Icma.az
close
up
RU
İran ABŞ arasında danışıqlar: Sülh yolu, yoxsa status kvonun qorunması?

İran ABŞ arasında danışıqlar: Sülh yolu, yoxsa status kvonun qorunması?

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

İran və ABŞ arasında uzun müddətdir davam edən dolayı danışıqlar yeni mərhələyə qədəm qoyur.Bu dəfə tərəflər Oman Sultanlığının paytaxtı Məsqətdə həm texniki, həm də yüksək səviyyəli müzakirələr aparmağa hazırlaşırlar.

Bakıvaxtı.az-ın məlumatına görə, aprelin 21-də İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi keçirdiyi mətbuat konfransında bildirib ki, bu raundda əvvəlki görüşlərdə razılaşdırılmış ümumi çərçivələr əsasında daha konkret mövqelər müzakirə olunacaq. Bəqayinin sözlərinə görə, Romada və Məsqətdə baş tutan əvvəlki görüşlərdə tərəflər ilkin prinsiplər və mövqeləri masaya qoyublar.

İndi isə qarşıda duran vəzifə bu çərçivələrin texniki detalları üzərində işləmək və real nəticələrə yönəlmiş gündəm formalaşdırmaqdır. Nazirlik rəsmisi əlavə edib ki, danışıqların məzmununa dair mediada yayılan məlumatların çoxu fərziyyələrə əsaslanır və bu səbəbdən, ictimaiyyətə təqdim edilən detallara ehtiyatla yanaşmaq lazımdır. Danışıqların əsas mövzusunu İranın nüvə proqramı və bu proqramla əlaqədar tətbiq edilən beynəlxalq sanksiyaların mümkün ləğvi təşkil edir.

Bütün bu proseslərin fonunda əsas sual qalır: İran və ABŞ arasında dolayı danışıqlar real siyasi nəticələr verəcəkmi, yoxsa bu, sadəcə diplomatik status-kvonu qorumağa yönəlmiş taktik addımlardır?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Qabil Hüseynli bildirib ki, İran və ABŞ arasındakı danışıqlarda ümumilikdə bir ümidvarlıq var. İki raunddan sonra vəziyyət müsbət yöndə inkişaf edir, və İran kompromisə yaxınlaşır. İranın nüvə silahı istəmədiyi fikirləri, tərəflər arasındakı dialoqun dinc həlli üçün bir addım kimi qiymətləndirilir. Tehran artıq başa düşür ki, qarşısında çox təhlükəli bir tərəf var və bu ABŞ-nin hərəkətlərinin təhdid edici mahiyyətinə əsaslanır. İran, xüsusilə, nüvə proqramı məsələsində sülh yolu ilə irəliləmək istəyir və bu, onun dünya səhnəsindəki mövqeyini qorumağa çalışmasından irəli gəlir:

"ABŞ-nin siyasəti, xüsusilə Trampın müsəlmanlar qarşısında sərgilədiyi yanaşma vəziyyəti daha da gərginləşdirə bilər. Trampın yanaşmasının müsbət nəticələr doğurması çətin görünür, çünki bu, həm İranla, həm də digər müsəlman ölkələri ilə əlaqələri daha da zədələyir. İran, öz tərəfdaşlarını qorumaq və düşmənə qarşı güclü mövqe saxlamaq üçün daha da aktiv diplomatik təşəbbüslərə üstünlük verir".

Qabil Hüseynli: ABŞ-nin bölgədəki hərəkətləri İranın nüvə məsələsindəki diplomatik strategiyasına qarşı təzyiq göstərmək məqsədi güdür

Onun sözlərinə görə, Birləşmiş Ştatların bölgədəki hərəkətləri İranın nüvə məsələsindəki diplomatik strategiyasına qarşı təzyiq göstərmək məqsədi güdür. Buna baxmayaraq, İranın nüvə sahəsində apardığı tədqiqatlar dinc məqsədlərə xidmət edəcək və Tehran heç vaxt nüvə silahı əldə etmək niyyətində olmadığını bəyan edir. Bununla yanaşı, müharibə təhlükəsi hələ də ön planda qalır, çünki ABŞ-nin daha aqressiv siyasəti bölgə sülhünə təhdid yarada bilər. İranın sülh yolunu tutmaq istəyi Birləşmiş Ştatların təzyiqləri ilə müqayisədə daha ehtiyatlı və strateji yanaşma olaraq qalır. Bu müzakirələr, hər iki tərəfin də qarşılıqlı kompromislərə gedərək münaqişə riskini azaltmağı bacaracağına dair bir ümid yaradır.

Son olaraq Qabil Hüseynli qeyd edib ki, bununla belə, müzakirələrin real nəticələr verib-verməyəcəyi və ya sadəcə status-kvonun qorunub saxlanması məqsədini daşıyıb-daşımayacağı hələ də sual altındadır. Lakin, İranın nüvə sahəsində apardığı tədqiqatların dinc məqsəd güdməsi və ABŞ-nin daha sərt siyasətinə qarşı mübarizəsi, gələcəkdə daha möhkəm bir diplomatik razılaşmanın qurulması üçün bir zəmin yarada bilər.

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 21 Aprel 2025 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri