İrakli Kobaxidze: Biz bu gün gördüyümüz Avropa İttifaqının üzvü olmaq istəmirik
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Tbilisi, 6 noyabr, AZƏRTAC
Ümid edirik ki, bu gün Avropa məkanında yaşanan davamlı reqressiya həm demokratiya, həm insan haqları, həm də iqtisadiyyat baxımından geri dönəcək. Biz bu gün gördüyümüz Avropa İttifaqının üzvü olmaq istəmirik.
AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze səsləndirib. Onun sözlərinə görə, hazırkı vəziyyət Avropa İttifaqının iqtisadi və siyasi baxımdan yaratdığı problemləri açıq şəkildə göstərir.
Baş nazir qeyd edib ki, Avropa Komissiyasının genişlənməyə dair hesabatında Gürcüstanla bağlı təhrif olunmuş faktlar təqdim edilib və sənəddə böyük ədalətsizlik əksini tapıb.
“Bu hesabatda konkret təhrif olunmuş faktlar yer alıb. Bununla bağlı ictimaiyyət öz qiymətini verəcək. Sənəd bütövlükdə Avropa bürokratiyasında formalaşmış faciəvi vəziyyəti əks etdirir. Bu faciəvi durum suverenliyin itirilməsinin nəticəsidir. Məhz bunun nəticəsində dünya iqtisadiyyatı 30 faiz aşağı düşüb. Biz bu gün gördüyümüz Avropa İttifaqının deyil, öz dəyərlərinə sadiq qalan bir Avropa İttifaqının üzvü olmaq istəyirik”, - deyə İrakli Kobaxidze vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 06 Noyabr 2025 12:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















