Icma.az
close
up
RU
İradə Aşumova: Afina Olimpiadasında silah sözümə baxmadı, güllə tez açıldı MÜSAHİBƏ

İradə Aşumova: Afina Olimpiadasında silah sözümə baxmadı, güllə tez açıldı MÜSAHİBƏ

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 25 aprel, AZƏRTAC

“Afina-2004” Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, üçqat dünya ikincisi, Dünya Kubokunun qalibi, hazırda atıcılıq üzrə Azərbaycan millisinin baş məşqçisi olan İradə Aşumova AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik:

- İdmana gəlişinizi necə xatırlayırsınız? Atıcılığı seçməyinizə nə səbəb oldu?

- Azərbaycan Texniki Universitetində oxuyurdum. Bir gün oğlan tələbə yoldaşlarım dedilər ki, atıcılıq idman növü ilə məşğul olmaq istəyən qızlar axtarılır. Əvvəlcə getmək istəmədim. Düşündüm ki, qız hara, atıcılıq hara. Heç uyğun gəlməz. Amma rusiyalı rəfiqəm məni həvəsləndirdi. Həmin qız iki məşqdən sonra gəlmədi, mən isə davam etdim. Məşqç prosesi də maraqlı keçdiyi üçün özümü bu idman növündə görməyə başladım.

- İlk yarışınız yaddaşınızda necə qalıb?

- Mən atıcılığa 1974-cü ildə yazılmışdım. Bir ildən sonra Rusiyanın paytaxtı Moskva şəhərində keçirilmiş yarışda iştirak etdim. Düzünü desəm, turnirin məsuliyyətini tam olaraq dərk edə bilmirdim. Lakin iştirak etmək mənə maraqlı gəlirdi. Bu yarışdan sonra atıcılığa marağım daha da artdı. Universiteti bitirdikdən sonra ilyarım işləməli idik. Saat 9-dan 6-ya kimi işləyirdim. Daha sonra isə məşqçinin tapşırığı ilə zalda məşqlərə qoşulurdum. Artıq gördüm ki, məndə bu iş alınır. Bundan sonra öz üzərimdə işləməyə başladım. Bir çoxları üçün idman rahat gələ bilər. Düşünə bilərlər ki, artıq onların yaxşı şəraiti var. Amma bilmirlər ki, buna hansı əziyyətlərlə nail oluruq. 1985-ci ildə Meksikaya dünya çempionatına yollandım. Bundan əvvəl isə "İdman ustası" adına layiq görülmüşdüm. Uğur qazanmaq istəyirdim. Turnirin məsuliyyətini dərk edirdim. Şükürlər olsun ki, komanda hesabında birinci olduq. Özüm isə gümüş medal qazandım. İdmanın içinə daxil olduqdan sonra çıxmaq çətin olur. Məndə də belə oldu. Bizimlə xüsusi olaraq məşğul olurdular. Yeməklərimizə fikir verirdik. Ziyanlı şeylərdən uzaq dururduq. Bunu indi öz tələbələrimə də məsləhət görürəm.

- Əksər idmançıların kumiri olur. Bəs, sizin necə, rəğbət bəslədiyiniz idmançı varmı?

- Heç vaxt kumirim olmayıb. Kiməsə baxıb nəsə etməmişəm. Ya da özümü hansısa şəxsə bənzətməmişəm.

- 1985, 1998, 2002-ci illərdə dünya çempionatlarında gümüş, 2004-cü ildə isə Yunanıstanın Afina şəhərində keçirilmiş XVIII Yay Olimpiya Oyunlarında bürünc medal qazanmısınız. Həmin turnirlərdə birinci yeri tutmağınıza nə mane olmuşdu?

- Yəqin, haradasa səhvim olub ki, qızıl medal qazana bilməmişəm. Olimpiya Oyunlarında çox yaxşı irəliləyirdim. Birinci idim, sadacə, xırda səhvlər məni 8-ci pilləyə atdı. Hətta birində silah sözümə baxmadı. Finaldakı çıxışım zamanı güllə tez açıldı. Məyus olmuşdum. Lakin üçüncü olmağı bacardım. Allahın qisməti bu imiş.

- Atıcılıqdan başqa hansı idman növləri ilə maraqlanırsınız?

- Olimpiya Oyunlarında bizim güləşçi və boksuçularımızı yaxından izləmişdim. Həyəcanverici olmuşdu. Bu idman növlərində yüksək inkişafa nail olmuşuq. Dörd ildən bir keçirilən futbol üzrə dünya çempionatlarına baxıram. Azarkeşlik etdiyim yığma Almaniya komandasıdır.

- İndiyədək hamı kimi sizin də həyatınızda, yəqin ki, maraqlı hadisələr olub. Onlardan ən yaddaqalanını danışa bilərsiniz?

- Düzünü desəm, yaşadığım hadisələri beynimdə saxlamırdım. Çünki bu, mənə çıxışım zamanı mənfi təsir edə bilərdi. Amma biri yadımdadır ki, SSRİ çemionatına getmişdik.Yarışdan bir gün əvvəl məskunlaşacağımız yerə çatdıq. Amma yer olmadığı üçün gecəni qarajda keçirdik. Başqa otaqlardan yorğan-döşək alıb, idman formasında yatdıq.

- Karyeranız ərzində özünüzü baş məşqçi kimi, yoxsa idmançı kimi daha uğurlu hesab edirsiniz?

- Hər dövrün öz ləzzəti var. Əlbəttə, indi düşünürəm ki, cavan olsaydım, bəlkə də yeni nalliyyətlər qazanardım. İndi də məşqçilik karyeramdan zövq almaq istəyirəm.

- İdmançı ailəsi olmaq necədir?

- Çətin prosesdir. Həmin dövrdə dolanışığımız istənilən səviyyədə deyildi. Yoldaşım, qucağında Ruslan, mən və qızım səhər məşqləri edirdik. Talonla ət, yağ alırdıq. Qızım da yarışlara gedirdi. Lakin maliyyə baxımından uyğun olmadığı üçün davam etmədi. Biz də narahat olurduq. Övladlarımızın təhsil almalarını istəyirdik. Ruslanı əvvəl cüdoya yazdırmışdım. Lakin ona idman üçün verdiyim pulu internet klublarda xərcləyirdi. Daha sona özümüz onunla məşğul olmağa başladıq. Peşə seçməklə bağlı qərar verməkdə çətinlik çəkirdi. Uşaqlar arasında nizam-intizamı qorumaq önəmli idi. Sonra Ruslan Azərbaycan İdman Akademiyasına qəbul oldu. Oranı bitirdikdən sonra hərbi xidmətə yola düşdü. Artıq qayıdanda hansı sahə ilə məşğul olacağını tam olaraq bilirdi.

- Ömrünüzün böyük hissəsini idmana həsr etdiyinizə görə nə vaxtsa peşman olmusunuz?

- Heç vaxt peşman olmamışam. Həyata ikinci dəfə gəlsəm, yenə də atıcılıqla məşğul olaram.

- Oğlunuz Ruslan Lunyov Olimpiya Oyunları istisna olmaqla, digər yarışlarda uğurlu nəticə qazana bilir. Sizcə, onun Olimpiadalarda medalsız qalmasının səbəbi nədir?

- Yəqin ki, anası kimi 46 yaşında titul qazanmaq istəyir (gülür). İdmanda istənilən nəticə ilə rastlaşmaq olur. Hər yarışda “medalçılar sırasında olacaqsan” deyə bir qanun yoxdur. Ruslanın üzərində çox əziyyət çəkmişik. Ümid edirəm ki, gələcək turnirlərdə uğurlu nəticələr əldə edəcək.

- Hazırda Azərbaycanın gənc atıcıları arasında kimləri gələcəyin uğurlu idmançısı kimi görürsünüz?

- Gənclər kateqoriyasında çıxış edən Vladislav Kalmıkovun gələcəyini parlaq görürəm. O, xarakter olaraq da yaxşı insandır. Belə davam etsə, beynəlxalq yarışlarda uğurlu nəticələr qazana bilər. Leyli Əliyeva da istedadlıdır. Sadəcə, qızlarda hər şey fərqlidir. Bir çoxu idmanı yarıda atıb, ailə həyatı qurur. Məsələn, mənim yoldaşım da idmançı olub. Bir-birimizi yaxşı anlayırdıq. Məşqdə və ya istirahət etdiyim zaman yoldaşım Vladimir Ruslana baxırdı. Hamıda belə olmur.

- Gənclər arasında Dünya Kubokunda Azərbaycanı Leyli Əliyeva və Vladislav Kalmıkov təmsil edəcəklər. Onlar tapança ilə 10 metr məsafədən atəş açmada mübarizə aparacaqlar. İdmançıların şanslarını necə qiymətləndirirsiniz?

- Onlar finala vəsiqə qazanmalıdırlar. İnanıram ki, uğurli nəticə əldə edəcəklər. Bu il gənclər arasında son yarışlarını keçirəcəklər. Artıq növbəti il böyüklər arasında mübarizə aparacaqlar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Aprel 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri