Icma.az
close
up
RU
ABŞ İran: Hərblə sülh arasında gərgin diplomatiya TƏHLİL

ABŞ İran: Hərblə sülh arasında gərgin diplomatiya TƏHLİL

Azvision saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

1987–1988-ci illərdə Fars körfəzindəki vəziyyət gərgin idi. İran-İraq müharibəsi davam edir, gərginlik iki ölkənin sərhədini aşaraq, bütün regionun maraqlarına təhdid yaradırdı. Ərəb ölkələri, xüsusilə Səudiyyə Ərəbistanı və BƏƏ Amerikanı İrana qarşı qaldırmağa çalışır, Vaşinqton isə gizli diplomatik kanallarla Tehranla sövdələşmələrə can atırdı. İraqla müharibədə İranın hər yeni taktiki qələbəsi yeni narahatlıq dalğası doğururdu.
Hörmüzdə toqquşmanın udan və uduzan tərəfləri
İraq meydanda itirdiyi mövqeləri qismən öz xeyrinə dəyişmək üçün İranın əsas resurs bazasını zəiflətmək məqsədilə Fars körfəzində neft tankerlərinə hücum etməyə başlamışdı. İraq öz neftini boru kəmərləri ilə ixrac etdiyindən, İran cavabında Hörmüz boğazından keçən və İran-İraq müharibəsində Bağdadın tərəfində çıxış edən ölkələrin tankerlərini hədəf almağa başladı. Beləliklə, Küveyt və Səudiyyə Ərəbistanı İran-İraq müharibəsindən ciddi zərər çəkdilər. Bununla da müharibənin cəbhə xətti genişləndi.
O dönəmlər körfəz ölkələrində fəaliyyət göstərən diplomatlar qeyd edirlər ki, 1986-cı ilin sonlarında Küveyt ABŞ-yə müraciət edərək, tankerlərinin qorunması üçün kömək istəyib. Küveytin təklifi sadə idi: gəmilər ABŞ bayrağı altında Hörmüz boğazından keçir və belə olan halda ABŞ-nin hərbi dəniz qüvvələri bu gəmilərin müdafiəsini öz üzərlərinə götürmüş olurdular. Reyqan administrasiyası bu təklifi götür-qoy edib. Təklifə müsbət cavab vermək müharibəyə birbaşa daxil olmaq demək olacaq, təklifdən imtina etmək isə mövqelərini SSSR-yə verməyə gətirib çıxaracaqdı. Xüsusilə tarixə “İrangeyt” kimi düşən hadisədən sonra ABŞ-nin Ərəb ölkələri qarşısında etibarı zədələnmişdi. O zaman ABŞ İranla gizli danışıqlara gedərək, əsir götürülən şəxslərin silah qarşılığında azad edilməsinə nail olmağa çalışırdı. Bu hadisə mediaya sızaraq həm ABŞ-ın daxilində, həm müttəfiqlərin qarşısında Reyqan administrasiyasının mövqeyinə ciddi zərbə olmuşdu. Ona görə Reyqan şərtlər əleyhinə olsa da, Kuveytin çağırışına müsbət cavab verməyin yollarını axtarırdı.
Reyqan administrasiyasının axtardığı bu xəbər qısa müddət sonra Körfəzdən gəlir: İraq ABŞ-yə məxsus “Stark” gəmisini vurmuş, nəticədə 37 nəfər həlak olmuşdu. Hadisənin səhvən baş verdiyi vurğulanırdı. Bu xəbər Reyqan üçün Küveytin təklifini qəbul etməyə tutarlı səbəb idi. Bununla ABŞ İran-İraq müharibəsinə rəsmən daxil oldu.
Körfəzdə əməliyyatları idarə etmək üçün ABŞ NATO müttəfiqlərini də prosesə cəlb etdi və Vaşinqton-Tehran gərginliyi maksimal səviyyəyə qalxdı.
Qısa müddət sonra ABŞ helikopteri mina quraşdıran İran gəmisinə atəş açdı, qarşılığında İran ABŞ bayrağı altında üzən tankerə raket zərbəsi endirdi. Cavab olaraq, ABŞ HHQ İranın dənizdəki neft platformalarını atəşə tutdu. Qarşıdurma o qədər gərginləşmişdir ki, ABŞ-nin hərbi gəmisi səhvən İranın mülki təyyarəsini vurmuş və nəticədə 290 nəfər həlak olmuşdu. Bu faciə Fars körfəzində münaqişənin get-gedə daha da təhlükəli vəziyyət aldığını göstərirdi.
Vaşinqton-Tehran xəttində diplomatik dalğalanma
Barak Obamanın İranla danışıqlara getməsi və hərbi müdaxilədən çəkinməsi regionda ABŞ-nin müttəfiqi hesab edilən ölkələrin maraqlarına cavab vermirdi. Bəzi ərəb liderləri Obama administrasiyasını müttəfiqlərini satmaqda ittiham edirdilər. Obamanın soyutduğu münasibəti ilk prezidentlik dönəmində Donald Tramp yenidən isitməyi bacardı. Tramp ərəb ölkələri ilə münasibətlərini uzunmüddətli maraqlar deyil, qısamüddətli fayda əsasında qurmaqda maraqlıdır. Xüsusən Tramp ilk hakimiyyəti dönəmində ərəb ölkələrilə münasibətlərini bu prinsip əsasında qurmuş və investisiya müqavilələri imzalamağa nail olmuşdu. Onun Səudiyyə Ərəbistanına səfəri zamanı imzalanan sənədlərin əksəriyyəti ABŞ-dan silah-sursat, texnologiya və digər avadanlıqların alınmasını hədəfləyirdi. Qarşılığında İrana təzyiqləri artırmış və general Qasım Suleymaniyə qarşı əməliyyatın keçirilməsinə “yaşıl işıq” yandırmışdı. Bu əməliyyat bir sıra ərəb ölkələri tərəfindən xoş qarşılanmış və regionda ərəb ölkələrinin İranla mübarizədə qələbəsi kimi qiymətləndirilmişdi.
