göstərilir. Düzünü desəm, dövlət qurumunun dediyi səbəblər rəsmi və həqiqət payı olan texniki izahdır”. 

Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. 

O bildirib ki, amma bu izah problemin əsas səbəbini və kökünü açıqlamır: 

“Mən bir neçə gün əvvəl mənzil qiymətlərini artıran səbəblər barədə yazmışdım. Əslində, həmin səbəblər investisiya şirkətlərinin mənfəətinin azalmasının da kökündə dayanır. Yəni kapital real sektora yönəlmir, maliyyə dövriyyəsi zəifləyir və nəticədə həm bazarda dəyər yaradılmır, həm də investisiya fəaliyyəti mənfəət gətirmir. Çünki, iqtisadiyyatda gəlir gətirən sahələr kifayət qədər olanda investisiya şirkətləri də artan xərcləri asanlıqla kompensasiya edə bilir. Amma kapital istehsal və innovasiyaya deyil, daha çox passiv istiqamətlərə yönəldiyi üçün iqtisadi dövriyyə effektiv dərəcədə yüksəlmir. Nəticədə həm bazarda yetəri qədər dəyər yaranmır, həm də maliyyə sistemi dayanıqlı gəlir mənbələrindən məhrum olur”. 

İqtisadçının sözlərinə görə, məhz bu səbəblərə görə də dəfələrlə bildirmişdim ki, Azərbaycanda özəl pensiya fondları yaradılacağı təqdirdə onların uğurlu fəaliyyət göstərməsi çətin olacaq: 

“İndi isə daha sərbəst və peşəkar investisiya şirkətlərinin belə mənfəətinin 67 % azalması bu fikirləri artıq ehtimal yox, fakt səviyyəsinə qaldırır. Yəni bazarda vəziyyət elədir ki, investisiyadan gəlir qazanmaq çətinləşir, kapital isə iqtisadiyyata deyil, dəyər yaratmayan sahələrə yönəlir. Əlqərəz, istər investisiya şirkətlərinin mənfəət dinamikası, istər mənzil bazarındakı bahalaşma, istər əməkhaqqı artım tempi, pensiya məbləğləri, DSMF-nin gəlir-xərc balansı, məşğulluq göstəriciləri və regionların inkişaf tempi kimi bütün bu məsələlərin həllində uğurlu nəticələr əldə etmək üçün kapitalın real sektorda dövriyyəsini gücləndirmək, iqtisadiyyatda dəyər yaradan sahələri genişləndirmək və resurslardan səmərəli istifadəni təmin etmək qaçılmaz zərurətdir”.

Vasif ƏLİHÜSEYN

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://adalet.az
archiveBu xəbər 07 Oktyabr 2025 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Belə yüksək səviyyəli beynəlxalq tədbirə ev sahibliyi etmək, Azərbaycanın diplomatik çəkisini artırır

06 Oktyabr 2025 09:07see243

“xAI” bu dəfə yeni oyun təqdim edəcək Mask açıqladı

06 Oktyabr 2025 11:19see192

Tramp əmr verdi: Əsgərlər göndərilsin!

06 Oktyabr 2025 09:15see149

Azərbaycanda internet istifadəçilərinə VACİB XƏBƏR

05 Oktyabr 2025 17:40see148

TDT baş katibi elan etdi: Qəbələdə bu format təsis ediləcək

07 Oktyabr 2025 01:20see139

Villasını bu qiymətə satır Foto

06 Oktyabr 2025 21:22see131

Qlobal çağırışlar müəllimin məsuliyyətini daha da artırır

05 Oktyabr 2025 21:48see131

Dambrauskas: “Üç xal qazandıq, amma Mikelsin zədəsi hamımızı üzdü”

05 Oktyabr 2025 18:12see128

“Yuventus” Kənan Yıldızla yeni müqavilə imzalayır

05 Oktyabr 2025 20:12see126

Ən narsist 4 BÜRC Onlardan uzaq durun

05 Oktyabr 2025 14:37see125

Yıxılaraq xəsarət alan yazıçı vəfat etdi

07 Oktyabr 2025 02:03see124

Yeni qlobal gücə doğru inamlı addımlar Şərh

06 Oktyabr 2025 16:52see123

Qəzzadakı müharibənin sonuna gəlməmişik Rubio

05 Oktyabr 2025 18:22see123

U 17 nin Avropa çempionatının seçmə mərhələsi üçün HEYƏTİ

05 Oktyabr 2025 14:40see123

Türkiyənin müdafiə sənayesində tarixi sıçrayış: NATO standartlarını geridə qoyan Altay

07 Oktyabr 2025 01:13see123

lll MDB Oyunlarının boks üzrə qalibi: Hər döyüş mənim üçün böyük sınaqdır

05 Oktyabr 2025 18:49see123

“Görünən odur ki, ölkəmizin futbol aləmində nüfuzu artıb”

06 Oktyabr 2025 00:29see122

Makron “dron divarı”na qarşı çıxdı

07 Oktyabr 2025 01:48see118

Keşiş olmaq istəyirdi, QOVULDU: məşhur rejissorun həyatı haqqında yeni film

06 Oktyabr 2025 17:42see118

Mütəxəssisdən xəbərdarlıq: Qrip peyvəndi ağır fəsadların qarşısını alır

06 Oktyabr 2025 17:46see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri