İran: ABŞ ın Maksimum Təzyiq siyasəti uğursuz təcrübədir
Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İran Xarici İşlər Naziri Abbas Əraqçi ABŞ Prezidenti Donald Trampın "İrana maksimum təzyiq" siyasətini yenidən tətbiq edəcək prezident fərmanını imzalamasına sərt reaksiya verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İranın rəsmi xəbər agentliyi IRNA məlumat verib.
Məlumata görə, Əraqçi kabinet iclasından sonra jurnalistlərin suallarını cavablandırıb. O, "Maksimum təzyiq uğursuz bir təcrübədir. Onu yenidən sınaqdan keçirmək başqa bir uğursuzluğa səbəb olacaq," – deyə bildirib.
Əraqçi, İranın nüvə fəaliyyətlərində NPT (Nüvə Silahsızlanma Müqaviləsi) çərçivəsində şəffaf hərəkət etdiyini vurğulayıb və "Əgər əsas məsələ İranın nüvə silahı əldə etməməsi ilə bağlıdırsa, bu, həll oluna bilər," – deyərək, ölkə rəhbəri Ayətullah Əli Xameneyinin nüvə silahlarını qadağan edən fətvasını xatırladıb.
Nuriyyə Musayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 05 Fevral 2025 15:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















