ABŞ də 38 yaşlı aktyor faciəli şəkildə həyatını itirdi
Icma.az, Moderator.az saytına istinadən bildirir.
38 yaşlı aktyor ABŞ-nin Santa-Monika şəhərində estakadadan okeana tullanıb.
Moderator.az "New York Post" nəşrinə istinadən xəbər verir ki, hadisə noyabrın 16-da baş verib.
Şahidlərin sözlərinə görə, hadisədən bir qədər əvvəl aktyor bir qadınla mübahisə edib və ona zərbə endirib. Hadisənin digər təfərrüatı hələlik məlum deyil.
Bildirilir ki, yerli xilasetmə xidmətlərinə estakadadan suya tullanan kişi barədə məlumat daxil olub. Təxminən 50 dəqiqə sonra xilasedicilər onun meyitini okeandan çıxarıblar.
Məhkəmə-tibbi ekspertiza nəticəsində ölən şəxsin Aleksandr Haskin olduğu müəyyən edilib.
Aktyorun atası hesab edir ki, o, hadisə zamanı güclü emosional gərginliyin təsiri altında hərəkət etmiş ola bilər.
Aktyorluq fəaliyyətinə başlamazdan əvvəl Haskin ABŞ Hərbi Hava Qüvvələrinin hərbi polis bölməsində xidmət edib. Ordudan ayrıldıqdan sonra fərdi məşqçi kimi çalışıb, daha sonra isə televiziya layihələrində ikinci dərəcəli rollarda çəkilməyə başlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 20 Noyabr 2026 22:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