Yenidən hakimiyyətə qayıtmağı bacaran D.Tramp körfəzdən dollar cəlb etmək üçün yenidən İrana qarşı sərt mövqe sərgiləməkdədir. Düzdür, İrandan ABŞ-yə qarşı sərt fikirlər səslənsə də mediaya sızan məlumatlarda Tehranın danışıqlar üçün qapını açıq saxladığı qeyd edilir.
İran seçim qarşısında: İqtisadiyyat, yoxsa təbliğat?
İran iqtisadiyyatı çox ağır vəziyyətdədir. Bu isə ölkə daxilində təzyiqi artırır. İranda bəzi dairələr hesab edirlər ki, ABŞ ilə danışaraq, iqtisadiyyatın sabitləşməsi üçün kanalların açılmasına nail olmaq mümkündür. Onsuz da son dönəmlər regionda İranın mövqeləri çox ciddi zərbələr və zədələr alıb, Suriyada məğlubiyyətə uğrayıb, HƏMAS və Hizbullahın mövqeləri sarsıdılıb.
Paralel olaraq ABŞ-nin Çinlə tarif müharibəsi də İrana mənfi təsir göstərməkdədir. Belə ki, tariflərin Çin daxilində istehsalı daraldacağı qaçılmazdır. Bu isə İrandan idxal edilən neftin də azalmasına gətirib çıxaracaq. Nəticədə İranın gəlirlərini minimuma endirəcək.
Bazarlar artıq bu hadisəyə reaksiya verir. Hazırda 1 ABŞ dolları 1 milyondan çox rial dəyərindədir, bu isə bir neçə ay əvvəllə müqayisədə təxminən 75% artım deməkdir və İran valyutasını dünyanın ən dəyərsiz valyutalarından birinə çevirib.
Məhz bu səbəbdən İran danışıqlara meyl göstərir, amma öz mövqeyinin nə qədər zəif olduğunu da başa düşür. Ona görə də Tehran danışıqlara qarşı deyil, sadəcə, bərabər şərtlərlə prosesin həyata keçirilməsinin tərəfdarıdır. İran danışıqlara hazırlaşdığı qədər, hərbi qarşıdurmaya da hazırlaşmağa çalışır. Amma “imkanları nədir” və “nə qədər tab gətirə bilər” sualı isə açıq qalır. Çünki, İran-İraq müharibəsindən sonra rəsmi Tehran hədə-qorxudan uzağa gedə bilməyib. Sonuncu dəfə İsrailə qarşı əməliyyat ciddi suallar ortaya çıxardı. İran tərəfi raket hücumlarını cəmiyyətə uğurlu əməliyyat kimi təqdim etdi, ancaq qarşı tərəfin məlumatlarından aydın oldu ki, raketlər ciddi dağıntı və itkilərə səbəb olmadan elə havada məhv edilib.
İranın daxilində də ictimai fikir daha çox danışıqlardan yanadır. Yəni Tehran rəsmi şəkildə danışıqlara başlasa, bu, daxildə ictimaiyyət tərəfindən dəstəklənəcək. Xüsusilə son dönəmdə İran daxilində baş verən gərginlik və ondan sonra müəyyən yumşalmalar rəhbərliyi ictimai fikri nəzərə almağa vadar edir.
İstənilən halda, tərəflər arasında təmaslar nə qədər tez başlasa, bu, həm region, həm də tərəflər üçün ən uğurlu addım olar. Şimalla yanaşı, Cənubda da münaqişənin alovlanmasına Avrasiya məkanının istər qısa, istərsə də uzunmüddətli maraqlarına cavab vermir.
Aqil Məmmədov
AzVision.az üçün
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://azvision.az
archiveBu xəbər 07 İyun 2025 08:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see392

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see308

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see236

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see231

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see220

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see213

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see211

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see210

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see199

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see199

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see194

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see193

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see191

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see181

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see175

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see175

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri