Icma.az
close
up
RU
İran ABŞ münasibətləri: Gərginlikdən dialoqa doğru Yaxın Şərq üçün yeni mərhələ?

İran ABŞ münasibətləri: Gərginlikdən dialoqa doğru Yaxın Şərq üçün yeni mərhələ?

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Son illər beynəlxalq gündəmin əsas mövzularından biri ABŞ ilə İran arasında münasibətlərin taleyidir. Xüsusilə də nüvə proqramı ətrafında cərəyan edən proseslər, bu iki ölkə arasındakı gərginliyi vaxtaşırı artırır.

ABŞ, İranın nüvə silahı əldə etməsinin qarşısını almağa çalışır, İran isə öz suveren hüquqlarını müdafiə etdiyini bildirir. Bu ziddiyyətli mövqelər fonunda baş tutan danışıqlar həm ikitərəfli münasibətlər, həm də bütövlükdə Yaxın Şərq regionunun sabitliyi baxımından olduqca mühüm əhəmiyyət daşıyır. Məhz bu baxımdan, İran-Amerika danışıqları təkcə iki ölkə arasında deyil, həm də regional və qlobal təhlükəsizlik üçün ciddi nəticələr vəd edir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Oqtay Qasımov bildirib ki, İranla Amerika Birləşmiş Ştatları arasında aparılan danışıqların əsas məzmunu ondan ibarətdir ki, ABŞ İranın nüvə silahı əldə etməsinin qarşısını almaq istəyir. Yəni, İranın nüvə enerjisindən yalnız dinc məqsədlər üçün istifadə etməsi tələb olunur. Prinsip etibarilə, ABŞ İranda atom elektrik stansiyalarının tikilməsinə qarşı deyil. Lakin uranın zənginləşdirilərək ondan silah istehsalında istifadə olunması ABŞ tərəfindən qəbul edilmir və bu prosesin qarşısını almaqda qətiyyətlidir:

"ABŞ prezidenti Donald Trampın da əsas tələbi məhz bu idi. İkinci mühüm tələb isə İranın Yaxın Şərqdə dəstəklədiyi silahlı və ya radikal qruplara dəstəyin dayandırılmasıdır. İran bu danışıqlarda çox güman ki, ABŞ-ın irəli sürdüyü tələblərin əhəmiyyətli hissəsini qəbul edəcək. Görünən budur ki, bu istiqamətdə müəyyən razılaşmalar mümkündür. Lakin bu, İran ilə Rusiya arasındakı münasibətlərin zəifləyəcəyi anlamına gəlmir. İran hər nə qədər ABŞ ilə danışıqlar aparsa da, bu ölkə ilə münasibətlərin tam bərpası və səmərəli əməkdaşlıq hələ uzun zaman tələb edəcək. Çünki proses yeni başlayıb və nəticəsi barədə qəti fikir söyləmək indiki mərhələdə doğru olmaz".

Oqtay Qasımov, politoloq

Onun sözlərinə görə, ümumi ehtimallar onu göstərir ki, ABŞ və İran arasında aparılan danışıqlar, hər iki tərəfin qəbul edə biləcəyi formatda yekunlaşacaq və müəyyən razılaşmalar əldə olunacaq. Əgər bu proses müsbət sonluqla nəticələnərsə, bu, Yaxın Şərqdəki siyasi proseslərə də müsbət təsir göstərə bilər:

"Ən azı, İranın İsrailə qarşı təhdidləri ilə bağlı narahatlıqlar azala bilər. Bundan əlavə, ABŞ-nin təsiri altına düşən İran bölgədəki digər dövlətlər üçün də təhdid mənbəyi olmaya bilər. Bu baxımdan, ABŞ-İran danışıqlarının müsbət yekunlaşması bütövlükdə regionda gərginliyin azalmasına və sabitliyin artmasına səbəb ola biləcək mühüm bir hadisə ola bilər".

Ümumilikdə, ABŞ və İran arasında aparılan danışıqların gedişi göstərir ki, hər iki tərəf müəyyən güzəştlərə getməyə meyillidir. İranın nüvə silahı istehsalından imtina etməsi və regiondakı radikal qruplara dəstəyi dayandırması qarşılığında ABŞ-nin də müəyyən sanksiyaları yumşaltması mümkündür. Əgər bu proses qarşılıqlı etimad və diplomatik çeviklik əsasında davam edərsə, nəticədə həm iki ölkə arasında münasibətlərdə yeni bir mərhələ başlaya, həm də Yaxın Şərqdəki gərginlik azalaraq bölgədə sabitlik və təhlükəsizlik üçün şərait yarana bilər.

Bu baxımdan, İran-ABŞ danışıqları təkcə iki dövlətin maraqları çərçivəsində deyil, həm də beynəlxalq təhlükəsizlik sisteminin gələcəyi baxımından xüsusi əhəmiyyət daşıyır. Münaqişə yerinə əməkdaşlığın ön plana keçməsi bütün region üçün ən rasional və ümidverici ssenaridir.

Əli Hüseynov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 17 Aprel 2025 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see432

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see208

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see201

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see198

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see193

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see176

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see174

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see174

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see170

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see166

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see164

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see163

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see162

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see157

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see147

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see141

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see140

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see140

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see138

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri