Minlərlə sərnişin çətin durumda: Asiyada iki aviaşirkət fəaliyyətini dayandırdı
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Asiya aviasiya bazarı bir sıra iflaslarla sarsılıb: Filippinin "Royal Air" və Hindistanın "Dove Airlines" şirkətləri 2026-cı ilin əvvəlində fəaliyyətlərini dayandırıblar.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Turprom" portalı məlumat verib.
Məlumata görə, minlərlə sərnişin uçuşların ləğvi və pul itkisi ilə üzləşib, eyni zamanda, ən çətin vəziyyət Filippində yaranıb, orada mart ayına qədər biletlər ləğv edilib.
Mütəxəssislər Cənub-Şərqi Asiyada səyahət planlarının pozulması barədə xəbərdarlıq edirlər.
Filippinin "Royal Air" aviaşirkəti böyük borca görə uçuşları tamamilə dayandırıb və təxminən 4 000 sərnişini uçmaq imkanından məhrum edib, biletlər üçün pulların geri qaytarılması isə hazırda böyük sual altındadır. Şirkət Çin, Cənubi Koreya və Tayvana genişmiqyaslı uçuşlar həyata keçirirdi.
Eyni zamanda, Hindistanda hələ 2015-ci ildən bəri problemləri davam "Dove Airlines" çarter şirkəti könüllü şəkildə fəaliyyətini dayandırdığını bəyan edib. Son təyyarələrin kreditorlar tərəfindən müsadirə edilməsindən sonra investorların tapılması cəhdləri uğursuz olub və Hindistanın Milli Korporativ Məhkəməsi bağlanmanın son proseduruna başlayıb. Turistlər üçün bu o deməkdir ki, yeni, daha bahalı biletlər alınmalıdır, həmçinin planlaşdırılan tətillər və işgüzar səfərlər daimi olaraq risk altında qala bilər.
Baxış sayı:96
Bu xəbər 16 Yanvar 2026 13:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















