İrakli Kobaxidzedən Əliyevə məktub: İcazə verin, bu əlamətdar gündə Sizə öz dərin ehtiramımı ifadə edim
Icma.az bildirir, Mia.az saytına əsaslanaraq.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Mia.az xəbər verir ki, məktubda deyilir:
"Gürcüstan hökuməti adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İcazə verin, bu əlamətdar gündə Sizə öz dərin ehtiramımı ifadə edim. Qeyd etmək istərdim ki, Sizin rəhbərliyiniz altında Azərbaycan Respublikası əhəmiyyəti uğurlara nail olmuşdur.
Gürcüstanı və Azərbaycan Respublikasını tarixi dostluq və sarsılmaz strateji tərəfdaşlıq bir-birinə bağlayır və bu da regionda sabitliyin və rifahın təmin olunmasına öz töhfəsini verir. Mən qətiyyətlə inanıram ki, birgə səylərimiz nəticəsində ölkələrimiz arasında mövcud olan əlaqələr daha da dərinləşəcək və möhkəmlənəcəkdir.
Möhtərəm cənab Prezident, fürsətdən istifadə edərək, Sizə bir daha öz dərin ehtiramımı izhar edir, möhkəm cansağlığı, rifah və məsuliyyətli fəaliyyətinizdə uğurlar, dost Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 22 Dekabr 2025 22:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















