İradə Xəlilovanın qızını aldadan şəxsdən xəbər var
GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Xəzər Universitetinin əvvəlki rektoru İradə Xəlilovanın qızının 57 min manatlıq qızıl-zinət əşyalarını dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinən tanışı azadlığa buraxılıb.
Globalinfo.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi təqsirləndirilən şəxsin şikayəti əsasında belə qərar çıxarıb.
Əvvəlki məhkəmənin hökmü ilə 5 il 3 ay azadlıqdan məhrum edilən 37 yaşlı Mikayıl Əliyev artıq zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəyib. Onunla 57 min manat ziyan vurduğu eks-rektor qızı A.Xəlilova və ümumilikdə 5 min ələ keçirdiyi digər iki zərərçəkmiş arasında barışıq əldə edilib.
Dələduzluq cinayətində başlıca məqsədin zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsi olduğundan yuxarı instansiya məhkəməsinin hakimləri təqsirləndirilən şəxsin həbsdə qalmasına zərurət görməyib.
Yeni qərarla M.Əliyevin real həbs cəzası şərti ilə əvəz edilib. O, məhkəmə zalında dərhal sərbəst buraxılıb.
Qeyd edək ki, təqsirləndirilən şəxs əsas zərərçəkmiş A.Xəlilova və anasının şikayətindən sonra həbs edilmişdi. Rektor vəzifəsindən azad edilən İradə Xəliova bir neçə gün əvvəl Elm və Təhsil Nazirliyinin Canlı Sistemlərin Tədqiqi İnstitutuna direktor müavini təyin edilib.
Baxış sayı:143
Bu xəbər 18 Mart 2026 11:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















